Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Maaş alanların xümsü
Sual 11: Dövlət işçilərinin maaşına xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.
Sual 12: Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?
Bütün müctəhidlərin rə`yi: Bir başa bankdakı hesaba köçürülən maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.
Sual 13: Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabıma köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdim. Mənim maaşıma xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülən maaşa xüms düşür.
İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyin tə`siri yoxdur.
İbtidai sinif müəlliminin xümsü
Sual 14: İbtidai sinif müəllimiyəm. Bir il ötdükdən sonra aldığım maaşın artıq qalan hissəsinin xümsünü ödəməliyəm, yoxsa yox?
Bütün müctəhidlərin rə`yi: Bəli, bu pula xüms düşür.
Tələbənin qazancının xümsü
Sual 15: Ailəsinin himayəsində olan tələbənin gəlirinə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: İş qazancından toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.
Qeyd: Hədiyyə kimi gəlirlərin hökmü hədiyyənin xümsü hissəsində aydınlaşdırılacaq.
Tələbə təqaüdünün xümsü
Sual 16: Universitetin verdiyi təqaüdə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.
Qeyd: Haqqında danışılan tələbələr nəzərdə tutulan müddətdə universitet və ya müvafiq nazirlik tərəfindən maaş alıb öhdəçilik götürürlər ki, təhsillərini başa vurduqdan sonra həmin maaş müqabilində xidmət göstərsinlər. Bu sayaq maaş digər gəlirlərdən fərqlənmir və ona da xüms tətbiq olunur.
Tələbəyə yardımın xümsü
Sual 17: Universitetdə təhsil zamanı kömək məqsədi ilə alınan pula xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xeyr, xüms düşmür.
Qeyd 1: Tələbə üçün olan yardım təhsil müddətində ona verilən borcdur. Bir neçə il sonra bu borcun müəyyən hissəsi alınır.
Qeyd 2: Təhsilə göstərilən yardım bir hissəsi xərcləndikdən sonra büdcədə toplanarsa, onun özünə və qazancına xüms düşür.
Qeyd 3: Təhsilə edilən yardımdan əldə olunan gəlir xüms ilindən artıq qalarsa ona xüms düşür.
Mənbə: "Xümsün hökmləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |