» » Bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçən ad


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+0  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 2
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçən ad
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 10-06-2014, 21:00 | Baxılıb: 1 476

    Bədbəxtlər siyahısından xoşbəxtlər 
    siyahısına keçən ad

    Məşhur irfan və elm kitabı olan "Təfsiri-Fatihətül-Kitab” əsərində belə bir rəvayət nəql olunur:
    Bəni-İsrail tayfasında xalqdan kənarlaşıb tənhalığa çəkilmiş bir abid var idi. İbadətinə görə mələklər onu sevir, mələk Cəbrail (ə) onu ziyarət etmək istəyirdi. Bu ziyarət üçün icazə istəyən Cəbrail Allahdan belə bir cavab aldı: "Bax, gör Lövhi-Məhfuzda onun adı haradadır.” Abidin adını bədbəxtlər siyahısında tapan Cəbrayıl heyrətə gəldi və belə ərz etdi: "İlahi, sənin hökmün qarşısında durmağa, bu təəccüblü işləri müşahidə etməyə güc yoxdur.” Allah-Taala belə buyurdu: "Çoxdan onunla görüş arzusundasan. Get onunla görüş və gördüklərini ona de.”
    Cəbrail abidin ibadət yerinə endi. Abid zəif bir bədənlə ibadətə məşğul idi. Onun qəlbi ilahi məhəbbətdən alovlanır, ah-naləsi ərşə qalxırdı. Cəbrail ona salam verib dedi: "Ey abid! Lövhi-Məhfuzda adını bədbəxtlər səhifəsində görmüşəm, özünü artıq əziyyətə salma.” Bu sözləri eşidən abidin çöhrəsi çiçək tək açıldı, dodaqlarına təbəssüm qondu və xoş bir dillə "Həmd olsun Allaha” dedi. Cəbrail heyrətə gəlib dedi: "Bu cür qara xəbəri eşidib "Əlhəmdulillah” deyirsən?! Bu şadlığın səbəbi nədir?” Abid belə cavab verdi: "Mən bəndəyəm, O isə ağadır, ağanın istəyi qarşısında bəndənin nə istəyi ola bilər? Qüdrət Onun əlindədir, hara istəsə oraya da aparar!”
    Abidin sözlərini eşidən Cəbrail riqqətə gəlib öz məqamına qayıtdı. Buyuruldu ki, "Bax, gör Lövhi-Məhfuzda nəqqaş nə nəqşələyib, rəssam necə rəng salıb.”
     "Allah (həmin Kitabda) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar.” "Allah istədiyini edər.”
    Cəbrail bu dəfə baxanda abidin adını xoşbəxtlər siyahısında gördü. O, heyrətə gəlib ərz etdi: "İlahi, bu nə möcüzədir?” Allah-Taala buyurdu: "Ey Əmin, abidi onu gözləyən pis aqibətdən xəbərdar etdiyin zaman peşman olmadı, səbir yolunu seçib, Mənim iradəmə razı oldu, "Əlhəmdulillah” dedi. Həmin "Əlhəmdulillah” xatirinə onun adını bədbəxtlər siyahısından xoşbəxtlər siyahısına keçirdim.”
    İlahi, rəhmətin sonsuz dəryadır
    Kamala yetməyə damlası çatır.
    Bütün günahları yusaq da onda
    Bulanmaz, durular qısa zamanda. 
    Bir rəhmət damlası yuyar min qanı, 
    Bürüyər işığa bütün dünyanı.
    Ya Rəbb, şər içində qovruluruq biz, 
    Yığılsa günahlar, yaranar dəniz.
    Var ikən günahdan heçə dönmüşük, 
    Şər karvanda fani köçə dönmüşük. 
    Ümidimiz bircə rəhmətindədir,
    Rəhm etmək istəsən - əlində nədir! 
    «Və bi quvvətikəl-ləti qəhərtə biha kullə şəy»
    («Səni vasitəsilə hər şeyə qalib gəldiyin qüvvənə and verirəm.»)
    Allahın mübarək zatının eyni olan Onun qüdrət və qüvvəsi bitib-tükənməzdir. Bütün qüdrətlər bu qüdrətin qarşısında puçdur. Ümumiyyətlə hansısa bir müstəqil qüdrətdən danışmağa dəyməz. Bütün qüdrətlər ilahi qüdrətin şüalarıdır. 
    Əvvəlki araşdırmalardan aydın oldu ki, "kullə şəy”, yəni "hər şey” dedikdə Allah-Taalanın yaratdığı sayı-hesabı bilinməyən bütün məxluqlar nəzərdə tutulur. Əlbəttə ki, kainatda mövcud olan milyonlarla varlığın sayını, heyvanların, quşların, sürünənlərin, amöblərin, virusların, mikrobların, bitkilərin qədərini Allahdan başqa kimsə bilməz. Mehriban Allah öz qüdrəti ilə bütün bu şeylərə hakimdir və kimsə Onun qüdrət dairəsindən kənarda deyildir. Göy təbəqələri və onda olanlar, kəhkəşanlar və ulduzlar itaətkarlıqla Allahın göstərdiyi yollarda hərəkətdədirlər. Bütün bu mövcudlar orbitini itirməkdən, parçalanıb dağılmaqdan hifz olunmaq üçün Allahın qüdrətinə sığınırlar. 
    «Və xəzəə ləha kullu şəy və zəllə ləha kullu şəy»
    («Onun (qüvvəsinin) qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur.»)
    Allah-Taalanın qüdrət və qüvvəsi qarşısında qeybi mövcudlardan şuhudi mövcudlaradək, ən böyük varlıqlardan ən kiçik varlıqlaradək, əzəmətli kəhkəşanlardan atomlaradək hər şey baş əyib xar olmuşdur. Onun hikmətli göstərişləri qarşısında hər şey itaətdədir. Heç bir varlıqda itaətsizlik və üsyan müşahidə edilmir. 
    Arifanə bir duada oxuyuruq: "Heç şübhəsiz, Sən o Allahsan ki, qüdrət və qüvvənlə hər şeyi zəlil etmisən. Sənin əzəmətin qarşısında hər şey boyun əymişdir. Sən istədiyin varlığa istədiyini edirsən. Hər şeyi yaradıb qüdrət əli ilə idarə edən müqəddəs zat Sənsən. Sən hər şeyin mövlasısan və hər şey Sənin qüdrətin qarşısında məğlubdur. Sən Əziz və Kərimsən.”
    Yerdə-göydə nə zərrə varsa, inan
    Allah hüzurunda verir imtahan. 
    Küləyi gördünmü Ada (Ad tayfasına) neylədi, 
    Sular qalxdı, gedişatı əylədi.
    Fironu qərq edən olmadımı su, 
    Torpaqda yarıldı Qaruna quyu. 
    Babildə gördünmü filin işini, 
    Nəmrudun başında çibin dişini?!
    Üç yüzə bölünmüş Davud daşını, 
    Düşmənin al qana qəltan başını?! 
    Lut qövmünə göydən yağan kəsəyi, 
    Tük ürpədən səsdən çıxan bəbəyi?!
    Elçilər söylədi sözün gözəlin, 
    Qoy öpsün şairlər onların əlin. 
    Kaş doğru deyimlər elə çoxalsın
    Qırx dəvə bu yükü aparmaz olsun.  
    Bəli, Sənin rəhmətin hər şeyi bürümüş, sonsuz qüdrətin hər şeyi məğlub etmiş, mübarək vücudunun qarşısında hər şey zəlil olmuşdur. Cümə axşamı kimi bir vaxtda göz yaşları və səmimiyyətlə dua edən bəndəsinin duasını qəbul etmək Onun üçün çox-çox asandır. Göy və yer qoşunlarını səfərbər edib bəndəsinin dünya və axirət istəklərini yerinə yetirmək Onun üçün heç bir çətinlik törətmir. Çətin vaxtında Allahın qüdrətindən başqa qüdrət tanımayan bəndənin duası qəbul olunmaya bilərmi? Heç vaxt!
    Hər zəif və gücsüz mövcud bizim istəyimizi yerinə yetirə bilməz. Yalnız geniş rəhmət və sonsuz qüdrətə malik Allah bütün bəşəriyyətin dualarını qəbul etmək gücündədir. 
    "Səhifeyi-Səccadiyyə” nin 13-cü duasında belə deyilir:
    "Yaratdıqlarını ehtiyaclı etmisən. Onlar da "nə üçün, niyə”siz Sənə möhtacdırlar. Öz həyat müşküllərinin həllini Səndən istəyən insan doğru yoldadır. Amma istəklərinə çatmaq üçün özü kimi yaranmışlara üz tutan şəxs Sənin ehsanından məhrum olasıdır. 
    Böyük bir şövqlə Sənə üz tutub, yəqinliklə ümidimi Sənə bağlamışam. Bilirəm ki, nə qədər böyük şey istəsəm də bu şey Sənin dəryanda damla da deyil. Sənin qüdrətin qarşısında bütün istəklər çox-çox kiçikdir. Sənin rəhmət və qüdrət dairən bütün istəkləri əhatə edir. 
    Sənin rəhmət və qüdrətin sayəsində imkansız görünən işlər gerçəkləşir. Heç kəs Səndən kənarda müstəqil ola bilmir, alnına yazılmış möhtaclıqda xar olur.”
    Nəhayətsiz qüdrət qarşısında insanın öz qüdrətindən danışıb "mənəm-mənəm” deməsi layiqli iş deyil. Bir ovuc torpaqdan, bir üfürümlük ruhdan ibarət olan varlıq hansı əsasla qürrələnə bilər?! Ən kiçik hacətləri qavramaqda aciz olan ağıl sahibi hər şeyi əhatə etmiş rəhmət sahibi Rəbbinə qarşı təkəbbür göstərməkdə yanılır. İnsanın bu sayaq özünə güvənməsi onu rəhmət ehsanından məhrum edir, nəhayət, əbədi əzaba qovuşdurur. 
    «Və bi cəbərutikəl-ləti ğələbtə biha kullə şəy»
    («Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərətuna and verirəm»)
    "Cəbərut” lüğət baxımından mübaliğə siğəsində yəni şiddətli mənadadır. "Cəbərut” dedikdə ehtiyacların və nöqsanların ali həddə təmini və bərpası başa düşülür. Bütün mövcudlar ilkin yaranış mərhələsində nöqsanlıdır. Bütün bu nöqsanlar cəbərut vasitəsilə tamlaşır, kamilləşir. 

    Mənbə: ''Kumeyl duasının şərhi (1-ci cild)" kitabı

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 8
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Tek Islamin Awiqiyem | Status: İstifadəçi Offline | 14 Haziran 2014 14:42 | İstifadəçi | Şərh yazdı
    Ya Rebbim meni bagiwla cox pewmanam....Kecmiwimi unudum sene qayitdim meni bagiwla nolar..... tost podzatylnik 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 11 Haziran 2014 12:43 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM...ELHEMDULILLAH ELHEMDULILLAH,ELHEMDULILLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 11 Haziran 2014 12:05 | İstifadəçi | Şərh yazdı
    MAwALLAH, cox gozel, ellerve sagliq

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 11 Haziran 2014 10:15 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI GUL. BILMEDIKLERIMI OYRENDIM YAZAN ELLERIN DERD GORMESIN. SUKUR ALLAHA MIN SUKUR. EHLI-BEYTLE QONSU OLASAN INSALLAH.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 11 Haziran 2014 08:56 | Sayt nəzarətçisi | Şərh yazdı
    Ya Rəbb, şər içində qovruluruq biz, 
    Yığılsa günahlar, yaranar dəniz.
    Var ikən günahdan heçə dönmüşük, 
    Şər karvanda fani köçə dönmüşük. 
    Ümidimiz bircə rəhmətindədir,
    Rəhm etmək istəsən - əlində nədir! SUKURLER OLSUN SENIN BOYUKLUYUNE IAHI HER SEY SENIN ELINDEDIR INSALLAH KI REHMETINE VE BAGISLAMANA SIGINIRAM CUNKI SEN ERHEMERRAHIMINSEN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 10 Haziran 2014 23:56 | İstifadəçi | Şərh yazdı
    Cox sag olun,bilmediyim bir cox seyi oyrenirem sizin vasitenizle. Allah her birimizi Adem eleyhisselamin sag teref ehlinden etsin!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: H.Nurlana | Status: İstifadəçi Offline | 10 Haziran 2014 23:24 | İstifadəçi | Şərh yazdı
    Elhemdulillah Allah razi olsunn bacim

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 10 Haziran 2014 22:44 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Ellerin derd gormesin inweAllah.bele gozel melumatlari bizimle paylawirsiz.Allah tural qardawimizdan ve sizlerden sonsuz razi olsun bizde burdan cox maraqli melumatlar oxuyub oyrenirik
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.