İmam Əliyə (ə) görə Həzrət peyğəmbərin (s) peyğəmbərliyinin xeyir-bərəkəti
Sual : İmam Əli (ə) Peyğəmbərin (s) besətindən qaynaqlanan xeyir-bərəkəti necə bəyan edir?
Ətraflı cavab:
İmam Əli (ə) "Nəhcül-bəlağə”nin birinci xütbəsində bununla bağlı dörd məsələni qeyd etmişdir:
1. Peyğəmbərin (s) besət (peyğəmbərlik) məsələsi və həzrətin xüsusiyyət və fəzilətlərindən söz açır.
2. O həzrətin zühur etdiyi dövrdə dini-etiqadi azğınlıqlar baxımından dünyanın vəziyyətini vurğulayaraq onların Peyğəmbərin (s) nuru ilə həmin vəziyyətdən qurtuluşlarına toxunur.
3. Peyğəmbərin (s) dünyadan getməsindən söz açır.
4. O həzrətdən miras qalan Qurani-kərim barəsində danışır.
Birinci hissədə buyurur: (Əsrlər ötüb keçdi və günlər geridə qaldı) Allah-taala öz əhdinə vəfa etmək, eləcə də nübüvvəti sona çatdıraraq onu tamamlayıb kamilləşdirmək üçün Məhəmmədi (s) göndərdi).
«اِلى اَنْ بَعَثَ اللهُ سُبْحانَهُ مُحَمَّداً رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَیْهِ وَ آلِهِ لاِنْجازِ عِدَتِهِ وَ اِتْمامِ نُبُوَّتِهِ».
Sonra isə o həzrətin fəzilətləri barədə buyurur: "Bu, bütün peyğəmbərlərdən onun barəsində əhd alındıqdan sonra idi. Belə ki, ona iman gətirsinlər, onun zühurunu öz ümmətlərinə xəbər versinlər. Onun əlamətləri aşkar və doğumu bəyənilmişdir.”
« مَاْخُوذاً عَلَى الْنَبییّنَ میثاقُهُ »کَریماً میلادُهُ» «مَشْهُورَهً سِماتُهُ،
Bu ibarələrin o həzrətin ata-ana və babalarının əzəmət və böyüklüyünə, yaxud onun təvəllüdü zamanı dünya əhlinə nəsib olmuş bərəkətlərə işarə edilməsi mümkündür. Tarixdə oxuyuruq ki, o həzrət dünyaya gəldiyi zaman Kəbə evindəki bütlər düşüb sınmış, illər boyu yanmaqda olan Fars atəşgahı sönmüş, bir qrup insanın sitayiş etdiyi Savə gölü qurumuş və zalım şahların sarayının bir hissəsi viran olmuşu. Bunlar hamısı yeni bir əsrin – "tövhid əsri” və şirklə mübarizənin başlanğıcından xəbər verirdi.
İmam Əli (ə) daha sonra əlavə edərək buyurur: "O zamanlar insanlar müxtəlif məzhəb və əqidələrə parçalanmış və təzadlı fikir, düşüncə və istəklərin əsiri idilər.”
«وَ اَهْلُ الاَرْضِ یَومَیِذ مِلَل مُتَفَرِّقَه وَ اَهْواء مَنْتَشِرَه وَ طَرایِقُ مُتَشَتِّته»
"Bir qrup Allahı yaranmışlara bənzədir, digər bir zümrə isə bütləri Onun adıyla çağırır və ya başqalarına işarə edirlər.”
«بَیْنَ مُشَبِّه للهِ بِخَلْقِهِ اَوْ مُلْحِد فِى اسْمِهِ اَوْ مُشیر اِلى غَیْرِهِ».
Xütbədə istifadə olunan "mulhid” sözü, ərəb dilində "ləhd” kökündən olub bir kənarda yaranmış "çala, çuxur” mənasındadır. Həmçinin, ifrat və ya təfritə uğrayan hər hansı bir işə də öz orta həddini qoruyub saxlaya bilmədiyi üçün "ilhad” deyilir. Şirk və bütpərəstlik də elə bu cəhətdən "ilhad” adlanır.
«مُلْحِد فِى اسْمِهِ» "Mulhidun fi ismihi” cümləsində məqsəd, yuxarıda söylədiyimiz mənalardır. Belə ki, bütlərini Allahın adları ilə çağırır, birini "Lat”, digərini "Üzza” və digər birini isə "Mənat” adlandırırdılar. Bu adlar Allah-taalanın "Allah”, "əl-Əziz” və "əl-Mənnan” kimi adlarından götürülmüşdür. Uyğun ibarə üçün digər bir məna da söylənmişdir, belə ki, onlar Allahı yaratdıqlarının sifət və xüsusiyyətləri ilə çağırırdılar.
Hər iki təfsirin də doğru olması mümkündür.
Sonra buyurur: "Allah-taala o həzrətin vasitəsi ilə onları azğınlıqlardan nicat verərək xilas etdi və o həzrətin vücudunun bərəkətiylə onları cəhalətdən qurtardı.”
«فَهَداهُمْ بِهِ مِنَ الضَّلالَهِ وَ اَنْقَذَهُمْ بِمَکانِهِ مِنْ الْجَهالَهِ».
Daha sonra isə bu mövzu ilə əlaqədər digər bir məsələyə aydınlıq gətirərək buyurur: "Allah-taala özünün görüşünü Məhəmməd (s) üçün seçdi və öz istədiklərini onun üçün də bəyəndi və o həzrəti dünyadan köçməsi iəə axirətə qovuşduraraq ucaltdı və bununla da digər çətinliklərə qatlaşmaqdan xilas etdi.”
«ثُمَّ اخْتارَ سُبْحانَهُ لِمحمَّد صَلَّى الله عَلَیْهِ وَ سَلَّمَ لِقایَهُ، وَرَضِىَ لَهُ ما عِنْدَهُ، وَاَکْرَمَهُ عَنْ دارِ الدُّنْیا وَ رَغِبَ بِهِ عَنْ مَقام البَلْوى
"Yüksək ehtiramla həzrətin ruhunu bədənindən ayırdı. Allahın salamı onun və ailəsinin üzərinə olsun!”
«فَقَبَضَهُ اِلَیْهِ کَریماً صَلَّى اللهُ عَلَیْهِ وَ آلِهِ».
"Digər peyğəmbərlər kimi, o həzrət də sizin aranızda bir yadigar qoyub getdi.”
«وَ خَلَّفَ فیکُمْ ما خَلَّفَتِ الاَنْبیاءُ فى اُمَمها».
"Çünki onlar öz ümmətlərini heç vaxt başsız və bayraqdarsız tərk etmirdilər.”
«اِذْ لَمْ یَتْرُکُوهُمْ هَمَلا بِغَیْرِ طَریق واضِح وَلا عَلَم قایم».
Aydındır ki, imam Əlinin (ə) yuxarıdakı ifadələrdən məqsədi "Səqəleyn” hədisində söylənilən "iki əmanət”dir. Mütəvatir hədisə əsasən Peyğəmbər (s) buyurmuşdur: "Mən sizin aranızdan gedirəm və iki dəyərli əmanəti sizin aranızda yadıgar qoyuram: onlar Allahın kitabı və mənim itrətimdir (Əhli-beytimdir (ə)). Əgər bu ikisinə itaət edib onlardan yapışsanız, heç vaxt yolunuzdan azmayacaq və həlakətə uğramayacaqsınız. Bu ikisi "Kövsər” hovuzunun kənarında mənə qovuşanadək bir-birindən ayrılmıyacaqlar.”
Hər halda peyğəmbərlərin öz ümmətlərinə qarşı qayğıkeş olmaları, yalnız həyatda olduqları müddətə aid deyil, şübhəsiz,
peyğəmbərlər, atanın ölüm yatağında öz övladlarının gələcəyi üçün keçirdiyi nigarançılıq hissindən daha artıq dərəcədə öz ümmətlərinin gələcəkləri üçün nigarançılıq hissi keçirirdilər. Buna əsasən də, hansısa bir peyğəmbərin özündən sonra heç bir plan, proqram və ya özündən sonra bir canişin təyin etmədən, bir ömür çəkdiyi zəhmətləri, əziyyətləri puç etməsinə inanmaq olmaz.
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı