Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bə`zən hadisələr insanların tərəqqisi üçün münasib şərait yaradır, İlahi təqdir insana əbədi səadət nəsib edir. Əmmarın müsəlman olması da bu kimi hadisələrdəndir.
Uzun illər Yəmənə hakim olmuş quraqlıq və fəqirlikdən sonra bu məntəqədə həyat canlanmağa başlayırdı. Yasir digər iki qardaşı ilə birlikdə, qəhətlik ucbatında onlardan ayrılmış başqa bir qardaşlarını axtara-axtara Məkkəyə gəldi. Onlar qardaşlarını tapa bilməyəcəklərinə əmin olduqdan sonra geri qayıtmaq qərarına gəldilər. Amma Yasir Məkkədə qalası oldu.Zaman ötdü. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzumi ilə həmpeyman oldu və onun pak kənizlərindən biri ilə evləndi. Bu kənizin adı Süməyyə idi. Bu izdivacdan Əmmar dünyaya gəldi.
Əmmar zülmün ayaq tutub yeridiyi cəmiyyətdə böyüyürdü. Məzlum kütlələr onları bu zülmətdən çəxaracaq ilahi xilaskarın zühurunu gözləyirdi. Nəhayət, Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçildi. Əmmar ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Bu ailə Peyğəmbərlə (s) çiyin-çiyinə müqavimət, səbr və fədakarlıq tarixi yaradırdılar.
Hicazın isti və yandırıcı səhrası, günortanın qaynar günəşi Yasir və Süməyyənin qəhrəmanlığına şahid idi. Bu pir kişi və qoca qadının iman və əqidə yolunda çəkdiyi işgəncələr daşı əridirdi. Hər gün onları işgəncə içində görən girami İslam Peyğəmbəri (s) bu mətin insanları behiştlə müjdələyir, onları səbrə də`vət edirdi. Bu səhnəni müşahidə edən Qüreyş müşrikləri işgəncələri daha da artırırdılar. Yasirlə Süməyyə isə gözlərini peyğəmbərin dodaqlarına dikib, onun dilindən Allah kəlamını dinləmək şövqündə idilər.
Yasir ailəsinin səbr və müqaviməti müşrikləri heyrətə gətirdi və nəhayət, bu iki əzəmətli insan Əbu-Cəhl və onun köməkçilərinin şallaqları altında şəhadətə çatdılar. Onlar İslamın ilk şəhidləri idilər. Yasir və Süməyyə Ərşe-Ə`laya qovuşdular və İslam tarixinin səhifələrini qanları ilə rənglədilər.
Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid oldu. Öz əzizlərini müdafiə etmək gücündə olmayan Əmmar dərin iztirab keçirirdi. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur oldu. Amma onun qəlbi Allaha iman və eşqlə dolu idi. Onu küframiz sözlər deməyə məcbur etdilər. O, Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil oldu və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyəndi.
Əmmar Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə mühacirət edənlər arasında idi. Bu dəstə canını Qüreyşilərdən qorumaqdan əlavə, hicrət etdikləri yerdə İslamı təbliğ etməli idilər.
İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra Əmmar da mühacirlərlə birliklə Həzrətə (s) qoşuldu. O Mədinə məscidinin tikintisində Peyğəmbər (s) və müsəlmanlara kömək edirdi. Tikinti işində Əmmar iki nəfərin işini görür, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona buyurdu: "Əmmar! Özünü bu qədər zəhmətə salma.” Əmmar dedi: "Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm.” Həzrət (s) əlini Əmmarın çiyninə qoyub buyurdu: "Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər.”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |