Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Sual 29: Atanın, ananın və istənilən bir şəxsin verdiyi hədiyyəyə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyəyə xüms düşmür.
Sistani və Safi: Xüms ilindən artıq qalarsa ona xüms düşür.
Fazil, Məkarim və Behcət: Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa onun xümsü verilməlidir.
Təbrizi və Vəhid: Onun miqdarı çox və diqqəti cəlb edəcək dərəcədə olarsa, illik xərcdən artıq qaldıqda xümsü verilməlidir.
Sual 30: Şiə olan, lakin malının xümsünü ödəməyən şəxsin verdiyi hədiyyənin xümsünü verməliyəmmi?
(Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rə`yi: Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacibdir.
Sistani və Təbrizi: Xümsü ödəmək onu bağışlayan şəxsə vacibdir. Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacib deyil.
Xüms və din ardıcılları
Sual 31: Xüms hökmünü qəbul etməyən bir kəs (qeyri-şiə məzhəb və din ardıcılları kimi) mənə hədiyyə verir. Onun xümsünü verməliyəmmi?
(Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr.
Behcət: Hədiyyə olunmuş malın üzərinə xüms gəldikdə zərurət halında ondan istifadə etmək olar.
Sovqatın xümsü
Sual 32: Sovqata xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
Təbrizi, Sistani, Safi, Məkarim, Behcət, Fazil və Vəhid: Xüms ili tamamlanmamış istifadə olunursa, ona xüms düşmür.
Qeyd: Sovqat hədiyyə hökmündədir.
Mükafatın xümsü
Sual 33: Bank mükafatına bir il ötdükdən sonra xüms düşürmü?
İmam (r) və Xamenei: Mükafata xüms düşmür.
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.
Nuri: Hədiyyə ünvanında olarsa xüms düşmür.
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.
Sistani: Yarısın imanlı fəqirə sədəqə vermək şərti ilə qalan yarı hissəni özünə mülk edə bilər. Əgər özünə mülk etdiyi yarı hissə xüms ilindən artıq qalarsa ona xüms verməlidir.
Safi: Xüms düşür
Qeyd: Bank mükafatı bir növ bəxşiş hesab olunur.
Sual 34: Qur`an və id man müsabiqələrində alınan mükafatlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.
Safi və Sistani: Xüms düşür.
Qeyd 1: Məsələ o hala aiddir ki, bir il keçsin və "məunə” (məfhumlar və terminlər bölməsinə müraciət edin) xərclərinə sərf olunmasın.
Qeyd 2: Müsabiqələrdə verilən mükafatlar bir növ bəxşiş hesab olunur.
Mənbə: "Xümsün hökmləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |