» » » Əmmarın şəhadəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əmmarın şəhadəti
+5
Müəllif: Admin | 6-06-2014, 23:38 | Baxılıb: 2 327

Siffeyn döyüşündə

Cəməl döyüşü haqq cəbhəsinin xeyirinə tamamlandı. Amma qarşıda daha çətin bir döyüş vardı. Hakimiyyət istəyində olan qiyamçı Müaviyə Həzrət Əlinin (ə) qanuni və ilahi hakimiyyətinə qarşı çıxaraq, Şam məntəqəsini özünə tabe etdi. Həzrət Əli (ə) Şam fitnəsinin də qarşısını almaq fikrində idi.

Dünya həyatı ardınca qaçan bir qrup vəfasız yaxasını kənara çəkdi, bə`ziləri də şübhədən çıxa bilmədi. Hansı ki, Həzrət Əlinin (ə) və Əmmar Yasir kimi bə`zi səhabələrin mövqeləri Müaviyə ilə mübarizənin zəruriliyini açıq-aşkar göstərirdi. Xüsusi ilə, Əmmarın haqq me`yarı olan sözləri tərəddüdlərdən qurtarmaq üçün çox tə`sirli idi. Əmmar qılıncı ilə haqq müxaliflərini cəhənnəmə göndərən və haqtələblərin qəlbinə qüvvə verən bir qəhrəman idi. Əmmar haqq mizanı olduğundan onunla çiyin-çiyinə döyüşənlər əmin idilər ki, öldürüləcəkləri təqdirdə şəhid olacaqlar və behiştə gedəcəklər. Onunla vuruşanların da cəhənnəmə qovuşacağına heç bir şübhə yox idi. Çünki Əmmar haqla, haqq isə Əmmarla idi. Haqq yalnız Əmmarın dayandığı cəbhədə ola bilərdi.

Deyildiyi kimi, bu mizan və me`yar müsəlmanlar arasında yaxşı tanınırdı. Haqq və batil cəbhələrini tanımaq üçün Əmmarın mövqeyinə istinad etmək yetərdi.

Nəql olunur ki, həmin Siffeyn döyüşündə Şam əhlindən olan Zulkəla Həmiri adlı bir şəxs Əli (ə) döyüşçülərinə xitabən Əbu-Nuhu tələb etdi. Onlar bir kənara çəkilib xeyli söhbət etdilər. Zilkəla həzrət Peyğəmbərin (s) İraq və Şam qoşunları arasındakı döyüşündən danışan hədisini xatırladı. Həzrət (s) bildirmişdi ki, Əmmar hansı cəbhədə olsa, həmin cəbhə də haqlıdır. Əbu-Nuh Allaha and içdi ki, Əmmar bizim aramızdadır və bu döyüş hamıdan çox o israrlıdır. Əbu-Nuh dedi: " Mənim arzum sizinlə döyüşmək və sizi öldürməkdir. Hətta sən mənim əmim oğlu olmuş olsan da! Çünki İslam vasitəsi ilə uzaq qohumlar yaxın, yaxınlar isə uzaq olar. Biz haqq və siz nahaq olduğunuz üçün sizinlə döyüşəcəyik...”

Sonra Əbu-Nuh Zilkəlanın istəyi ilə şam qoşununun qarşısına çıxıb, Əmr Ası da Əmmar mövqeyindən, onun həzrət Əli (ə) ilə olmasından xəbərdar etmək istədi. O, düşməni bu məsələdən xəbərdar etməklə onların vicdanını oyatmaq və qan tökülməsinin qarşısını almaq məqsədində idi.

Bu iki şəxslə Əmr As arasında söhbət uzun çəkdi. Hətta Əmr As e`tiraf etdi ki, həzrət Peyğəmbər (s) Əmmarın haqdan dönənlər tərəfindən öldürüləcəyini, heç vaxt haqdan uzaq düşməyəcəyini və atəşin onun bədənini yandırmayacağını buyurmuşdur.

Əmr As Əmmarın Əli (ə) qoşununda olduğunu eşidib, onunla görüşmək istədi. Əmmar Həzrət Əlinin (ə) qoşunundan on iki nəfərlə və Əmr As Müaviyə qoşunundan on iki nəfərlə birlikdə bir məhəldə görüş keçirdilər. Əvvəlcə, Əmr As Əmmarı moizə edərək onu döyüşdən çəkindirməyə çalışdı. Bir Allahdan, müştərək qiblədən, Qur`andan və Peyğəmbərin buyuruqlarından danışdı. Əmmar dedi: "Həmd olsun Allaha ki, səni bu e`tiraflara sövq etdi. Bizim siz bey`ət sındıranlarla savaşımız Peyğəmbərin (s) göstərişi ilədir. O buyurmuşdur: "Zalımlarla və haqdan üz döndərənlərlə savaşın...”

Uzun söhbətlərdən sonra Əmr As Əmmarın sözlərinin onun ətrafındakılara tə`sir edəcəyindən qorxaraq, ayağa qalxdı və öz qoşununa doğru hərəkət etdi. Amma həqiqət axtarışında olan Zulkəla hələ də götür-qoy edirdi.

Əmmarın bu savaşda şəhadətə çatması Həzrət Əlinin (ə) haqq olduğunu və Müaviyənin zalımlığını sübut edən mö`təbər bir sənəd idi. Əmmardan qabaq qətlə yetirilən Zulkəlanın ölümü Əmr Ası narahat etdi və o, Müaviyəyə dedi: "Bilmirəm Zulkəlanın ölümünə çox sevinək, yoxsa Əmmar Yasirin? Əgər Zulkəla Əmmardan sonra sağ qalsaydı, bütün qoşunumuzu Əliyə (ə) yönəldərdi və qoşunumuz dağılıb gedərdi.”

Danışıqlardan heç bir nəticə çıxmadı və nəhayət, qanlı Siffeyn döyüşü başladı. Nur və zülmət, haqq və batil qoşunları üzbəüz gəldi. Döyüşün üçüncü günü Əmmar Yasir öz dəstəsi ilə düşmənlə qarşılaşdı. Qarşı tərəfdə Əmr As və onun dəstəsi dayanırdı. İman, təqva, fəzilət təcəssümü olan Əmmar bütün ömrü boyu haqq məktəbinin müdafiəçisi və təbliğçisi olmuşdu. O, döyüş səhnəsində də belə idi. Bu döyüşdə müsəlmanlara xitabən dedi: "Ey müsəlmanlar! Allahın və Onun rəsulunun düşmənini görmək istəyirsinizmi? Müsəlmanlara zülm, müşriklərə yardım edənlərə baxmaq istəyirsinizmi? İslamın qüdrətinə qorxu və ikrahla baxan, çarəsizlikdən təslim olan, Peyğəmbərin vəfatından sonra düşmən kimi tanıdığımız, günahkarların dostu kimi bildiyimiz şəxsi görmək istəyirsinizmi? Agah olun! Bu şəxs Müaviyədir. Ona lə`nət oxuyun, ona Allahın lə`nəti olsun. O daim Allah nurunu söndürməyə çalışmış, Allah düşmənləri ilə həmahəng olmuşdur.”

Bu vaxt Əmr Asın bayrağına gözü dəyən Əmmar dedi: "And olsun Allaha! Biz bu bayraqla üç dəfə vuruşmuşuq. Onlar bu döyüşdə də hidayət olası deyillər və əvvəlki küfrlərində batıb qalarlar...”

Əmmar şəhadəttələb bir dəstə ilə, Allah yolunda qırmızı ölümün öncülləri ilə Ziyad ibn Nəzirin bayrağı altında hücuma keçdi. Onlar qəhrəmancasına vuruşaraq, Əmr As və onun qüvvələrini geriyə oturtdular.

Bə`ziləri həzrət Peyğəmbərin (s) müsəlmanlarla döyüşü qadağan edən buyuruğunu yada salaraq, canlarını qurtarmağa çalışırdılar. Əmmar onlara müraciətlə dedi: "Bəli... Amma bunlar İslama təslim olmamışlar. Onların təslimçiliyi zahirdədir və öz küfrlərini gizlətmişlər. Bununla özləri və küfr üçün dostlar tapmaq istəyirlər. And olsun Allaha, əgər bizim qoşunumuzu məğlub etsələr, yenə onlar haqsızdırlar və biz haqlıyıq.”

Bu sözlər Əmmar Yasirin əqidəsinin dərinliyini göstərir. Mə`lum olur ki, mübarizə zamanı Əmmar zahirə aldanmır, düşmənin riyakarlıqlarına məftun olmur. Əmmarın bu sayaq agahlığı bütün haqq tərəfdarları üçün nümunə olmalıdır. Əmmardan ibrət götürərək, həqiqət libası geymiş batili tanımalı və onunla vuruşa qalxmalıyıq.

Döyüşdən bir müddət keçsə də, hələ ümumi həmlə başlamamışdı. İmam (ə) hücumdan qabaq öz fədakar döyüşçülərini hərb qaydaları, zəiflər və yaralılarla rəftar hədləri ilə tanış edirdi. O öz komandanlarına hərbi tə`limatlar verir, döyüş qaydalarını aydınlaşdırırdı. Həzrət (ə) döyüşçülərə Allahın zikrini xatırladaraq, Allah-təaladan qələbə və mükafat diləyirdi.

Savaş başladı. Uzun müddət fədakarlıq üçün meydan axtaran haqsevərlər çox münasib fürsət əldə etmişdilər. Əmmar Yasirin başçılığı və Haşim Mirqalin bayrağı altında olan bir qrup mücahid öz döyüş hazırlıqlarını bildirdilər. Hücumdan qabaq Əmmar Yasir həzrət Əliyə (ə) yaxınlaşıb, ərz etdi: "Ey Allah rəsulunun (s) qardaşı! Meydana çıxıb, döyüşməyimə icazə verirsənmi?” həzrət (ə) buyurdu: "Səbr et! Allah sənə rəhmət etsin.”

Bir saat ötür. Əmmar yenidən imama (ə) yaxınlaşıb meydan icazəsi istəyir. İmam (ə) isə əvvəlki cavabını təkrarlayır.

Əmmar üçüncü dəfə imama (ə) müraciət etdikdə imamın (ə) gözləri yaşla dolur. Bu göz yaşları Əmmarın şəhadətindən danışır. Əmmar bunu hiss edib deyir: "Ya Əmirəl-mö`minin! Bu gün Peyğəmbərin (s) mənə xəbər verdiyi gündür” İmam (ə) miniyindən düşüb, Əmmarı ağuşuna alır və onunla vidalaşıb buyurur: "Ey Əbul Yəzqan! Allah-təala özü və Peyğəmbəri (ə) tərəfindən sənə mükafat versin. Sən yaxşı qardaş və dost oldun.”

Əmmar deyir: "And olsun Allaha, açıq gözlə sənə ardıcıl oldum. Hüneyn döyüşü günü həzrət Peyğəmbər (s) mənə buyurdu: "Ey Əmmar! Məndən sonra fitnə qopar. Həmin vaxt Əlinin (ə) ardınca get. Çünki o haqladır, haqq isə onunla. Allah sənə İslamdan ən üstün mükafat əta etsin. Vəzifəni tam yerinə yetirdin və xeyirxahlıq etdin.”

Bu vaxt Əmmar su istəyir. Amma içməyə su olmur. Ənsardan bir kişi ayağa qalxıb ona bir kasa süd gətirir. Əmmar südü içir və bir anlıq fikrə gedir. Birdən üzündə təbəssüm peyda olur və deyir: "Peyğəmbər (s) mənə xəbər vermişdi ki, axırda içdiyin süd olacaq.”

Əmmar meydana yola düşür. Şəhadət ümidi onu sevindirir. Belə bir rəcəz oxuyur:

 

Şükürçatdı gün kigörüşəcəyəm

Məhəmmədlə (s), onun dostlarıyla mən!

 

Haqla batilin, döyüşü başlayır. Əmmar Yasir qoşununun arasından fəryad çəkərək deyir: "Ey insanlar! O kimdir ki, təşnə suya tələsdiyi kimi behiştə doğru tələssin? Behişt nizələrin kölgəsindədir, ey xalq! Qarşınızdakılar dinə həvəssiz gəldilər, qılınc qorxusundan müsəlman olduqlarını bildirdilər. Bu gün isə dindən çıxmaq üçün fürsət tapıblar...”

İslamın şücaətli döyüşçüləri Əmmarın sözlərini eşidib yerlərindən qalxdılar və düşmən qoşununa hücum çəkdilər. Əmmar daim Haşimi döyüşə təşviq edirdi. Haşim nizə ilə döyüşürdü. O misilsiz bir şücaətlə arxadakılar üçün yol açır və nizəsi sınan kimi Əmmar ona yeni bir nizə verirdi. Mücahidlərin hücumu Əmr Ası elə qorxuya saldı ki, dedi: "Əgər əldə qara bayraq, hücuma belə davam olunsa, bütün Ərəb məhv edilər...”

Əmmar Yasir qoşun başçısı idi. O, bayraqdar Haşim Mirqal ilə Həzrət Əlinin dostlarından və İslam qoşununun qəhrəmanlarından idi. Əmmarın yaşı doxsanı adlasa da, onun qəlbi cavan, ümidli və alovlu idi. Əmmarın ixlası, şəhadət şövqü, haqqa itaəti misilsiz idi.

O, Müaviyə qoşunu ilə döyüşə getmək istəyərkən başını qaldırıb dedi: "Pərvərdigara! Əgər bilsəm ki, Sənin razılığın özümü Fərata atmaqdadır, bunu edərəm. Əgər bilsəm ki, Sənin razılığın qılıncı sinəmə sancıb, kürəyimdən çıxarmağımdadır, yerinə yetirərəm.”

Bu döyüşdə Haşim Mirqal o qədər vuruşdu ki, nəhayət, taqətdən düşdü, qarnı yırtıldı, yaralar vücudunu bürüdü. Amma bayraq hələ də əlində idi.

Bayrağın bir yerdə dayandığını görən Əmirəl-mö`minin (ə) Haşimin yanına adam göndərdi ki, bayraq qabağa aparılsın. İmamın (ə) göndərdiyi şəxs Haşimi çox ağır vəziyyətdə gördü. Haşim dedi: "Mənim salamımı Əmirəl-mö`mininə çatdır. De ki, Allahın rəhməti və bərəkəti olsun ona!...” nəhayət, Haşim Mirqal gözlərini dünyaya əbədi qapadı.

Həzrət Əli öz qoşununu həmin qanlı mövqedən aralı bir meydana çəkdi. Haşimin şəhadətindən sonra da Əmmar Yasir vuruşur, Şam qoşununa müraciətlə fəryad çəkirdi: "Behişt qılıncların kölgəsində və ölüm nizələrin girovundadır.”

Döyüş boyu insanları şücaətləndirən, düşmən qəlbinə xof salan rəcəzlər oxunurdu:

 

Necə ki döyüşürdük

Qur`an nazil olanda,

Bu gün  deyilsiniz

Zərbəmizdən amanda.

Necə  uzaq düşüb

Başlar bədənlərindən,

Pərdələnmiş həqiqət

Bu gün güləsi hökmən.

 

Haşim Mirqalın şəhadəti İslam döyüşçülərini mə`yus etsə də ali məqsədlərə doğru səfər qurbansız ötüşmür. Haqqın qələbəsi üçün Haşim və Əmmar kimi şəhidlərin qanına ehtiyac duyulur. Onlar öz canlarını böyük bir fəxrlə İslama hədiyyə etdilər. Amma mükafatları daha böyük oldu: əbədi həyat!

Əmmarın şəhadəti

Görüş məqamının əzəməti vəsvə gəlmir! Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq, şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şer`lər oxuyurdu:

 

Allah doğruçudurəzəmətlidir!

Ya Rəbbbu intizar çoxmu çəkəcək?

Şəhadətdən keçir Sənə gedən yol,

Bu qanlı meydanda doğranam gərək.

 

Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı. Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür mə`bud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət, şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox tə`sir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi.

Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmö`minin (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. O yerə oturur bu azadə şəhidin başını qucağına alır. Həzrət (ə) Əmmarın şəhadətinə ağlayır və onun xatirəsini yad edərək belə deyir:

 

Ölüməl çəkəsi deyilsən məndən,

Bütün dostlarımı varmişəm əldən.

Yaxşı tanıyırsan dostları bir-bir,

Qapı-qapı gəlib alırsan əsir.

 

Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qıldı və Əmmar öz qanlı libaslarında torpağa tapşırıldı.

Böyük Peyğəmbər (s) səhabəsi, imamın fədakar köməkçisi, həqiqətin və Qur`anın güclü müdafiəçisi Əmmarın şəhadəti imamın (ə) və onun ətrafındakıların ruhunda dərin iz buraxsa da, Şam qoşununun da ruhiyyəsini sarsıtmışdı. Həzrət Peyğəmbərin (s) Əmmarın şəhadəti haqqında buyurduğu hədis çoxlarını Müaviyədən uzaqlaşdırdı və onun müharibəsinin nahaq olduğunu sübuta yetirdi. Şam qoşununun tanınmış simalarından olan Əbdüllah Əmmarın şəhadətindən xəbər verən hədisə əsaslanaraq Müaviyəni tərk edib Həzrət Əliyə (ə) qoşuldu. Əbdüllahın bu hərəkəti Müaviyə cəbhəsini təlatümə gətirdi. Müaviyə Əmr Asın hiyləsi ilə belə bir şayiə yaydı ki, Əmmarın qatili onlar yox, Əmmarı müharibəyə çəkən şəxsdir. Bu şayiədən xəbər tutan Əmirəlmö`minin (ə) onların hiyləsini puça çıxararaq buyurdu: "Bu hesabla, həzrət Peyğəmbər (s) Həmzənin qatili hesab olunmalıdır. Çünki Həmzəni meydana o gətirmişdir!”

Bir sözlə, Əmmarın vücudu əvvəlcə qeyd olunduğu kimi, həqiqət meyarı, imam (ə) qoşununun haqlı olmasının sübutu idi. Əmmarın şəhadətindən sonra onun döyüş yoldaşları dünyanı özləri üçün dar gördülər və düşmən qoşununa hücum edib, ona sarsıdıcı zərbələr endirdilər. Müaviyə fədakar şirlərin nərəsini xeyməsinin yaxınlığında eşidib canını qurtarmaq üçün yeni bir hiyləyə əl atdı. Onun göstərişi ilə Qur`an nizələrin başına keçirildi. Həzrət Əlinin (ə) qoşunundakı bə`zi sadəlövh insanlar bu hiyləyə aldanaraq, hücumdan əl çəkdilər. Həzrət Əlini (ə) vadar etdilər ki, müharibənin taleyi mühakimə yolu ilə həll edilsin.

Əmmar Yasir Həzrət Əlinin (ə) güclü qolu idi. Malik Əştərin şəhadətindən sonra Müaviyə belə deyir: "Əli ibn Əbutalibin iki əli vardı. Onlardan biri Siffeyn döyüşündə kəsildi və o, Əmmar Yasir idi. O biri əli isə bu gün kəsildi və o Malik Əştərdir.” Müaviyə bu sözləri Malik Əştərin şəhadət xəbərini eşitdiyi vaxt demişdi.

 

Oxuduqlarınız İslam məktəbinin tərbiyəsini görmüş, vəhy çeşməsindən sirab olmuş, Məhəmmədi və Ələvi ruhundan qidalanmış bir insanın həyatından parçalar idi. Bu insanın həyatı onun əqidəsinin tərcüməçisi idi. Onun dərin imanı, ilahi e`tiqadı ömrünün ayrı-ayrı səhifələrində anbaan əks olunmuşdur. Adı və xatirəsi tarix səhifələrini zinətləndirən, haqtələblərə ilham verən insanlar məhz bu zümrədən olanlardır.

Əmmarın iman və səbri, bəsirət və şücaəti, fədakarlıq və haqqı müdafiəsi "necə olmaq” sualına cavab axtaranlar üçün ilahi bir göstərişdir.

Salam olsun Əmmara! Salam olsun doğulduğu və haqq me`racına tələsdiyi günə!


Kitabın adı: Əmmar Yasir (İdeallarla tanışlıq)
Müəllif: Cəvad Mühəddisi

 
 
Bölmə: Səhabələr / Əmmar Yasir
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 9 Haziran 2014 16:31 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Bicare Zeyneb | Status: İstifadəçi Offline | 7 Haziran 2014 15:44 | İstifadəçi | Şərh yazdı
ALLAHIN SALAMI OLSUN MEHEMMED PEYGEBERE(S)VE ONUN PAK EHLIBEYTINI SEVENLERE.ALLAH RAZI OLSUN TURAL QARDAS.ELLERINIZ DERD GORMESIN.ALLAHUMME SELLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.