Ey insanlar! Rəbbiniz
birdir, babanız birdir. Hamınız Adəmin (ə) övladlarısınz. Adəm (ə) isə
torpaqdandır. Ərəb qeyri-ərəbdən üstün olmadığı kimi, qeyri-ərəb də ərəbdən
üstün deyldir... Üstünlük ancaq təqvadadır, Allahdan qorxmaqdadır. Allah
qatında ən dəyərli insan Ondan (c.c) ən çox qorxub ehtiram göstərəndir.
Ey insanlar! Sabah
Rəbbinizə qovuşacaqsınız. Buradakı hərəkət və davranışlarınıza görə sorğu-suala
çəkiləcəksiniz. Məndən sonra əvvəlki səhvlərinizi təkrarlayıb bir-birinizə
qarşı düşmənçilik etməyin.
Nə zülm edin, nə də zülmə boyun əyin. Cahiliyyəyə aid bütün çirkin adətləri ortadan qaldırmışdır.
Sizə tövsiyyəm budur ki, qadınların haqlarını və bu məsələdə Allahdan qorxun. Qadınları Allahın əmanəti
bilin.
Sizin xanımlarınızın üzərində haqqınız olduğu kimi, onların da sizin üzərinizdə haqları vardır.
Sizə iki əməl qoyub gedirəm. Nə qədər ki, onlara möhkəm bağlanmısınız, əsla yolunuzu azmazsınız. O
əmanətlər Allahın kitabı Qurani-Kərim və Peyğəmbərinin (s) sünnəsidir.
Mənbə: "Müqəddəs
mövlud qəndili" kitabı