Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 103: Xüms verdikdə, Allaha yaxınlıq məqsədi şərtdirmi?
(Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli, Allaha yaxınlıq qəsdi şərtdir.
Sistani: Vacib ehtiyata əsasən Allaha yaxınlıq məqsədi şərtdir.
Qeyd: Xüms verdikdə Allaha yaxınlıq məqsədi bu deməkdir ki, xüms dünyəvi məqsədlər yox, Allahın əmrinin yerinə yetirilməsi üçün verilsin.
Şəmsi və Qəməri il
Sual 104: Xüms ili qəməri, yoxsa şəmsi illə olmalıdır?
(Behcət və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Bu iki il arasında fərq yoxdur və hər biri xüms ili ola bilər.
Behcət: Şəmsi təqviminə uyğun iş görən əkinçi və onun kimi hər bir şəxs öz illik hesabını şəmsi təqvimlə götürə bilər, lakin digər şəxslər öz illik hesablarını qəməri ilə götürməlidirlər.
Vəhid: Vacib ehtiyata əsasən qəməri illə götürsünlər.
Xüms ilinin başlanğıcı
Sual 105: Xüms ili hansı vaxtda başlamalıdır?
İmam (r), Xamenei, Fazil, Behcət və Safi: Gündəlik tədrici qazanc əldə edən (məsələn, tacir) şəxslərin işə başladıqları vaxt, fəhlə və işçilərin birinci maaşlarını aldıqları vaxt, əkinçi və onun kimilərin isə birinci məhsullarını əldə etdikləri zaman onlar üçün xüms ilinin başlanğıcıdır. Əgər bu qazanclar ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
Məkarim, Nuri və Təbrizi: Hər bir şəxsin birinci qazancı onun xüms ilinin başlanğıcıdır. Əgər bu qazanc ilin gəlirindən artıq qalarsa, xümsü verilməlidir.
Sistani və Vəhid: Hər bir kəsin işə başladığı gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
Sual 106: İl ərzində bir dəfə təsadüfən müamilə edən şəxsin xüms ili nə vaxt başlanır?
Bütün müctəhidlərin rə`yi: İşi, sənəti olmayan və təsadüfən müamilə edən şəxsin qazanc əldə etdiyi gün onun xüms ilinin başlanğıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.
Xüms ilini dəyişmək
Sual 107: Xüms ilinin hesab vaxtını dəyişmək olarmı?
(Xameneidən başqa) Bütün müctəhidlərin rə`yi: İlin hesabını istənilən qədər önə salmaq olar. Lakin şər`i hakimin icazəsi olmadan onu tə`xirə salmaq olmaz.
Xamenei: Şər`i hakimin icazəsi olmadan xüms ilini önə və ya tə`xirə salmaq olmaz.
Qeyd: Əlbəttə xüms sahiblərinə zərəri olmayan halda xüms ilini önə salmaq olar. Məsələn, ilin ortalarında qazancının xümsünü ayırarsa, xüms ili üçün başlanğıc götürə bilər və bir il ötdükdən sonra ilin hesabını aparar.
Subay şəxsin xüms ili
Sual 108: Valideynləri ilə yaşayan subay cavanlara xüms ilini tə`yin etmək vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər subay cavanın şəxsi gəliri (az miqdarda olsa da) olarsa, ona xüms ili tə`yin edib illik gəlirini hesablamaq vacibdir. Əgər qazancından bir ilin sonunadək artıq qalarsa, xümsünü verməlidir.
Qeyd: Hədiyyə, mükafat və bu kimi digər gəlirlərə xüms düşdüyü hesab olunan halda uyğun xümsü gənclər də ödəməlidir.
Yetkinlik yaşına çatmamış şəxslərin xüms ili
Sual 109: Sərmayəsi olan və qazanc əldə edən yetkinlik yaşına çatmamış cavanlara xüms vacibdirmi?
İmam (r), Xamenei, Məkarim və Behcət: Vacib ehtiyata əsasən yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü verməlidir.
Təbrizi: Xeyr, yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü vermək vacib deyil.
Sistani, Fazil, Safi, Nuri və Vəhid: Bəli, xümsü vermək onun valideyninə vacibdir. Əgər valideyn onun xümsünü verməzsə, yetkinlik yaşına çatdıqdan sonra uşaq özü bu xümsü ödəməlidir.
Yoxsul şəxsin xüms ili
Sual 110: İllik xərcindən az gəlir əldə edən şəxsin ilin sonunda bir qədər pulu və ya yeməyi artıq qalarsa, ona xüms ili tə`yin etmək və xüms vermək vacibdirmi?
İmam (r), Xamenei, Fazil, Məkarim, Safi, Təbrizi, Sistani və Vəhid: Bəli, əgər onun qazancı il ərzində ehtiyaclarına sərf olmazsa və xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.
Behcət və Nuri: Xeyr. Əgər ilin sonunda pul və ya məunə xərclərindən olan bə`zi şeylər artıq qalarsa, onları öz ehtiyaclarına sərf edə bilər. Bu şeylərə xüms düşmür.
Bir neçə sənəti olan şəxsin xüms ili
Sual 111: Mənim iki sənətim var. Həm dərs deyirəm, həm də maşınla işləyirəm. Sənətlərimin hər biri üçün ayrıca hesab vaxtı tə`yin edə bilərəmmi?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli.
Məkarim: Xeyr, gərək hər iki sənətin gəlirini ilin sonunda birlikdə hesab etsin.
Mənbə: "Xümsün hökmləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |