» » Keçmiş ümmətlərdən öyüd götürmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6722

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6706

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ocak 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Keçmiş ümmətlərdən öyüd götürmək
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 12-07-2014, 17:00 | Baxılıb: 1 514
     
     
    Keçmiş ümmətlərdən öyüd götürmək
    Tarix boyu ilahi ümmətlərə haqq dövlət vədəsi verilmişdir və onlar həmişə bunun zühurunun intizarını çəkmişlər. Lakin bu dövlətin zühurundan sonra onların öz iddialarında sadiq olmadıqları aydın olmuşdur. Misal üçün, Fironun zamanında həzrət Musanın təvəllüdü və zühuru Bəni-İsrailə vəd verilmişdi. (Bu əhvalat Quranda təkrar-təkrar nəql olunmuşdur) Firon Bəni-İsraili o qədər sıxıntıda saxlamışdı ki, çox az millətlər belə əziyyət görmüşdü. Onlara o qədər işgəncə verildi ki, alimlər və salehlər bir yerə toplaşıb xalqı həzrət Musanın (ə) zühurunun yaxınlaşması üçün dua etməyə dəvət etdilər. Bu mövzuda nəql olunmuş rəvayətlərə əsasən, Bəni-İsrailin həddi aşmış göz yaşları və ah-nalələrinə görə həzrət Musanın (ə) zühuru yaxınlaşdı. O, dünyaya gəldi, böyüdü və bir müddət sonra Fironun əleyhinə qiyam qaldırdı. Sonra Bəni-İsraili onun əlindən xilas edib dəryadan keçirdi. Onlar öz gözləri ilə Firon və tərəfdarlarının bir bu qədər əzəməti olmasına baxmayaraq, dəryadan keçə bilmədiklərini və oradaca qərq olduqlarını gördülər.
    Fironun şərindən xilas olub Allaha bəndəlik etmək üçün həzrət Musanın zühurunun tezləşməsini istəyənlər Fironun cəngindən azad olduqdan sonra həzrət Musa dünyadan köçənə qədər bir çox ləyaqətsiz işlər gördülər. Onları Fironun şərindən qurtardığı üçün Allaha təşəkkür etmək əvəzinə, naşükürlük etdilər. Eyni zamanda, uzun illər intizarını çəkdikləri həzrət Musanın göstərişlərinə qulaq asmaq əvəzinə, pis işlər görüb ondan yersiz tələblər etdilər. Onların birinci səhvi bu idi: Misirdən Fələstinə olan yolda əhalisi bütpərəst olan bir şəhərə çatdılar: Bu şəhərin xalqının vəziyyətini müşahidə edərək həzrət Musanın yanına gəlib ona dedilər: Sənin inandığın və bizi ibadətinə çağırdığın Allahı görmürük, biz bu bütpərəstlərin məbudu kimi bir Allah istəyirik: "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud qərar ver.
    Bunlar Fironun zülmündən təngə gəlib Allahdan həzrət Musanın zühurunun tezləşməsini istəyənlər idi.
    Bu hadisədən sonra həzrət Musa ibadət üçün Tur dağına getdi. O orada otuz gün qalmaq üçün dəvət olunmuşdu; amma bu müddət qırx günə qədər çəkdi. O, münacata gedən zaman Bəni-İsrail Samirinin yanına gedib ona dedi: "Bizim üçün bir Allah düzəlt!” Samiri də onların sözünü qəbul etdi və qızıldan bir buzov düzəltdi. Musanın səbirsizliklə intizarını çəkənlərin sonu belə oldu!
    İslam peyğəmbərinə aid bir əhvalat da var. Hicaz məntəqəsi, xüsusilə də Mədinə ətrafındakı kitab əhlinin bir çoxu İslam peyğəmbərinin zühurunun intizarında idi. Onlar Mədinə və onun ətrafında toplanmışdılar ki, həzrət zühur edən zaman başqalarından daha tez ona iman gətirsinlər. Qurani-Kərim bu barədə deyir:  "Onu öz oğullarını tanıdıqları kimi tanıyırlar.” 75 İslam peyğəmbərini öz övladları tanıdıqları kimi tanıyırdılar (və onun xüsusiyyətləri, əlamətlərindən xəbərdar idilər). Lakin həzrət onları İslam dininə dəvət etdiyi zaman onun hədəflərini öz istəklərinə uyğun görməyib dəvətini qəbul etmədilər.
    Bu tarixi cərəyanlar bizim üçün ibrətamiz dərs hesab olunur. Allah eləməsin ki, biz də həzrət Mehdinin (ə) zühurunun intizarını çəkərək belə bir aqibətə düçar olaq. Bizim gözəl aqibətli olacağımıza zəmanət verilməyib. Bəzi rəvayətlərdə göstərilir ki, həzrət Mehdinin (ə) zühurundan sonra bəziləri ona məktub yazacaq ki, bizim sizə ehtiyacımız yoxdur.
    Beləliklə, özümüzü hər bir cəhətdən islah etməliyik; nəfsani istəklərdən uzaqlaşıb, özümüzü onu, onun inqilab və qiyamının qəbuluna hazırlamalıyıq. Əgər həzrəti seviriksə, onun adını eşitdikdə gözlərimizdən yaş axırsa, yenə də qürurlu olub aqibətimizdən xəbərsiz qalmamalıyıq.
    Buna görə də intizar o zaman dəyərli sayılır ki, həqiqətən, Əsrin İmamını və onun zühurunu İslam və müsəlmanların izzəti, ilahi hökmlərin diriliyi üçün istəyək, eyni zamanda, tarix boyu ilahi hökmlərin izah olunmamasından narahat olaq. Özümüzü həzrətin hökuməti və göstərişlərini qəbul etmək üçün hər bir cəhətdən hazırlamalı və Allahdan bu işdə bizə tövfiq verməsini istəməliyik.
     "Pərvardigara, girami peyğəmbərlə ayrılıqdan (ona və ailəsinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından sənə şikayət edirik.

    Mənbə: "Rəbbin dərgahında" kitabı

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 14 Temmuz 2014 22:34 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun In shaa Allah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 14 Temmuz 2014 20:45 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 13 Temmuz 2014 00:27 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZİ OLSUN.ALLAH CUMLEMİZİ QORUSUN İNSALLAH..
     
    əl-Fatihə (Kitabı açan) surəsi 
    (Məkkədə nazil olmuşdur, 7 ayədir) 
    Bismillahir–rəhmanir-rəhim! 
    1. Mərhəmətli , rəhmli Allahın adı ilə!


    2. Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,


    3. (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,


    4. Haqq-hesab (qiyamət) gününün sahibinə!


    5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!


    6. Bizi doğru (düz) yola yönəlt!


    7. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 20:38 | İstifadəçi | Şərh yazdı
    NEFS INSANA QALIB GELDIKDE, BELA QAPILARI INSANIN UZUNE ACILIR.ALLAHIN QEZEBINI ARTIRIR.INSAN GUNAHA BATIR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.