Nə üçün Davud Peyğəmbər abidin cənazəsinə namaz qılmadı
0
Müəllif:
Elya | 25-06-2015, 21:00 | Baxılıb: 1 064
Nə üçün Davud Peyğəmbər abidin cənazəsinə namaz qılmadı
Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır.Ona görə də həmin abid öləndə Davud (əleyhissalam) onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40 nəfər şəxs ona namaz qılıb dedilər: "İlahi, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu daha yaxşı tanıyırsan. Bağışla onu!” Qüsl veriləndə də 40 nəfərgəlib həmin cür dedilər. Çünki daxildən tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə üçün ona namaz qılmadın? Ərz etdi ki, Xudaya, Sən onun riyakar olduüunu xəbər vermişdin. Nida yetdi ki, doğrudur, amma bir dəstə adam onun yaxşılığına şəhadət verdiyi üçün Biz də imza etdik və bağışladıq.” Əzabdan amanda qalmağa haqqı olmayan kəsin bu yolla bağışlanması da Yaradanın bir fəzlidir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.