![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Saçlara qulluq haqqında
Bilin ki, qadınların üzürsüz olaraq saçlarını qırxdırmaları haramdır.Kişilər isə ya saçlarını tamamilə qırxmalı və yaxud bir qədər uzadıb təmiz saxlamalı və vaxtlı-vaxtında daramalıdırlar.Kişilər saç saxlayarlarsa tüklərin dibi görsənənə qədər ortadan ayırsalar daha yaxşı olar.
Məhəmməd Peyğəmbər (s) və İmamlar (ə) saçların dörd barmaq miqdarında uzadardılar.İslamdan əvvəlki cahiliyyət dövründə ərəblər saç qırxmağı özlərinə ar bildikləri üçün uzun və natəmiz saxlayardılar.Deməli Peyğəmbər (s) və İmamlar vəziyyəti nəzərə alaraq öz zəmanələrində saçlarını tamamilə qırxa bilməzdilər çünki ,bu iş el adəti ilə böyük ziddiyətlik təşkil edə bilərdi. Onlar saçlarını uzun saxlasalar da onun səliqə və təmizliyinə xüsusi diqqət yetirərdilər. Və saçlarını yalnız həcc və ümrə ziyarətləri günlərində qırxardılar. Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Saçlarınıza diqqət yetirin (ya uzun saxlayın və yaxud tamamilə kəsdirin) çünki bu sizin əxlaqlarınıza böyük təsir göstərə bilər. İmam Sadiq (ə)-dan Peyğəmbər (s)-ın saçı haqqında soruşduqda buyurardı: Cəddim (babam ) Peyğəmbər (s) saçlarını çox təmiz saxlayar və onu ortadan ayıraraq qulaqlarının yumşaq yerinə qədər uzadardı. Və onun kimi heç kim öz saçlarına qulluq etməzdi.
Peyğəmbər (s) hədd-buluğa çatmış qız uşaqlarına (9 yaşından sonra) saçlarını oğlanlar kimi böyürə ayırmağı və necə oldu səliqəsiz saxlamağı qadağan edərdi. O,habelə qadınları, yəhudi qadınları kimi saçlarını qabağına kəkil vurmağı və xına ilə saçlarına müxtəlif şəkilləri çəkməyi qadağan edərdi.
Ərəb qadınları gözəllikməqsədi ilə əllərinə müxtəlif bəzəkli naxışlar çəkər və onların yeri qalması üçün sürmədən istifadə edərdilər. Buna istinadən ehtimal etmək olar ki,onlar xınadan da istifadə etmişlər və Peyğəmbər (s) bu səbəbdən xınanı bu kimi işlərdə istifadə etməyin qadağan etmişdi.
İmam Sadiq (ə)-dan bu haqda bir neçə sual olunur. Qadınlar alınlarında olan tükləri qırxmalıdırlar, ya qoparmalı?Üz tüklərini gözəllik məqsədi ilə qopara bilərlərmi?Və nəhayət hörüklərini bir-birinə bağlaya bilərlərmi? İmam Sadiq (ə) verilən sualların üçünə də müsbət cavab verir. Və sonra buyurur: "Qadınlar saçlarını hörükləri zaman heyvan (at, dəvə və s.) tüklərindən də (bağlamaq üçün) istifadə edə bilərlər. Amma bu şərt ilə ki, o, əti halal heyvanın tükündən olsun. Əks təqdirdə qıldıqları namaz batil olar. Qadınlar hörük vurmaq məqsədi ilə başqa qadınların saçlarından da istifadə edə bilərlər. (Bu rəvayətdən belə, bəlli olur ki, qadınlar o zamanlar hörük vurduqda başqa saç və tüklərdən də istifadə edərmişlər.)
Əllamə Məclisi "Möminlərin zinəti"
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |