Yəqin
Allah-taala yəqin haqqında buyurur:
"Onların axirətə yəqinləri olar.” (Bəqərə”, 4.)
Hədisdə deyilir ki: "Kimə yəqin və onun bəhrəsi verilsə, namazın və orucunun azlığı haqqında düşünməz.”
Ürfdə "yəqin” zavalı mümkün olmayan, (həqiqətlə) uyğun və sabit olan qəti bir e`tiqad mənasındadır. Həqiqətdə, yəqin, mə`luma və onun xilafının imkansız olmasına olan elmdən ibarət bir tərkibdir.
Yəqinin mərtəbələri
Yəqinin mərtəbələri vardır ki, Qur`anda "elmül-yəqin”, "eynül-yəqin” və "həqqül-yəqin” tə`birilə göstərilmişdir. Necə ki, buyurur: "Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) elmül-yəqinlə bilsəydiniz (fani dünya malına uymazdınız)! (Ey müşriklər! Qiyamət günü) siz o cəhənnəmi mütləq görəcəksiniz! Bəli, siz (Cəhənnəmə vasil olandan sonra) onu mütləq eynül-yəqinlə görəcəksiniz!”("Təkasur”, 5-6-7.)
Başqa bir yerdə buyurur: "Və Özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, həmin həqqül-yəqindir!”("Vaqiə”, 94-95.)
Mə`rifət babında atəş misal olaraq göstərildiyi kimi, yəqin babında da həmin misalı göstərmək olar. Yə`ni atəşin nuru vasitəsilə müşahidə edilən hər şey "elmül-yəqin” misalındadır. Görünə biləcək əşyalara nur saçan atəşin şö`ləsinin özünü görmək "eynül-yəqin” misalındadır. Atəşin düşdüyü hər bir şeydə, onun kimliyini məhv edəcək dərəcədə təsir qoyub, sırf özünün qalması "həqqül-yəqin” misalındadır.
Baxmayaraq ki, cəhənnəm əzabdır, amma ora düşmək yanmağa və məhv olmağa səbəb olduğu üçün, onu yaxından və uzaqdan görmək və ora daxil olmaq yəqinin bu üç mərhələsi üçün misal çəkilmişdir.
والله اعلم بحقائق الامور
Kitabın adı: Övsafül-əşraf
Müəllif: Xacə Nəsirəddin Tusi