» » Cəhənnəm barədə düşünmək möminin pərişanlıq amilidir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Cəhənnəm barədə düşünmək möminin pərişanlıq amilidir
    +7
    Müəllif: Fatimə Nuri Xuda | 19-05-2014, 15:00 | Baxılıb: 1 407
     


    Peyğəmbər (s) möminin məhzun olmasının səbəbi barədə buyurur: 
    «Düzdür ki, Allah insanın cəhənnəmə daxil olacağını xəbər vermişdir, lakin onun oradan hökmən çıxacağı barədə vədə verməyibdir. Belə olan halda mömin niyə də qəmgin olmasın?!».
    İnsanın, xüsusilə də möminin məhzun olmasına səbəb olan amillərdən biri də, Allahın bütün insanları cəhənnəmə daxil edəcəyi barəsindəki qəti vədəsi barədə düşünməsidir. Bu cəhəti nəzərə alaraq Rəsuləllah (s) bu nöqtəni xatırlatmaqla, hüznün yaranmasına zəmin hazırlayır. Allah-təala bu barədə buyurur: 
    «Sizlərdən hər biriniz (istisnasız olaraq) cəhənnəmə daxil olacaqsınız və bu Allahın qəti hökmüdür».
    Mömin, Allahın buyuruğuna və Quranın qəti hökmünə əsaslanaraq yəqin edir ki, cəhənnəmə daxil olacaqdır və bir kəs onun cəhənnəmdən çıxmasına zəmanət verməmişdir. Bəli, Allahın xüsusi lütf və inayətində olanlar və ilahi buyuruqlara əməl edənlər cəhənnəmdən xaric olacaqlar, lakin özünün o bu dəstədən olub-olmadığını bilmir. Bu düşüncə onun məhzun olmasına kifayət edir. O öz taleyinin necə olacağını bilmir. Bu cəhətinə görə də əylənib, fərəhlənməyin onun üçün elə bir mənası yoxdur. Bu düşüncə və qəm onu qəflətdən oyadır.
    Bu şəkk və iztirab mömini özünə qaytarır və onu, aqibəti barəsində düşünməyə vadar edir. Bu düşüncələr onu məstlik və yersiz əyləncələrdən çəkindirir. Əlbəttə, dünyada insanın hüznlü olmasına səbəb olacaq digər amillər də mövcuddur. Məsələn, xəstəlik və müsibətlərə düçar olmaq kimi. Yaxud da insana zülm 
    ediləndə, haqqı əlindən alınanda məhzun olur. Bu barədə Peyğəmbər (s) buyurur: 
    «İmanlı insan həyatın çətinlikləri, xəstəlikləri və xoşagəlməz halları ilə üzləşir, çətinliklər görür, lakin kimsə ona kömək etmir. Buna görə də Allahdan bağışlanmaq və savab diləyir».
    Hüznü yaradacaq amillər və səbəblər çoxdur. Lakin hər hüzn də möminin kamal yolunda müsbət rol oynamır. Çünki belə pərişanlığa başqaları da mübtəla olur. Lakin mömini kamal yolunda müsbət yönə istiqamətləndirə bilən hüzn bəyəniləndir və onun mənəvi təkamülündə rol oynayır.
    Hədisin davamında Peyğəmbər (s) buyurur: 
    «Mömin dünyadan qəmgin gedir, lakin elə ki, dünyadan qurtuldu, rahatlıqla mehriban Allahın kəramətinə sarı yollanır».
    Deyildiyi kimi, mömin dünyada olduğu təqdirdə çətinlik və narahatçılıqlarla üzbəüzdür və nəticədə, qəmgindir və ya öz aqibətini düşündükcə, keçmişdəki bəzi naqis işlərini yada saldıqca məhzun olur. Elə ki, çətinlik və qəmlə dolu olan bu dünyadan əbədi dünyaya köçür, sıxıntılar və üzüntülər də başa çatır və önündə vəsfə gəlməyən qəmsiz, ağrı-acısız bir dünya açılır.
    Rəsuləllah (s) nəsihətinin davamında buyurur: 
    «Ey Əbuzər! Allah-təalaya heç vaxt qəm-qüssə və kədər qədər ibadət edilməmişdir».
    Canında hər zaman Allah qorxusu olan bəndənin, zəmanənin acıları və Allah xatirinə səbr edən bir kəsin Allaha bəndəçiliyi daha artıq olur.
    Təbiidir ki, insan öz aqibəti və əməlləri üçün məhzun olanda, Allah dərgahında daha çox ağlayıb-sızlayır və nəticədə, qəlbini günahın qubar və pasından yuyub pak edir. Həmçinin, o əldə etdiyi ayıqlıqla, Allaha daha ləyaqətli ibadət edir və ibadətin qəbulolma şərtlərindən biri olan xalislik, onun üçün daha yaxşı hasil olur. Buna görə də, hüzn və qəmin özü ibadətdir. Çünki hüzn bəndənin diqqətini bəndəçilik məqamı və Allahın əzəmətinə yönəldir. Eləcə də, Allaha ibadətdə daha xalis olmağa vadar edir.
    İndi ki, söhbət gəlib bu yerə yetişdi, ölüm ayağı və Rəhman Allahla görüş anında möminin keçirdiyi hal haqqında bir neçə rəvayət zikr etmək yerinə düşərdi. Rəvayətlərin birində deyilir: «Mömin ölüm anında olarkən iki mələk ona belə deyir: «Ey Allahın vəlisi! Qəm yemə və qorxma, (gözlərin aydın!) səni cənnətlə müjdələyirəm, sevin və şadlan! Nə qəm, nə qorxu sənə yetər və nə də sən ona layiqsən! Allah belə istəmişdir ki, səni hər cür əzab və əziyyətdən xilas etsin, bağışlanma və əfv şərbətini sənə içirtsin. (Bil ki,) cəhənnəmin qapıları sənin üzünə bağlanmışdır və sən heç vaxt ora daxil olmayacaqsan»
    Əli (ə) buyurur: «Dostum və qardaşım Rəsuləllah (s) mənə buyurdu: «Allahın onu qəbul etməsi və onunla görüşməsindən şadlanmaq istəyən hər kəs bilsin ki, səni özünə dost və yar bilməlidir və Allahın ondan razı qalmasını, onunla görüşməsini istəyən hər kəs bilsin ki, oğlun Həsəni (ə) özünə dost və yar bilməlidir. Allahla görüşmək və hər cür qorxudan uzaq olmaq istəyən kəs bilsin ki, oğlun Hüseyni (ə) özünə dost və yar bilməlidir»

    Mənbə: ''Axirət azuqəsi-1" kitabı


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 20 Mayıs 2014 22:39 | Sayt nəzarətçisi | Şərh yazdı
    bir balaca barmagimiz yanir bir hefde goynuyuruk amma bize catmir ki odun icinde yanmaq var ILAHI CEMI QEFLETDE OLANLARI OZ XEYIRINLE SIRKELE  CEHENNEMIN ODUNDAN HIFS ET ILAHI SUKURLER SENIN VARLIGINA

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 20 Mayıs 2014 00:29 | İstifadəçi | Şərh yazdı
    «Ey Allahın vəlisi! Qəm yemə və qorxma, (gözlərin aydın!) səni cənnətlə müjdələyirəm, sevin və şadlan! Nə qəm, nə qorxu sənə yetər və nə də sən ona layiqsən! Allah belə istəmişdir ki, səni hər cür əzab və əziyyətdən xilas etsin, bağışlanma və əfv şərbətini sənə içirtsin. (Bil ki,) cəhənnəmin qapıları sənin üzünə bağlanmışdır və sən heç vaxt ora daxil olmayacaqsan»Allah bizləridə bağışlanmış bəndələrindən qərar versin.Allah razı olsun Gülnar.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 19 Mayıs 2014 23:27 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 19 Mayıs 2014 20:17 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN ALLAH BIZI QIYAMETDE XECALETLI ETMESIN INWELLAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 19 Mayıs 2014 18:44 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.