Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əmmar böyük fəzilətlər sahibi idi. Mütəvatir, mö`təbər bir hədisi xatırlayaq: Siffeyn döyüşündə Əmr ibn As ətrafındakıları əmin edirdi ki, Əmmar əvvəl-axır bizə tərəf dönəsidir. Nəhayət, Əmmar şəhid oldu və onun şəhadəti Müaviyəyə böyük zərbə vurdu. Əmmar şəhid olana qədər səhabələrdən bə`ziləri bu döyüşdə iştirak etmirdilər. Yalnız onun şəhadətindən sonra əksəriyyət bu döyüşə qatıldı.
Həzrət Peyğəmbərin (s) Əmmar haqqındakı buyuruqları dildən-dilə gəzir. Həzrətin (s) sözləri Əmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz həzrət Peyğəmbərin (s) münasibətinə görə Əmmar bütün könüllərdə özünə yer tapır.
Həmin vaxtlar Əmmarla Osman arasında mübahisə baş verir. Peyğəmbər (s) bu barədə eşidib buyurur: "Əmmardan nə istəyirlər? Əmmar onları behiştə də`vət edir, onlar isə Əmmarı cəhənnəmə sürükləyirlər. Əmmar mənim üçün iki gözümün arası kimidir.”Digər bir buyuruğunda Həzrət (s) Əmmarın uca məqamını belə işıqlandırır: "Əmmar başdan-ayağa imanla doludur. İman onun ətinə-qanına hopub.”Nəql olunan hədislər Əmmarın şəxsiyyətinin ucalığını göstərir. Süffeyn döyüşündə Əmmar hara üz tuturdusa, səhabələr də onun ardınca gedirdi. İslam Peyğəmbəri başqa bir hədisdə belə buyurur: "Behişt Əmmarın müştaqıdır.”Həzrət Peyğəmbər (s) Əmmarı qətlə yetirən şəxsə cəhənnəm və`d edir. Bütün bu deyilənlər Əmmarın fəzilətlərinin təsdiqidir. Bu fəzilətlərdən xəbərdar olan Peyğəmbər (s) Əmmar haqqında dəyərli sözlər bəyan etmişdir. Əmmar rəvayətlərdə Peyğəmbər (s) səhabələrinin dörd sütunundan biri sayılır. O həmin dörd nəfərdəndir ki, behişt onların sorağındadır
"Əmmarın qəzəbi Allahın qəzəbidir.” Bunu həzrət Peyğəmbər (s) buyurmuşdur. Tarixi bir söhbət Əmmar Yasirin məqamını bir qədər də açıqlayar: Xalid ibn Vəlid və Əmmar arasında mübahisə yaranmışdı. Xalid həzrət Peyğəmbərin (s) hüzuruna gedib Əmmarın yanındaca onun haqqında xeyli mənfi sözlər söylədi və şikayət etdi. Əmmar Xalidin bu hərəkətindən narahat olub ağladı və dedi: "Ya Rəsuləllah! Görürsənmi nə edir?” həzrət Peyğəmbər (s) başını qaldırıb buyurdu: "Hər kəs Əmmarı qəzəbləndirsə, Allah onu öz qəzəbinə düçar edər. Hər kəs Əmmarı axmaq və düşüncəsiz saysa, Allah onu axmaq və düşüncəsiz sayar.”
Səxavət, isar Əmmarın digər fəzilətlərindəndir. Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Bir gün əsr namazından sonra Peyğəmbər məsciddə oturmuşdu və onun ətrafında səhabələr toplanmışdı. Məscidin bir küncündə palpaltarı cırıq-yırtıq, arıq bir kişi oturmuşdu. Həzrət Peyğəmbər (s) ona müraciətlə buyurdu: "Əgər bir istəyin varsa, de yerinə yetirək.” Qoca kişi dedi: "Ya Rəsulilah! Bir müddətdir acam... Ailəmin yanına qayıtmaq üçün də yol pulum yoxdur.” Həzrət buyurdu: "Mənim yanımda sənə verməyə bir şey yoxdur, amma səni bir evə göndərəcəyəm, nə istəsən verəcəklər.”
Sonra həzrət Peyğəmbər (s) onu Bilala qoşub həzrət Zəhranın (s) evinə göndərdi. Onlar evin qapısına çatdıqları vaxt qoca kişi dedi: "Salam olsun sizə, ey peyğəmbər əhli beyti! Sizin eviniz vəhyin nazil olduğu və mələklərin gəldiyi yerdir.” Qocanın səsini eşidən Zəhra buyurdu: "Salam olsun sənə! Haradan gəlmisən və nə istəyirsən?” Qoca dedi:” Ehtiyaclarımın ödənməsi üçün atanız məni buraya göndərdi.” Həzrət Zəhra özü də bir müddət idi ki, ac idi. Evə baxdı və Həsənlə (ə) Hüseynin (ə) altındakı qoyun dərisini gördü. Uşaqlar onun üstündə yatmışdılar. Həzrət Zəhra (s) dərini qocaya vermək istədi. Amma qoca dedi: "Mən acam, qoyun dərisinə ehtiyacım yoxdur!” Nəhayət, həzrət Zəhra öz boyunbağısını çıxarıb kişiyə verdi. Qoca boyunbağını götürüb, həzrət Peyğəmbərin yanına gəldi və əhvalatı ona danışdı. Həmin vaxt Səlman, Əbuzər və Miqdad da orada idi. Əmmar həzrət Peyğəmbərdən icazə istədi ki, dəyərini ödəyib, qocadan boyunbağını alsın. Həzrət (s) buyurdu: "Ey Əmmar, boyunbağını al. Hər kəs bu boyunbağının alınmasına şərik olsa, Allah onu oda və əzaba düçar etməz.” Əmmar boyunbağının müqabilində 20 dinar 200 dirhəm pul, geyim və çörək verdi, Xeybər döyüşündə payına düşmüş qənimətdən kişi üçün yol azuqəsi tədarük etdi. Əmmarın səxavəti kişini heyrətə gətirmişdi. Bütün hazırlıqlardan sonra qoca Peyğəmbərin yanına gəlib, ona təşəkkürünü bildirdi. Peyğəmbər (s) başını qaldırıb, həzrət Zəhraya (s) dua etdi. Sonra o, Səlmana, Əmmara və Miqdada Həzrət Əli (ə) və xanım Zəhranın (s), imam Həsənlə (ə) imam Hüseynin (ə) bə`zi fəzilətləri haqqında söhbətlər etdi.
Əmmar evə qayıdıb, boyunbağını qiymətli bir parçaya bükdü və ətirlədi. Onu Xeybər döyüşündə payına düşmüş kənizlə birlikdə Peyğəmbərə (s) hədiyyə göndərdi. Həzrət Peyğəmbər (s) hədiy-yələri qəbul edib, qızı Fatimənin (s) ixtiyarına verdi. Kəniz əhvalatı həzrət Fatiməyə danışdıqdan sonra xanım Fatimə onu Allah yolunda azad etdi. Kənizin gülümsədiyini görən Fatimə (s) bu gülüşün səbəbini soruşdu. Kəniz belə cavab verdi: "Bu boyunbağına gülürəm. Bir boyunbağı acı doyurdu, yoxsulu geyindirdi, möhatcın ehtiyacını aradan qaldırdı, bir qulu azad etdi, nəhayətdə isə öz sahibinə qayıtdı.”
Təfsirçilərin bildirdiyinə görə, Qur`anın bə`zi ayələri Əmmarın şə`nində nazil olmuşdur. Allahın saleh bəndələrindən danışan, gecə ibadətlərinə məşğul olan insanları xatırladan, Allahın mərhəmətinə ümidvar mö`minləri yada salan bə`zi ayələr onun şə`nində nazil olmuşdur.Eləcə də, bilənləri bilməyənlərdən üstün tutan, sübh və şam Allaha pərəstiş edənlərdən danışan, yalnız Allahın razılığını düşüənlərdən söhbət açan ayələr də bu qəbildəndir.Xalq arasında nur kimi xatırlanan çöhrədən danışan ayə də Əmmarın şə`nindədir. Bu ayələrin Əmmarın şə`nində nazil olması "Əl-ğədir” kitabında qeyd olunmuşdur.
Əmmarın döyüşlərdə və Peyğəmbərlə (s) yanaşı fəaliyyətlərdə rolu cəlbedicidir. Əhzab (Xəndək) döyüşündə Səlmanın təklifi ilə xəndək qazılarkən Əmmar var qüvvəsi ilə çalışır. Yorğun, taqətsiz, üzü-gözü toz-torpağa bulaşmış Əmmarı görən Peyğəmbər (s) buyurur: "Xəbərdar ol, ey Süməyyə oğlu, zalım qövm səni öldürəsidir.”
Bu cümləni həzrət Peyğəmbər (s) dəfələrlə, eləcə də, Mədinə məscidi tikilərkən buyurmuşdur. Bəli, Əmmarın Süffeyn döyüşündə Müaviyə ilə vuruşda şəhadətə yetəcəyi xəbərini həzrət Peyğəmbər (s) öncədən bildirmişdir.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Əmmar bəziləri kimi rahatlıq və sərvət dalınca qaçmadı. Əksinə, o, haqqın müdafiəsi yolunda olmazın məhrumiyyətlərinə düçar oldu. Peyğəmbərin (s) vəsiyyətlərinin görməməzliyə vurulması Əmmarın iman dolu vücudunu haqq və fəzilət müdafiəçisi kimi ağrıdırdı.
Əmmar "şurtətul-xuməys” adlanan qrupdan idi. Bu qrupda olan insanlar din və Əlinin (ə) rəhbərliyinin himayəsi yolunda fədakarlıq üçün candan keçənlər idilər. Həzrət Peyğəmbər (s) və Əli (ə) də onları behiştlə müjdələmişdi.
Əmmar Peyğəmbər səhabələri, Səlman Farsi, Əbuzər Qəffari, Miqdad ibn Əsvəd, Əbu Əyyub Ənsari, Xəzimə ibn Sabit, Osman ibn Hənif, Səhl ibn Hənif ilə birlikdə məscidə gəlib, imam Əlinin haqqının müdafiəsi üçün müsəlmanların qarşısında çıxış etdi.Bu toplantıda Əmmar belə dedi: "Ey Qüreyş! Ey müsəlmanlar! Əgər bilmirsinizsə, bilin ki, sizin Peyğəmbərinizin Əhli-beyti onun ən layiqli varisləri, dini işlərdə möhkəm və ən əmin mö`minlərdir. Onlar millətin nəzarətçisi və ümmətin xeyirxahlarıdır. Onun Əhli-beyti ilə dostluğunuz qırılmamış, dininiz zəifləməmiş, fitnələr üstünüzə hücum çəkməmiş haqqı öz sahibinə qaytarın. Aranızda ixtilaf düşməmiş, tamahkar düşmən dininizi zaya çıxarmamış hərəkət edin. Yaxşı bilirsiniz ki, Bəni-Haşim sizlərdən ləyaqətlidir, Əli, Allah və Onun rəsulunun sizinlə bağladığı müqaviləyə əsasən, sizin imamınızdır. Siz aşkar üstünlüklərini bilirsiniz. Peyğəmbər sizin evlərinizin məscidə açılan xüsusi qapılarını bağladı, Əlinin qapısı açıq qaldı. Həzrət, qızı Fatiməni Əliyə verdi və onun haqqında buyurdu: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Elm istəyənlər bu qapıdan daxil olmalıdırlar.” Siz dini işlərinizdə ona müraciət etməyə məcbursunuz. O isə sizdən ehtiyacsızdır. Onun layiqli keçmişini bilirsiniz. Belə bir keçmişə isə heç biriniz malik deyilsiniz. Bəs necə olub ki, ondan əlinizi üzüb haqqını əlindən almısınız?! Bilin ki, zalımların cəzası pisdir. Cahiliyyət dövrünə qayıtmayın, ziyan görərsiniz.
Əmmar deyir: "Mən Peyğəmbərlə (s) yaşıd idim.” Əmmar ilkin müsəlmanlardan idi. O, ömrünün bir hissəsini Məkkədə düşmənlərlə mübarizidə və işgəncələr içərisində keçirmişdir. Mədinədə Peyğəmbərin (s) həyatı dövründə müharibələrdə iştirak etmiş və həzrətin (s) şəhadətindən sonra haqq cəbhənin müdafiəsində dayanmış, iki xəlifənin dövründə müharibələrdə olmuş, bütün ömrünü cihada həsr etmişdir. Nəhayət, Siffeyn döyüşündə Əmmar 94 yaşında şəhid olmuşdur.
Əmmar Yasir həzrət Peyğəmbərin (s) həyatı dövründə canını ovucunda tutub, İslamın müdafiəsində dayanmış mö`minlərdən idi. O, müşriklər və təcavüzkarlarla fədakarcasına mübarizə aparırdı. Peyğəmbərdən (s) sonra xilafət məsələsində yanlışlıqlara yol verilsə də, Əmmar İslamın müdafiə səngərini boş qoymamışdı.
Yəmamə döyüşündə mürtədlərlə qəhrəmancasına vuruşan Yasir bu döyüşdə yaralandı. Müsəlmanların ruhiyəsində zəiflik görən Əmmar bir qaya parçasının üstünə çıxıb, onları müqavimətə çağırır və deyirdi: "Yoxsa behiştdən qaçırsınız?”
Zəifləmiş müsəlman qüvvələri Əmmarın şücaətindən və alovlu sözlərindən cür`ətlənib yenidən onun ətrafında toplandılar. Al qanına qəltan olmuş yaralı döyüşçülər yenidən səfərbər olub, düşmənin hücumunu dəf edə bildilər. Nəhayət, bu döyüşdə müsəlmanlar qalib gəldilər.
Əmmarın misilsiz qəhrəmanlıqlarından bir hissəsi Əmirəl-mö`minin (ə) xilafəti dövrünə düşür. O, həzrətlə (ə) çiyin-çiyinə təcavüzkarlar və əhdini sındıranlarla döyüşür və sonra şəhadət şərbətini başına çəkir. Əmmarın Cəməl və Süffeyn döyüşün-dəki rəşadətləri haqqında yenə də danışacağıq.
Kitabın adı: | Əmmar Yasir (İdeallarla tanışlıq) |
Müəllif: | Cəvad Mühəddisi |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |