Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Xüms nə vaxt vacib oldu?
Sual 3: İş və ticarət gəlirinin xümsü vacibdirsə nə üçün bu iş sonradan qanuniləşərək gec bir zamanda mə`sum imamlar tərəfindən vacib edildi?
Həqiqətən də xüms ayəsi risalət dövründə nazil oldu. Əziz Peyğəmbər bu qanunu icraya saldı. Həzrət Peyğəmbər (s) döyüş qənimətlərinin xümsünü yığırdı. İş və ticarət gəlirinin xümsü zərurət olaraq məsləhət əsasında imamların dövrünə kimi tə`xirə salındı. Bu zərurəti bir neçə işlə əlaqələndirmək olar:
1. Xümsün zəkat ilə fərqi bundadır ki, zəkat bütün müsəlmanlara, xüms isə yalnız peyğəmbər və onun qohumlarına məxsusdur. Peyğəmbər (s) də onu icra etməyi məsləhət bilmirdi.
2. Risalət dövründə kasıbçılıq cəmiyyəti bürümüşdü. Müsəlmanlar kasıbçılıq səbəbindən xümsü ödəyə bilmirdilər. Buna görə də girami peyğəmbər iş və ticarət gəliri xümsünü yığmaqdan daşındı.
3. Mə`sum imamları imam Baqirin (ə) dövründən sonrayadək xümsün icrasından daşındıran ən mühüm səbəb siyasi durum idi. Verginin toplanması sultanın vəzifələrindən idi. Onlarla rəqabət aparan hər bir kəs qanunu pozan və hökumətlə müxalif olan fərd kimi rejim əleyhinə çevriliş və silah toplamaqda ittiham edilərək tə`qib olunurdu. Abbasilər dövründə nisbi azadlıq yaranması və mövcud şərait imamlara gizli şəkildə müsəlmanlardan xüms yığmağa imkan yaratdı.
4. Əziz Peyğəmbər (s) qeyblə rabitədə olduğu üçün yaxın gələcəkdə xilafətin qəsbkarların əlinə keçəcəyini bilirdi. Xüms dövlət vergisi sayılır və hakim, ya da sultana verilməlidir. Həzrət Peyğəmbər (s) iş və gəlir xümsünün vacibliyini bəyan etsəydi bu göstəriş müsəlmanların malını qarət edib, öz zülmlərini artırmaqda qəsbkar hökmdarlar üçün bəhanə olacaqdı. Həzrətin uzaqgörənliyi və iti baxışlılığı bu İlahi hökmün gizli pərdə arxasında qalmasına səbəb oldu.
Mənbə: "Xümsün hökmləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |