Peyğəmbərin (s) qızına Zəhra (s.ə) təsbihindən başlayaraq miras qoyduğu və bir çox tarix kitablarında da nəql olunan bir-birindən dəyərli mənəvi sovqatlarla yanaşı, Allahın göstərişi ilə Ona, zahirdə maddi bir bəxşiş kimi görünsə də, əslində, çox mühüm tarixi əhəmiyyət kəsb edən bir hədiyyə də vermişdi;
Əllamə Cəlaləddin Siyaquti nəql edir; > ayəsi nazil olandan sonra Peyğəmbər (s) Fatiməni (s.ə) çağırdı və "Fədək" adlanan ərazini ona hədiyyə etdi.
Əlbəttə, "Fədəyin qəmli tarixçəsi" fəslində qeyd edəcəyimiz kimi, Fədəyin Fatiməyə (s.ə) hədiyyə edilməsi sadə bir məsələ deyildi. Bu, bir tərəfdən Əlinin (ə) vilayət məsələsinə mənəvi və maddi dayaq idisə, digər tərəfdən, bu ailənin uca məqamını təsbit edən mühüm bir sənəd idi. Amma o zamanın hakim rejimi bu mətləbi yaxşı dərk etdiyi üçün demək olar ki, Peyğəmbərin (s) vəfatından dərhal sonra saxta hədisə söykənərək, Fədəyi Fatimətuz-Zəhranın (s.ə) əlindən alıb, ümumi büdcəyə (beytül-mal) qatdı. Bu hadisə özü-özlüyündə uzun və qəmli bir qəmli dastandır. İslamın ilk illərinin, Peyğəmbərdən (s) sonra qopan fırtınanın araşdırılıb təhlil edilməsi üçün istinad ediləsi vacib bir sənəddir.
Allahım! Bizi bu böyük xanımın, atasının, həyat yoldaşının və övladlarının (hamısına Allahın salamı olsun!) məhəbbətilə yaşat, onların məhəbbəti ilə məhşərə apar!
İlahi! Bizləri onların məktəbinin dinləyicisi et! Hidayət nurlarıyla hidayətə yetişməkdə və səmərəli yolların yolçusu olmaqda müvəffəq et! Amin, ya Rəbbəl-aləmin!
Mənbə: "Fatimə (s) dünyanın ən üstün qadını" kitabı