![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Dırnaq tutmağın fəzilətləri haqqında
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:"Dırnaq tutmaq bir çox xəstəliklərin qarşısını alar və ruzinin bol olmasına səbəb olar.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Dırnaqlarınızı vaxt-aşırı tutun ki,Şeytan orada özünə yer etməsin. Əgər dırnaq daim uzun olarsa hafizə zəifləyər və insanda huşzuzluq xəstəliyi yaranar.”
Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur:"Kişilər vaxt-aşırı dırnaqlarını tutmalı, qadınlar isə onları bir qədər uzadıb təmizliyinə fikir verməlidirlər.”
Rəvayətlərin birində deyilir:Səhabələr Quran ayələrinin bir müddət nazil olmadığını görüb Peyğəmbər (s)-ın yanına gəlib ondan bunun səbəbini soruşdular.Peyğəmbər (s) buyurdu: Dırnaqlarınızı tutmayır, təmizliyə riayət etməyirsiniz belə, olduğu halda ayə nazil ola bilərmi?!
Təbii ki,Peyğəmbər (s)-ın məqsədi səhabələri təmizliyə və səliqə-səhmana sövq etmək olmuşdur. Peyğəmbər (s) onlara bəzi göstərişlər verərdi və bu göstərişlər bəzən ya icra olunmayır və ya təxirə salınırdı, amma bu ibarələrdən istifadə etməklə səhabələrdə məsuliyyət hissi yaranır və şəri hökümlərin icrasında süstlük göstərməyirdilər.
Həzrəti Peyğəmbər (s)-dan nəql olunmuş başqa bir hədisdə deyilir:Şeytanın vəsvəsəsinə uyaraq dırnaqlarınızı dişləriniz ilə təmizləməyin. Bilin ki, bu insanda bir çox xəstəliklərin yaranmasına səbəb olur.”
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Dırnaq tutmaq üçün ən münasib gün cümə günüdür. Ardıcıl şəkildə bu gündə dırnaq tutmaq cüzəm, xora, korluq, pisi (dəri xəstəliyi) kimi xəstəlikləri insandan uzaq edər. Dırnaqlarını tutmaq istərkən sol əlinizin kiçik barmağından başlayıb sağ əlinizin kicik barmağında qurtarın.
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:"Allah-təala cümə günü dırnaqlarını tutan kəslərin dərd və xəstəliklərini şəfa ilə əvəz edər.”
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Cümə və cümə axşamı dırnaqlarınızı tutarsınızsa ruziniz bol, bədəniniz isə sağlam olar.”
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:"Cümə axşamı dırnaqlarını tutan şəxsin övladı çox və ruzisi bol olar.Onlar bu sünnətə əməl etməklə heç vaxt göz ağrısından gileylənməzlər. Dırnaq tutduğunuz zaman bu sözləri deyin.
(Bismillahi və billah və əla sünnəti Muhəmmədin və ali Muhəmməd)
Əllamə Məclisi "Möminlərin zinəti"
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









