» » » Əmmarın Kufədə valiliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmmarın Kufədə valiliyi
    +5
    Müəllif: Admin | 6-06-2014, 23:36 | Baxılıb: 1 724

    Əmmarın Kufədə valiliyi

    İslamın böyük şəhərlərindən biri olan Kufədə müəyyən müddət Əmmar Yasir valilik etmişdir. İkinci xəlifənin dövründə Əmmar Kufəyə vali tə`yin olunur. İbn Məs`ud da bir Qur`an müəllimi və xəzinədar kimi onu müşayiət edir. Xəlifənini onlara aid olan hökmündə belə yazılmışdı: "Bu iki şəxs Məhəmmədin (s) ən üstün və seçilmiş köməkçilərindəndirlər. Onları dinləyin və onlara iqtida edin.”

    Peyğəmbərdən tərbiyə almış Əmmar yalnız Allahın razılığı və vəzifəsini yerinə yetirmək barədə düşünürdü. Kufə kimi böyük və həssas bir şəhərin valisi olmasına baxmayaraq, Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. O, Əmirəl-mö`minin (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim oldu və onun hakimiyyəti altında olan xalqın əksəriyyəti Əlinin (ə) tərəfdarları idi.

    Onun ədalətli və dinə müvafiq rəftarı bə`zi dünyatələbləri razı salmadı. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu mə`lumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail oldular. Əmmar yenidən Mədinəyə qayıtdı və həzrət Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam etdi.

    Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: "Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”

    Nəhy əz münkər”− pisliyin qadağa səngərində

    Peyğəmbərdən (s) sonra İslam hakimiyyətini öhdəsinə götürmüş bə`zi şəxslərin beytül-maldan, İslam büdcəsindən sui-istifadə etməsinə tarix şahiddir. Hakimiyyət kürsüsündə oturanların çoxları yetərincə təqvalı olmadığından şeytana aldanaraq, beytül-malı şəxsi malı kimi öz yaxınlarının ehtiyacına sərf edərdilər.

    Üçüncü xəlifə Osmanın dövründə İslam dövləti əsasən Əməvilər tərəfindən idarə olunduğu vaxt bu məsələ özünü daha da qabarıq nəzərə çarpdırdı. Həmin dövrdə imanlı və qeyrətli müsəlmanlar hakimiyyətin iqtisadi fəsadlarına qarşı mübarizə aparır, e`tirazlarını bildirirdilər. Dövlətin iqtisadi siyasətini tənqid edənlərdən biri də Əmmar Yasir idi.

    Üməyyə ailəsinin hərəkətlərini sərt tənqid edən Əmmar xilafət başçılarının qəzəbinə tuş gəldi. Onu e`tirazlarına görə incitdilər, işkəncə verdilər, zindana saldılar, təhqir etdilər. Əmmar öz rəftarını dini bir vəzifə bildiyindən sorağına gəlmiş əziyyətləri də həvəslə qarşılayırdı. O tutduğu yolun ağır əzab-əziyyətləri müqabilində deyirdi: "Nə olur olsun, Allaha həmd oxuyuram. Allah yolunda birinci dəfə deyil ki, işkəncə görürəm.”

    Əmmar xilafət və qanunsuz şura məsələsinə qarışdıqda onunla sərt rəftar edib dedilər: "Sənin bu işə qarışmağa haqqın yoxdur.” Əmmar isə belə cavab verdi: "Əlhəmdulilah! Haqq tərəfdarları daim məzlum olmuşlar!”

    Əmmarın şücaətinin sübutu üçün təkcə bunu demək kifayətdir ki, müsəlmanların hökumət mə`murlarından yazdığı şikayət məktubunu Əmmar tək-tənha aparıb xəlifəyə çatdırdı. Bu görüşdə iştirak edən Mərvanın təhriki ilə elə oradaca Əmmarı kötəkləyib, haldan saldılar və huşsuz halda bayıra atdılar. Müsəlmanlar Əmmarı ayağa qaldırıb apardılar.

    Əmmarın iti dili, şücaətli qəlbi və nüfuzlu imanı vardı. O öz dini vəzifəsini yerinə yetirərkən heç bir sazişə getməz və süstlük göstərməzdi. Əmmar e`tiraz edənlərin natiqi, fəryad çəkənlərin səsi, Həzrət Əlinin (ə) yoluna inananların öncülü idi.

    Bütün bu səbəblərdən Əmmar üçün cinayətkar məs`ulların əməllərinə dözmək çətin gəlirdi. Onu da dəfələrlə böyük səhabə Əbuzər Qəffari kimi sürgün etmək istəmişdilər. Amma xalqın rə`yi və həmpeyman olduğu qəbilənin himayəsi bu işə mane olurdu. Cinayətkar hakimiyyət Əmmarın tənqidlərindən yaxa qurtarmaq üçün yol tapa bilmirdi.

    Əmmar  Yasir, haqla batilin me`yarı

    Əlbəttə ki, insanlar haqq tərəzisinə qoyulmalı, onların şəxsiyyəti həqiqətə əsasən dəyərləndirilməlidir. Amma bə`zən insan özü elə bir iman, ixlas, təqva həddinə çatır ki, haqq ölçüsü, haqq nümunəsi, haqq nişanəsi olur. Bə`zən həqiqəti tanımaq üçün insanı ölçü götürmək lazım gəlir. Bə`zi insanların əməlinə, danışığına və mövqeyinə əsasən həqiqəti tanımaq olur.

    Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul həzrət Məhəmmədin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların qarşısına bir çətinlik çıxdıqda deyərdilər: "Baxın görün Əmmar Yasir necə hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün aşağıdakı hallara nəzər salaq:

    1. Bir kişi Əbdüllah ibn Məs`uddan soruşdular: "Əgər qarşıya bir fitnə çıxsa, haqqı tanımaq üçün nə edim?”

    İbn Məs`ud deyir: "Qur`ana müraciət et.” Kişi yenə soruşur: "Əgər hər iki müxalif dəstə Qur`ana müraciət edib dəlillər göstərsələr necə?” İbn Məs`ud deyir: "Bax gör Əmmar Yasir hansı dəstədədir, sən də həmin dəstəyə qoşul, çünki Əmmar daim haqlıdır.”

    2. Hüzeyfə Yəmani  bu bəsirətli və münafiq tanıyan insan dostlarına tövsiyyə edir ki, heç vaxt Əmmarın əksinə hərəkət etməsinlər. Çünki Əmmar ölümünədək haqdan ayrılmaz və haqq hardadırsa, Əmmar da onunladır.”

    3. Siffeyn döyüşündə də Əmmar haqla batil ölçüsü oldu. O haraya üz tuturdusa Peyğəmbər (s) səhabələri onun ardınca gedirdilər.

    4. Bə`zi səhabələr Peyğəmbərin Əmmarın şəhadəti barədəki buyuruğunu əsas götürərək, o şəhid olanadək vuruşdan çəkindilər. Onlar yalnız Əmmarın şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər.

    Əmmar Yasirin həqiqət ölçüsü olması həzrət Peyğəmbərin (s) buyuruğuna əsaslanır. Həzrət (s) buyurmuşdur: "Əmmar haqla, haqq isə Əmmarla olur. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər.”

       

    Ələvi hökuməti dövründə

    Osmanın qətli və Əmirəl-mö`mininin xilafətə çatması ilə İslam tarixində yeni və parlaq bir dövr başladı. Həzrət Əli (ə) iyirmi beş il müsəlmanların vəhdətini qorumaq xatirinə xanənişin olub, hakimiyyətdən kənarda qaldı. Sonradan xalqın tə`kidləri ilə yenidən siyasət səhnəsinə qayıtdı və müsəlmanlar ona bey`ət etdilər. Sədaqətli səhabələrin, Peyğəmbərin (s) pak tərəfdarlarının meydana dönməsi üçün şərait yarandı. Onlar yenidən var gücləri ilə cihad və təbliğə məşğul ola bilərdilər.

    Əllamə Təbatəbainin "İslamda şiə” kitabındakı təhlillərə əsasən, Əmmar və onun həmkarları Həzrət Əlinin (ə) iş başına gəlməsini İslamın dirçəlişi, küfrün məğlubiyyəti kimi qəbul edən insanlar idilər. Bu insanlar ciddi sə`y ilə ayağa qalxıb, İslamı dirçəltmək və böyük şiə inqilabını hifz etmək üçün çalışırdılar. Şiələrin Həzrət Əliyə (ə) bey`ət günündəki sözləri deyilənlərə sübutdur.

    Artıq Əmmar Yasir pirani bir kişidir. O öz ömrünün ötən illərində acılışirinli hadisələrə şahid olmuşdu. Əmmar mübarizə, vəfadarlıq, müqavimət və haqq yolda möhkəmlik nümunəsidir.

    Əmmar Ələvi hakimiyyəti dövründə Qur`ana meydan açılmasından xoşhaldır. Qohumbazlıq, beytülmalın qarəti və bu kimi İslama yaraşmayan işlərin aradan  qalxması onu sevindirir. Əgər Əli ibn Əbu-Talib kimi bir şəxs hakim olmuşsa, yaşının ötməsinə baxmayaraq, 90 yaşlı bu insan da İslama və müsəlmanlara xidmət edə biləcək.

    Əlinin hökuməti haqq və ədalət hökumətidir. Təbii ki, zalımlar, dünyagirlər ona qarşı çıxasıdırlar. Həzrət Əlinin (ə) iş başına gəlməsi ilə Əmmar Mədinə asayişinə məs`ul olur. Məxfi mə`murlar münafiqlərin, dünyapərəstlərin, Bəni-Üməyyə hizbinin təxribatları haqqında mə`lumatlar gətirirlər. Əmmar bu mə`lumatlarla tanış olub, zəruri bildiyi məsələlər haqqında Həzrət Əliyə (ə)  mə`lumat verir. Şamda müxalif qüvvələrin asta-asta baş qaldırdığı mə`lum olur. Bəsrədən olan bir qrup xəyanətkar Osmanın qətlini bəhanə edərək, Həzrət Əli (ə) ilə bey`ətlərini pozub, qiyam hazırlayırlar. Bu xəyanətkarların başında Təlhə və Zübeyr dayanır. Onlar Ayişəni qabağa salaraq, peyğəmbərin arvadının nüfuzundan öz mənfur niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Nəhayət, Cəməl döyüşünə yol açılır.

    Həzrət Əli (ə) düşmənlə mübarizə üçün Kufəni mərkəz seçmək istəyir.  Kufə əhalisini hazırlamaq üçün bir qrup adam göndərir. Haşimi Mirqal məktub yazaraq Əbu-Musanın müxalifəti barədə həzrətə mə`lumat verir. Həzrət (ə) imam Həsənlə (ə) Əmmarı oraya göndərir. İmam Həsən (ə) çıxış edir, Əmmar da öz sözlərini deyir. Bununla belə Əbu-Musa öz müxalifçiliyini davam etdirir. O, xalqı Cəməl döyüşünə səfərbərlikdən çəkindirir. O gah Peyğəmbərdən hədis gətirir, gah Ayişənin naməsini oxuyur. Nəhayət, Həzrət Əli (ə) Malik Əşdəri çağırıb buyurur: "Əbu-Musanın işdən uzaqlaşdırılmasına sən imkan vermədin. İndi bax gör nə edir!” Malik əzr etdi: "Mən özüm onu islah edərəm.” Malik Əştər yola düşüb Kufəyə getdi. O, Əbu-Musanı Kufədən çıxarıb, əzəmətli bir qoşunu düşmənlə döyüşə səfərbər etdi.

    İşdən kənarlaşdırılmasından narahat olan Əbu Musa Peyğəmbərin (s) adından yalanlar uyduraraq, belə bir təbliğat apardı ki, guya fitnə yaranıb və kənarda dayanmaq lazımdır. Əbu Musa özü həzrət Əliyə (ə) arxa çevirməklə yanaşı, xalqı müharibədən çəkindirmək, cihaddan yayındırmaq, imamın (ə) tərəfdarları arasında süstlük yaratmaq istəyirdi.

    Həzrət Əlinin (ə) Mədinə və Kufədən yığılmış əzəmətli qoşunu Bəsrəyə yaxınlaşırdı. Həzrət Əlinin (ə) Bəsrəyə varid olmasını gözəl şəkildə təsvir edən Məs`udi bunu həzrət Peyğəmbərin (s) Məkənin fəthi zamanı bu şəhərə varid olmasına bənzətmişdir. Mücahidlər min nəfərlik dəstələrlə, tam silahlanmış halda Əbu-Əyyub Ənsari və Xəzimə ibn Sabit kimi səhabələrin komandanlığı altında idilər. Bu dəstələrdən birinə Əmmar Yasir komandanlıq edirdi. Nəql edirlər ki, Əmmar qara əmmamə qoyub, onun bir ucunu öndən sallamış və ağ paltarla yüyrək bir ata süvar olmuşdu. O aram və vüqarla hərəkət edir, belində qılınc, çiynində kaman, Qur`an qiraət edirdi. Əmmarın əlindəki ağ bayrağın altında alnında səcdə yeri olan min süvari cəmlənmişdi.

    Bu dəstələrdən biri də Həzrət Əlinin (ə) ətrafında idi. Onun bir tərəfində Həsən (ə), digər tərəfində Hüseyn (ə) qarşısında çiynində bayraq tutmuş digər oğlu Məhəmməd Hənəfiyyə hərəkətdə idi. Arxasınca Cəfər ibn Əbu-Talibin oğlu Əbdüllah gəlirdi. Əqilin övladları və Bəni-Haşim cavanları həzrəti üzük qaşı kimi əhatəyə almışdılar. Onların aralarında Bədr döyüşünün bə`zi döyüşçüləri, mühacirlər və ənsarlar da görünürdü.

    Əlinin (ə) qoşunu Bəsrə kənarına çatıb, orada düşərgə saldı. Həzrət Əli (ə) qardaş qanının axıdılmasının qarşısını almaq üçün, höccətin tamamlanması məqsədi ilə qadis göndərib, qarşı tərəfə bey`əti xatırlatdı. Amma bütün bunların heç bir əsəri olmadı. Cəməl fitnəkarları həzrətlə (ə) döyüşdə israrlı idilər.

    Həzrət Əlinin (ə) əmri ilə onun ətrafındakılardan Müslim adlı biri əlinə Qur`an götürüb, imamın buyuruqlarını düşmənə çatdırmaq üçün yola düşdü. Düşmən Müslimə hücum edib, onun iki qolunu vurdu, nəhayət, Müslim şəhadətə yetdi.

    Artıq növbə qılınca çatdı! Artıq deyiləsi sözlər deyilmiş, höccət tamamlanmışdı. Düşmən ağıl və düşüncəni bir kənara qoyub, fitnə alovunu qızışdırırdı. Yeganə çarə düşmənlə vuruş idi.

    Həzrətin (ə) göstərişi ilə cərgələr düzülməyə başladı. Əmmar Yasir sonuncu dəfə qabağa çıxaraq, düşmənə moizə etdi, onlara xitabən dedi: "Ey insanlar! Siz Peyğəmbərə (s) münasibətdə insaflı hərəkət etmədiniz. Öz arvadlarınızı evinizdə saxlayıb, Peyğəmbərin arvadını bayıra çıxardınız, döyüş meydanında qılıncların, nizələrin, oxların altında saxladınız!...”

    Əmmar bir az da qabağa getdi və Ayişənin kəcavəsi ilə üzbəüz dayandı. O öz sözləri ilə Ayişəni bu fitnə-fəsaddan çəkindirməyə çalışdı. Bu vaxt düşmən oxları yağış tək Əmmarın üstünə yağmağa başladı. Əmmar oxlardan yayınıb, Həzrət Əmirin (ə) yanına qayıtdı və dedi: "Ey Əmirəl-mö`minin! İndi nəyi gözləyirsən? Savaş ocağı qızışmışdır, əllər qılıncların qəbzəsinə getmişdir, oxlar kamana qoyulmuşdur.”

    Əmirəl-mö`minin (ə) hücuma başlamazdan əvvəl öz döyüşçülərinə tövsiyələr verərək, onları İslamda döyüş qaydaları, insanlıq hədləri, zəiflərə və yaralılara diqqət, müdafiəsiz insanların himayəsi məsələləri ilə tanış etdi. Həzrət (ə) bir nəfər də göndərib, Ayişənin qoşununa e`lan etdi ki, ey Qureyş cavanları, olsun ki, siz üzə düşüb dayanmısınız, gəlin Malik Əştər və Əbdüllah ibn Cündəblə üz-üzə gəlməyin.

    Döyüş başladı. Haqq və Allah aşiqləri Əli (ə) ilə çiyin-çiyinə qəhrəmanlıq dastanı yaratdılar. Mücahidlərin qılıncları fitnəkar qövmün başının üzərindən ley kimi şığıyırdı. Düşmən qoşununun böyük hissəsi Ayişənin kəcavəsi ətrafında toplanmışdı. Həzrətin (ə) əmri ilə Əmmar Yasir, Malik Əştər və Müəmmər ibn Əbdüllah adlı digər bir cavan düşmən qoşununun arasında Ayişənin dəvəsini axtarmağa başladılar. Həmlə zamanı Ayişənin dəvəsi bir nərə çəkib yerə yıxıldı və onun ətrafındakılar qaçmağa üz tutdular. Ayişənin qardaşı Məhəmməd ibn Əbu-Bəkr bacısını götürüb döyüş səhnəsindən uzaqlaşdırdı. Düşmən üzərində qəti qələbə çalındı. Həzrət Əlinin göstərişi ilə Peyğəmbərin arvadı bir qədər istirahətdən sonra hörmətlə Mədinəyə yola salındı.

    Cəməl döyüşündə Əmmar böyük şücaətlər göstərdi və savaşın Həzrət Əlinin (ə) xeyirinə nəticələnməsində mühüm rol oynadı.

     

    Kitabın adı: Əmmar Yasir (İdeallarla tanışlıq)
    Müəllif: Cəvad Mühəddisi

     
     
    Bölmə: Səhabələr / Əmmar Yasir
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 9 Haziran 2014 16:25 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.ÇOX MARAQLIDI.SEVE SEVE OXUDUM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Bicare Zeyneb | Status: İstifadəçi Offline | 7 Haziran 2014 15:26 | İstifadəçi | Şərh yazdı
     ALLAHIN SALAMI VE REHMETI UZERINIZE OLSUN.ALLAH RAZI OLSUN QARDAS.ALLAH HER ZAMAN YAR VE YARDIMCINIZ OLSUN.AMIN.YA REBBEL ALEMIN.ALLAHUMME SELLI ELA MUHEMMEDIN  VE ALI MUHMMED.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.