![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Zəhmət haqqının xümsü
Sual 18: Tələbənin zəhmət haqqına xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, universitetdə görülən iş və araşdırma müqabilində alınan məbləğ xüms ilindən artıq qalarsa ona xüms düşür.
Şəhid ailəsinin xümsü
Sual 19: Şəhid ailələrinə yardım cəmiyyəti tərəfindən onlara verilən maaşa (ildən artıq qaldıqda) xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən xüms düşür.
Sistani və Safi: Bəli, xüms düşür.
Təbrizi və Vəhid: Artıq qalan məbləğ çox olduqda xüms düşür.
Qeyd 1:Şəhid ailələrinin maaşı iş müqabilində əldə olunan gəlir yox, bir növ hədiyyədir. Bu səbəbdən də bu barədə fəqihlərin fətvaları müxtəlifdir.
Qeyd 2:Şəhid ailələrinin maaşından əldə olunan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.
Qeyd 3: Ayətullah Nuri belə deyir: Hədiyyə hesab olunarsa, xüms düşür.
Təqaüdün xümsü
Sual 20: İşçilərin təqaüdünə nə vaxt xüms düşür?
İmam (r), Sistani və Vəhid: Müqaviləyə əsasən, maaş təqaüdə çıxdıqdan sonra alınarsa, ilin gəlirindən hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür. İş dövrü maaşın bir miqdarı saxlanılıb, təqaüdə çıxdıqdan sonra verildikdə onun xümsü dərhal verilməlidir.
(İmam (r), Sistani və Vəhiddən başqa) bütün müctəhidlərin rə`yi: Təqaüd maaşı həmin təqaüd ilinin gəliri hesab olunur və ildən artıq qaldıqda xüms düşür.
Təxirə salınmış maaşın xümsü
Sual 21: Ötən il tə`xirə düşüb, bu il verilən maaşın xümsü dərhal ödənməlidirmi?
(Sistani, Vəhid və Təbrizidən başqa) bütün müctəhidlərin rə`yi: Xeyir, tə`xirə düşmüş maaş əldə olunan ilin gəliri hesab olunur. Xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Sistani: Bəli, onun xümsü dərhal ödənməlidir.
Vəhid: Vacib ehtiyata əsasən onun xümsü dərhal ödənməlidir.
Təbrizi: Xüsusi şəxs və ya şirkət üçün işlədikdə maaşının xümsünü işlədiyi il ödəməlidir. Dövlət üçün işlədikdə isə aldığı maaş əldə olunan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Qadın gəlirinin xümsü
Sual 22: Ərinin himayəsində yaşayan qadının özü üçün əldə etdiyi gəlirə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, onun xümsünü verməlidir. Lakin onun bir miqdarını ehtiyaclarına xərcləmiş olarsa, yalnız yerdə qalan hissənin xümsünü ödəməlidir.
Mənbə: "Xümsün hökmləri" kitabı
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |