Bığ tüklərinin azaldılması haqqında
Peyğəmbər (s) və imam Sadiq (ə)-dan bu barədə nəql olunmuş
hədisdə deyilir:"Bığ tüklərinizi uzanmağa qoymayın yoxsa şeytan orada özünə
yer edib sizi vəsvəsəyə salar.Və bu da sizdə qəm-qüssənin artmasına səbəb
olar. Bığlarınızı o qədər az saxlayın ki, dodağınızın əti görsənsin. Bığ tüklərinizi
və dırnaqlarınızı iki həftə arasında (bir həftə tamam olduqdan sonra ) qısaldın
və bilin ki, bu gözəl sünnət xora xəstəliyinin qarşısını alır. Və cümə günləri
bığ tüklərinizi azaltdığınız zaman bu duanı oxuyun:
(Bismillahi və billah və əla
sunnəti Muhəmməd və ali Muhəmməd)
Cümə günü bu duanı oxuyub bığ tüklərini azaldan şəxs islam
Peyğəmbərinin (s) övladlarından birini azadlığa buraxmış kəslərin savabını
qazanar və ömrünün sonunadək çətin xəstəliklərdən uzaq olar.Başqa bir hədisdə
deyilir: Şənbə və bazar axşamı günlərində
bığ tüklərini azaldıb,dırnaq tutmaq insanı göz və diş ağrılarından amanda
saxlayar.
Bu barədə nəql olunmuş sonuncu hədisdə deyilir:Bığ tüklərinizi
azldın, saqqalınızı isə uzun saxlayın (dörd barmağa qədər) bu şərt ilə ki, yəhudi kişilərinə
oxşamayasınız. Özlərini yəhudilərə oxşadan bizdən deyildir.
Əllamə Məclisi "Möminlərin zinəti"