Quru dodaqlar Fərat yanında Vaveyla,
Əlində sancaq Əli qanıyla Vaveyla.
Bir ömür yandı Huseyn eşqiylə Vaveyla,
İftihar edər Huseyn adıyla Vaveyla.
Çağırdı Əsğər yolunu gözlər Vaveyla,
Bir damla suya həsrət o gözlər Vaveyla.
Fərat yanında tələ qurulmuş Vaveyla,
Vurulmuş Əbbas qana bulanmış Vaveyla.
Bağlandı yollar, kəsildi qollar Vaveyla,
Bitməz bülbüllər,qurudu güllər Vaveyla.
Toplandı gözü, yarıldı başı Vaveyla,
Torpağa düşdü yaralı naşı Vaveyla.
Qana bulandı Ələmdar Abbas Vaveyla,
Yalqız buraxdı Huseyni Əbbas Vaveyla.
Sən ümüdüydün bacın Zeynəbin Vaveyla,
Qırıldı səndən sonra dizləri Vaveyla.