» » İslamdan əvvəlki dövrlərdə qəhrəmanlıqlar göstərmiş nümunəvi qadınlar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İslamdan əvvəlki dövrlərdə qəhrəmanlıqlar göstərmiş nümunəvi qadınlar
    +10
    Müəllif: Elya | 19-11-2014, 17:00 | Baxılıb: 948
     
    İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən:
    1. Hizbilin həyat yoldaşı.
    2. Fir`onun həyat yoldaşı Asiyə.
    3. Həzrət İbrahimin (ə) anası Buna.
    4. Həzrət Musanın (ə) anası.
    5. Həzrət Musanın (ə) bacısı.
    6. Həzrət İsanın (ə) anası Məryəm.
    7. Həzrət İsmayılın (ə) anası Hacər.
    Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.

    1-Dülgər Hizbilin həyat yoldaşı Fironun qarşısında

    Firon tarixin böyük diktatorlarından idi. O, camaatı bütpərəstlik və özünə pərəstişə məcbur etməklə, illərlə Misirə hakim olmuşdu. Yoxsul və ac camaat onun zalım, haqsızlıqla dolu və sıxıntılı hakimiyyətindən təngə gəlmişdilər. Mehriban Allah məzlum insanlara nicat vermək üçün Musanı (ə) bəni–İsrail qövmünə göndərdi. Ancaq vəziyyət elə idi ki, hər kəs Musaya (ə) iman gətirsəydi, ona ən ağır işgəncə və əziyyətlərlə edam hökmü verilirdi. Bu insanlardan biri dülgər Hizbilin həyat yoldaşı idi. O, Musaya (ə) gizlincə iman gətirir, ancaq canının qorxusundan imanını gizlədirdi. Bu qadın camaat kimi deyildi. Aydın fikir və açıq gözlə başa düşürdü ki, Firon camaatın Allahı deyil və bütlər də Allaha şərik deyillər. Ruzigarın əliylə o, Fironun hərəmxanasına, onun qızının bəzək və saç düzümü ilə məşğul olan adam kimi get-gəl edirdi. Bir gün Fironun qızının saçını bəzəyəndə daraq əlindən yerə düşdü. Dili uca Allahın zikrinə öyrəşdiyi üçün bilmədən dedi: "Allahın adı ilə”. 
    Fironun qızı ondan soruşdu: "Allah deməkdə məqsədin atam Firondur?” 
    O dedi: "Yox, mən elə bir kəsə sitayiş edirəm ki, sənin atanı yaradıb və onu aradan aparacaq!” 
    Fironun qızı həmin anda atasının yanına gedərək əhvalatı ona danışdı. Firon narahat olub qadını hüzuruna çağırdı və qəzəblə dedi: "Sən məgər mənim allahlığıma etiraf etmirsən?” 
    Qadın cavabında dedi: "Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm”. Firon onun bu qətiyyətli sözündən o qədər əsəbləşdi ki, dayanmadan əmr etdi, misdən olan təndiri odla doldurdular. Təndir qızardıqda cəlladlara dedi: "Bu qadının uşaqlarının hamısını təndirə atın”. 
    Cəlladlar qadının gözləri qabağında, onun günahsız uşaqlarını təndirə atıb yandırdılar. Qadının uşaqları bir-bir odda yandılar, yalnız ananın qucağında kiçik övladı qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına məhəbbəti daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq üçün anadan güclə aldılar və anaya dedilər: "Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmarıq”. 
    O digər uşaqlarına görə səbir etmişdi. Amma bu südəmər uşağa görə qəlbi təlatümə gəldi. İstədi ki, onları zahirdə qane etmək üçün bir söz desin. Bu zaman Allahın qüdrətilə uşaq dilə gəldi və anasına dedi: "Səbir et, sən haqsan!” 
    Ana səbir etdi. O uşağı da oda ataraq yandırdılar. Sonra isə qadının özünü də oda atdılar. O sağ olana qədər, çox acı işgəncələrə dözdü və düşmənin qarşısında özünü aciz göstərmək həsrətini, onların ürəyində qoydu. Cəlladlar ana və balalarının külünü göyə sovurdular.
    İslam Peyğəmbəri (s) buyurur: "Merac gecəsi fəzada bir yerdə burnuma çox yaxşı bir ətir qoxusu dəydi. Cəbrayıldan (ə) soruşdum ki, bu misilsiz ətirli qoxu nədir? Cəbrayıl (ə) cavabında dedi ki, bu ətirli qoxu, Hizbilin həyat yoldaşının və uşaqlarının yanmış cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə etdiyi hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə kimi yerin bu hissəsindən gələcək”.
    Bəli bu, şücaətli və qəhrəman qadının mükafatıdır. Onun əməli Allah yanında o qədər dəyərlidir ki, pak cəsədinin gözəl ətri, İslam Peyğəmbərini (s) merac gecəsində təəccübləndirib və buyurub: "İndiyə kimi burnuma belə bir yaxşı və ətirli qoxu dəyməyib”.
     

    Mənbə: "İslamda qəhrəman qadınlar" kitabı

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 19 Kasım 2014 19:38 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun InshaAllah, maragliydi!

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.