![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Qüdsi hədislərdə mö`minə ehtiram Allaha ehtiram, mö`minə hörmətsizlik Allaha hörmətsizlik hesab olunur. İslam Peyğəmbəri (s) Cəbrailin (ə) nəqlinə əsasən, Allahın belə buyurduğunu bildirir: "Mənim dostuma pislik edən şəxs açıq-aşkar Mənimlə döyüşə qalxmışdır.”
Həzrət Peyğəmbər (s) buyurur: "Mö`min qardaşının bir istəyini yerinə yetirən şəxs sanki ömür boyu Allaha bəndəliketmişdir.”
İmam Sadiq (ə) buyurur: "Hər kəs mö`min qardaşının bir istəyini yerinə yetirsə Allah-Taala Qiyamət günü həmin şəxsin yüz min istəyini yerinə yetirər ki, bu istəklərin birincisi Behiştdir.” "Elə ki, bir bəndə öz mö`min qardaşının hacətini yerinə yetirmək üçün ayağa qalxdı, Allah onun üçün bir sağ, bir soldan iki mələk göndərər. Bu iki mələk bəndə üçün bağışlanma diləyər və onun istəklərinin qəbul olması üçün dua edərlər.”
İmam Baqir (ə) buyurur: "Həzrət Peyğəmbərdən (s) soruşdular ki, Allah yanında ən məhbub əməl hansıdır? "Allah yanında ən məhbub əməl müsəlmanı sevindirməkdir”-deyə Həzrət buyurdu. Soruşdular ki, müsəlmanı necə sevindirmək olar? Həzrət (s) buyurdu: "Acı doyurmaq, qüssəsini aradan aparmaq, borcunu ödəmək.”
İmam Sadiq Allah-Taalanın belə buyurduğunu nəql edir:
"İnsanlar Mənim ailəm, süfrəmdən yeyənlərdir. Mənə onların ən əzizi, onlara mehriban olanlar və onların istəklərini yerinə yetirmək üçün çalışanlardır.”
Həzrət Əli (ə) Allaha xidmət üçün güc istədikdən sonra bu xidmət üçün qəlb möhkəmliyi tələb edir.
Böyük filosof, "əl-Mizan” təfsirinin müəllifi mərhum Əllamə Təbatəbai yəqinə belə tə`rif verir: "Yəqin heç bir səhv və şübhənin yol tapmadığı bilikdir.”
Yəqin üçün üç dərəcə müəyyənləşdirilmişdir: elmül-yəqin, eynəl-yəqin və həqqül-yəqin. Bu dərəcələri sadə bir misalla aydınlaşdıraq. Divar başından tüstünü görən adamda odun varlığına olan əminlik elmül-yəqindir. Odu gözlə görən adamın əminliyi eynəl-yəqin, odda yanan adamın əminliyi isə həqqül-yəqindir.
Həzrəti Peyğəmbər (s) buyurur: "Yəqin əhlinin altı xüsusiyyəti var: Allaha həqqül-yəqin yəqinlikləri var və belə bir yəqinliklə imana malikdirlər; ölümü haqq bilir və onun nəticələrindən həzər qılırlar; ölümdən sonra diriləcəklərinə yəqinlikləri var, ona görə də Qiyamət rüsvayçılığından qorxurlar; Behiştin haqq olduğuna inanır və ona can atırlar; Cəhənnəmin varlığına əminlikləri var, ona görə də qurtuluşa çalışırlar; hesaba əmin olduqlarından həmin hesabdan qabaq özlərini hesaba çəkirlər.”
Yəqinin bu üç dərəcəsinə Qur`an ayələri və Əhli-beyt rəvayətləri vasitəsi ilə çatmaq olar. Bu iki mənbə vasitəsi ilə yəqinə çatmayan kəs heç nəyin vasitəsi ilə yəqinə çata bilməz.
Qur`an vasitəsi ilə yəqinə belə çatmaq olar: əvvəlcə ayələrə diqqət etməklə onların həqiqətən ilahi vəhy olmasına əmin olmaq. "Bəqərə” surəsinin 23-cü ayəsində buyurulur: "Əgər şəkkiniz varsa, siz də ona bənzər bir ayə gətirin.” "İsra” surəsinin 88-ci ayəsində oxuyuruq: "De ki, əgər insanlar və cinlər bir yerə yığışıb Qur`ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.”
Bu iki ayəyə yetərincə diqqət etdikdə insan Qur`anın Allah vəhyi olduğuna əmin olur. Əhli-beyt (ə) maarifi Qur`anın izahı, təfsiridir. Eyni yolla bu maarifə yəqinlik tapıb, yəqin əhli zümrəsinə daxil olmaq mümkündür.
"Allahummə və mən əradəni bisuin fəəridhu, və mən kadəni fəkidhu, vəc`əlnimin əhsəni əbidikə nəsibən indəkə vəəqrəbihim mənzilətən minkə vəəxəssihim zulfətən lədəykə fəinnəhu layunalu zalikə illa bifəzlikə və cudli bicudikə və`tifələyyə biməcdikə vəhfəzni birəhmətikə”
("Pərvərdigara, mənim barəmdə pis düşünən haqqında Sən düşün, mənə hiylə qurana Sən özün cavab ver, məni Sənin yanında payı olan ən üstün, Sənə məqamca ən yaxın, hüzuruna yaxınlıqda xüsusi olan bəndələrindən qərar ver. Şübhəsiz ki, bütün bunlar yalnız Sənin fəzlinlə əldə oluna bilər. Pərvərdigara, Öz səxavətinlə məni bağışla, Öz böyüklüyünlə mənə nəzər sal, Öz rəhmətinlə məni hifz et.”)
İnsana pislik istəyən düşmənlər şeytan, nəfs həvəsi və ləyaqətsiz yoldaşdır. Onlar hər biri insanla hiylə ilə rəftar edir. Bu düşmənlər o qədər qüdrətlidirlər ki, Həzrət Əli (ə) onları məğlub etmək üçün Allahdan yardım istəyir.
Allah yanında məqama çatanlardan olmaq istəyən insan yəqinə ixlasa, əxlaqa, təqvaya can atmalıdır. "Hucurat” surəsinin 13-cü ayəsində buyurulur: "Şübhəsiz ki, Allah yanında sizin ən əziziniz ən təqvalı olanınızdır.”
İnsan səadətinin əsası olan təqva üçün üç mərhələ zikr olunmuşdur: ümumi, xüsusi və ən xüsusi. Ümumi təqva vacibləri yerinə yetirmək və haramları tərk etməkdir. Xüsusi təqva sahibləri məkruhlardan (bəyənilməyən şeylərdən), bə`zən isə mübahlardan da çəkinir. Ən xüsusi təqva isə Allahı unutduran hər şeydən çəkinməkdir.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |