Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Paltarların rəngləri haqqında
Paltar üçün ən yaxşı rəng ağ, sarı, yaşıl, açıq qırmızı, göy və mərciməyi rənglərdir. Xoşa gəlməyən rənglər isə bunlardır: Qara , tünd qırmızı (xüsusi ilə namazda). Amma əba, əmmamə və ayaqqabının qara rəngdə olmasının qəbahəti yoxdur. ( Daha yaxşı olar ki, bunlar da qara rəngdə olmasın).
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Ağ rəngli paltarlar geyin, ölülərinizi də bu rəngli parçalarla kəfənləyin. Çünki , bu, rənglərin ən gözəlidir.”
Yaxşı olar ki, qəm-qüssəyə səbəb olan tünd rəngli paltarlardan isdifadə edilməsin. Tünd rəngli paltarlardan adətən yas mərasimlərində istifadə olunar, bu səbəbdən də ibadət zamanı belə paltarlardan istifadə etmək məsləhət deyildir. İbadət edərkən toy və şənlik məclislərində geyinilən paltarlardan istifadə etmək bəyənilmir. Çünki, şənlik mərasimlərində istifadə olunan paltarlar adətən güllü (bəzəkli) və cəlbedici rənglərdə olur. Deməli insan ibadət etdiyi zaman ən sadə təmiz paltarlarını geyinməlidir.
Paltar geyinməyin sair qaydaları haqqında
Yaşadığı cəmiyyətdə islahatlar aparan Hz Muhamməd (s) təbii ki, insanların geyiminə də diqqət yetirməli idi. Səudiyyə Ərəbistanında və ərəblər yaşayan digər məntəqələrdə hələ qədim zamanlardan bəri uzun paltarlardan (əba, qəba) istifadə olunurdu.İslamı qəbul etmiş ərəblər ictimai məsələlərdə bəzi çətinliklərlə qarşılaşırdı. Bu səbəbdən də Peyğəmbər (s) onlara istər şəri, istərsə də ictimai məsələlərdə göstərişlər verməli idi.
Peyğəmbər (s)-ın islamı təzə qəbul etmiş müsəlmanlara etdiyi tövsiyələrdən biri də geyim haqqında idi. O, bu məsələni bele izah ederdi: "Həddindən artıq uzun və gen paltarlar geyinməyin. Qəbanın ətəyi ayaq sümüklərinə qədər (dizlə topuğun arası) qolları isə biləyə qədər olmalıdır. Qadınların üst paltarı isə topuqlarına çatmalıdır. Yəhudilər və məsihilər kimi yerlə sürünən uzun paltarlar geyinməyin, bilin ki, bu cəhənnəm əhlinin paltarlarıdır. Adi havalarda pambıq, soyuq havalarda yun paltarlar geyinin. Paltarlarınızın yaraşıqlı və bahalı olduğu halda qururlanmayın. Allah-təala sadə və əməli-saleh insanları sevər, qəlbini azacıq da olsa qürur və təkəbbür hissi olanları isə əbədi cəhənnəmdə məskunlaşdırar.
Əllamə Məclisi
Möminlərin Zinəti
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |