Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Namazın vacibatı-Səcdə
1) Səcdənin mənası və əhkamı:
Vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə yerinə yetirmək lazımdır. Səcdə, alnı təvazökarcasına yerə qoymaq deməkdir.
Diqqət:
İki səcdə birgə "rükn” sayılır. Yəni, namazqılan şəxs, istər bilərəkdən, istərsə də səhvən səcdənin ikisini də yerinə yetirməsə və ya iki əlavə səcdə yerinə yetirsə, namazı batildir.
Əgər namazqılan şəxs bilərəkdən bir səcdəni artıq yerinə yetirsə, namazı batildir. Lakin əgər səhvən etsə, namaz batil deyildir və bunun özünəxas hökmü vardır ki, bir qədər sonra nəzərinizə çatdırılacaq
Səcdənin vacibatları:
1.Bədənin yeddi üzvü yerə dəyməlidir.
2.Zikr
3.Zikri deyərkən bədən hərəkətsiz olmalıdır.
4.Zikri deyərkən yeddi üzv yerin üzərində olmalıdır.
5.Birinci səcdədən qalxıb əyləşmək, sonra ikinci səcdəyə getmək lazımdır.
6.Səcdə üzvləri qoyulan məkanlar biri digərindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmamalıdır, başqa sözlə desək, namazqılanın məkanı hamar olmalıdır.
7.Alın qoyulan yer pak olmalıdır.
8.Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə
olmamalıdır.
9.Alını, səcdənin düzgün olduğu şeylərin üzərinə qoymaq.
10.Vacib ehtiyata görə, təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək.
I. Bədənin yeddi üzvü yerə dəyməlidir:
1. Alın;
2 və 3: hər iki əlin içi;
4 və 5: hər iki ayağın dizləri;
6 və 7: hər iki ayağın baş barmaqları.
Diqqət:
Səcdə edərkən əli xırda dəlikləri olan döşəmə daşlarının üstünə qoymağın heç bir maneəsi yoxdur.
Səcdədə ayağın baş barmağından əlavə digər barmaqları yerə qoymağın eybi yoxdur.
2. Əgər namazqılan şəxs alnını bilərəkdən, yaxud səhvən yerə qoymasa, digər altı üzvünü (iki əlin içi, iki dizlər və iki ayağın baş barmağı) yerə qoysa belə səcdə etməmişdir. Lakin əgər alnını yerə qoysa və səhvən digər üzvünü yerə qoymasa, yaxud səhvən zikri deməsə, səcdəsi düzdür.
3. Əyilib alnını yerə qoya bilməyən şəxs, üzərinə səcdə etdiyi əşyanı (möhür və bu kimi digər əşyaları) hündür bir şeyin üstünə qoymalı və bacardığı qədər əyilərək səcdə etməlidir. Belə ki, ətrafdakılar onun səcdə etdiyini təsdiqləsinlər. Eləcə də əllərin içini, dizləri və ayaq barmaqları da mümkün qədər göstərilən qaydada yerə qoymalıdır. Əgər möhrü qoymaq üçün bir vasitə tapmasa, onu əli ilə hündürə qaldırmalı və alnını möhürə qoymalıdır.
4. Səcdə yerini nə qədər hündürə qaldırsa da əyilib səcdə edə bilməyən şəxs, başı ilə səcdəyə işarə etməlidir. Başı ilə də mümkün olmasa, gözləri iə işarə etməlidir.
Diqqət:
Əlil arabasından istifadə edən və vəziyyətinə görə 2 səcdə üzvünü yerə qoya bilməyən şəxs, əgər möhürü arabanın dəstəyinə, yaxud balış və s. bu kimi vasitələrin üzərinə qoyub səcdə edə bilirsə, bu qaydada səcdə etməlidir. Qıldığı namaz da düzdür. Əgər bu qaydada namaz qılmaq mümkün deyilsə, bacardığı şəkildə, hətta işarə ilə olsa da, səcdə və rükunu yerinə yetirsin.
5. Palçıqlı yerdə namaz qılan şəxs, əgər səcdə edərkən bədəninin və paltarının palçığa bulaşması onu çətinliyə salacaqsa, ayaq üstə başı ilə səcdəyə işarə edə bilər və təşəhhüdü də ayaq üstə oxuya bilər.
II. Zikr:
Səcdənin vacib zikri bir dəfə "Subhanə rəbbiyyəl ə-əla və bihəmdih” və ya üç dəfə "Subhanəllah”dır. Əgər "Subhanəllah” əvəzinə "Əlhəmdu lillah” və ya "Allahu Əkbər” zikrini üç dəfə desə, kifayət edir.
III. Səcdənin zikrini deyərkən bədən hərəkətsiz olmalıdır:
1. Səcdənin vacib zikrini deyərkən bədən hərəkətsiz olmalıdır. Hətta müstəhəb zikri deyərkən də, məsələn, "Subhanə rəbbiyəl əla və bi-həmdih”i təkrar edərkən vacib ehtiyata görə bədən hərəkətsiz olmalıdır.
2. Səcdənin zikrini deyərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilən şəxs
a.Alnını yerə qoymamış və sabit vəziyyət almamış zikr desə
1)Bilərəkdən etsə, namazı batildir.
2)Səhvən etsə
-Səcdədə ikən səhvini anlasa, sabit vəziyyət alıb zikri yenidən deməlidir.
-Səcdədən qalxdıqdan sonra səhvini anlasa, namazı düzdür.
b. Zikr tamamlanmamış başını səcdədən qaldırsa
1)Bilərəkdən etsə, namazı batildir.
2)Səhvən etsə, namazı düzdür
3.Balış və s. bu kimi yumşaq əşyaların üstünə möhür qoyub səcdə etməyin – belə ki, bu halda bədən ilk öncə bir qədər hərəkət edib sonra hərəkətsiz olur – eybi yoxdur.
IV. Zikri deyərkən yeddi üzv yerin üzərində olmalıdır:
1. Əgər namazqılan şəxs səcdənin zikrini deyərkən yeddi üzvdən birini qəsdən yerdən qaldırarsa, namazı batil olar. Lakin zikr demədiyi anda alından qeyri digər üzvləri yerdən qaldırsa, sonra yenidən qoysa eybi yoxdur.
2. Əgər səcdənin zikri tamamlanmamışdan qabaq namazqılan şəxs səhvən başını yerdən qaldırarsa, yenidən qoya bilməz və bunu bir səcdə hesab etməlidir. Lakin əgər digər üzvləri səhvən yerdən qaldırarsa, yenidən yerə qoyub zikri tamamlamalıdır.
3. Əgər səcdəyə gedərkən alın səcdə yerinə dəyib qeyri-ixtiyari yerdən ayrılsa, yenidən alnı yerə qoyub zikri demək və bunu bir səcdə hesab etmək lazımdır.
V. Birinci səcdədən qalxıb əyləşmək, sonra ikinci səcdəyə getmək:
Namazqılan şəxs birinci səcdənin zikrini deyib qurtardıqdan sonra əyləşməli, bir anlıq dayandıqdan sonra ikinci səcdəyə getməlidir.
VI. Səcdə üzvləri qoyulan məkanlar biri digərindən 4 bağlı barmaqdan çox hündür və ya alçaqda olmamalıdır:
Səcdədə alın qoyulan məkan, dizlər və ayağın baş barmaqları qoyulan məkanlarda dörd bağlı barmaqdan çox hündür və ya alçaqda olmamalıdır.
VII. Alın qoyulan yer pak olmalıdır:
Möhür, ümumiyyətlə üzərinə səcdə edilən hər bir şey pak olmalıdır. Lakin möhürü napak xalçanın üstünə qoyub səcdə etməyin, yaxud əgər möhürün bir tərəfi napakdırsa, pak tərəfinə alın qoyub səcdə etməyin eybi yoxdur.
VIII. Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə olmamalıdır:
Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə olmamalıdır. Beləliklə, əgər saç, papaq və ya möhürün üstünü tutan çirk qatı – belə ki, alnın möhürə dəyməsinə həqiqətən maneə yaradır – alınla möhür arasında maneə yaradarsa, səcdə və namaz batildir.
Diqqət:
Əgər namazqılan şəxs səcdə əsnasında yaylıq, papaq və s. bu kimi əşyaların maneəçiliyi nəticəsində alnının möhürə dəymədiyini başa düşsə, başını yerdən qaldırmadan alnını hərəkət etdirməli və möhürə qoymalıdır. Əgər şəri hökmü bilmədən və ya unudaraq alnını yerdən qaldırarsa və bu əməl, bir rəkətin iki səcdəsindən yalnız birində baş versə, namazı düzdür və yenidən qılmaq lazım deyil.
IX. Alnı, səcdənin düzgün olduğu şeylərin üzərinə qoymaq lazımdır.
X. Vacib ehtiyata görə təşəhhüd deyilməyən rəkətlərdə də ikinci səcdədən sonra əyləşmək:
Dörd rəkətli namazların birinci və üçüncü rəkətlərində vacib ehtiyata görə ikinci səcdədən sonra əyləşmək, sonra ayağa qalxmaq lazımdır.
3) Üzərinə səcdənin düzgün olduğu şeylər:
Bunların üzərinə səcdə etmək düzgündür
1)Yer 2)Yerdən çıxan
üç şərtlə
1. Yeyilən olmasın.
2. Geyilən olmasın.
3. Torpaq altından çıxarılan bir sıra faydalı qazıntılardan olmasın.
1) Səcdəni yerin və ya yerdən çıxıb yeyilməyən bitkilərin üzərinə etmək olar, məsələn, daş, torpaq, taxta, ağacların yarpaqları və s. Yerdən çıxsa da pambıq və buğda kimi geyinilən və yeyilən şeylərin üzərinə səcdə etmək düzgün deyil. Həmçinin yerin tərkibi ilə eyni olmadığı üçün metal və şüşə kimi faydalı qazıntılar üzərinə səcdə etmək düzgün deyil.
2) Binaların tikintisində və ya bəzədilməsində istifadə edilən mərmər və s. daşların üzərinə səcdə etmək düzgündür.
Həmçinin əqiq, firuzə, dürr və s. cəvahirat daşları üzərinə səcdə etmək düzgündür. Hərçənd ehtiyati-müstəhəbə görə səcdə edilməsə yaxşıdır.
3) Ot, yonca və s. yerdən çıxan və təkcə heyvanların yediyi bitkilərin üzərinə səcdə etmək düzgündür.
4) Vacib ehtiyata görə çayın yaşıl yarpağına səcdə etmək düzgün deyildir. Lakin yeyilmədiyi üçün qəhvə ağacının yarpağı üzərinə səcdə etmək düzgündür.
5) Yeyilməyən güllərin və müalicəvi bitkilərin – belə ki, bu bitkilər, yalnız müalicə işlərində istifadə olunur – üzərinə səcdə etmək düzgündür. Lakin müalicədən qeyri bir sıra faydalarına görə yeyilən bitkilərn üzərinə səcdə etmək düzgün deyil.
6) Bir məntəqədə yeyilən, lakin digər bir məntəqədə yeyilməyən bitkilər "yeyilən bitkilər” sayılır və onların üzərinə səcdə etmək düzgün deyil.
7) Kərpic, saxsı, təbaşir, əhəng və sementin üzərinə səcdə etmək düzgündür.
8) Pambıqdan başqa digər yeyilməyən bitkilərin və həmçinin taxtadan hazırlanan kağızın üzərinə səcdə etmək düzgündür.
9) Əgər namazqılan şəxs, üzərinə səcdənin düzgün olduğu vasitələrdən heç birini əldə edə bilməsə, yaxud əldə edə bilsə də havanın həddən artıq isti və ya soyuq olduğuna görə onların üzərinə səcdə edə bilməsə, pambıq və ya kətan parçadan olan paltarının, ümumiyyətlə pambıq və ya kətan parçadan olan bir əşyanın üzərinə səcdə etməlidir.
Vacib ehtiyata görə əgər paltarı pambıq və kətan parçadandırsa və onun üzərinə səcdə etmək mümkündürsə, bu parçalardan olan digər əşyalara səcdə etməsin.
Əgər pambıq və kətan parçadan olan heç bir şeyi əldə edə bilməsə, vacib ehtiyata görə əlinin üstünə səcdə etsin.
10) Əgər namazqılan namaz əsnasında üzərinə səcdə etdiyi əşyanı itirsə və namazda ikən yaxınlığında üzərinə səcdənin düzgün olduğu heç bir şeyi əldə edə bilməsə, bu halda əgər namaz vaxtı genişdirsə, namazı kəsməlidir. Lakin əgər vaxt dardırsa, əvvəlki məsələdə deyilən ardıcıllığa riayət etməlidir.
11) Əgər insan təqiyyə etmək məcburiyyətindədirsə, xalça və s. bu kimi əşyaların üzərinə səcdə edə bilər və namaz üçün xəlvət bir məkan axtarmağa ehtiyac yoxdur.
Lakin əgər həmin məkanda zəhmətə düşmədən həsir, daş və bu kimi əşyaların üzərinə səcdə etmək imkanı varsa, vacib ehtiyata görə bu əşyaların üzərinə səcdə etməlidir.
12) Əgər birinci səcdəni yerinə yetirərkən möhür alına yapışsa, ikinci səcdəyə gedərkən möhürü alından qopardıb, yerə qoymaq lazımdır. Əgər belə etməsə və ikinci səcdəni möhür alnına yapışmış halda yerinə yetirsə, düzgün deyil.
Diqqət:
Ən yaxşı səcdə, torpaq və yerin üzərinə edilən səcdədir. Bu, Allah-Taala qarşısında xüzu və xüşunun ən yüksək dərəcəsidir. Seyyidüş-şühəda İmam Hüseynin (ə.s) türbəti isə torpaqların ən fəzilətlisidir.
4) Səcdənin bəzi müstəhəb əməlləri:
1.Səcdədən əvvəl və sonra "Təkbir” demək müstəhəbdir. Bir şərtlə ki, təkbir deyərkən bədən hərəkətsiz olmalıdır.
2.İki səcdə arasında "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək müstəhəbdir. Yenə də bu sözləri deyərkən bədən hərəkətsiz olmalıdır.
3. Səcdəni uzatmaq, zikrlər demək, dünya və axirət hacətlərini istəmək və salavat göndərmək müstəhəbdir.
4. Səcdədən qalxıb sol ayaq üzərində əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq müstəhəbdir.
Diqqət:
Səcdədə Quran oxumaq məkruhdur (savabı azdır).
Səcdənin iki hökmü:
I. Allahdan qeyrisinə səcdə etmək haramdır. Məsum İmamların (ə.s) hərəmlərinin qapısı ağzında səcdə etmək, Allaha şükr səcdəsi etmək niyyətilə olsa, eybi yoxdur. Əks təqdirdə haramdır.
II. Vacib səcdəsi olan surələrdəki səcdə ayəsini oxuduqda və ya eşitdikdə ayə tamamlanan kimi dərhal səcdəyə getmək lazımdır. Əgər insan, səcdə etməyi unutsa, yadına düşən kimi səcdəni yerinə yetirməlidir.
Diqqət:
Səcdə
1. Səcdə surəsi, 15-ci ayəayələri
2. Fussilət surəsi, 32-ci ayə
3. Nəcm surəsi, 62-ci ayə
4. Ələq surəsi, 11-cu ayə
Səcdə ayəsini radiodan, televiziyadan, maqnitafondan və s. bu kimi vasitələrdən eşitdikdə də səcdə etmək vacibdir.
Quran ayəsinin vacib səcdəsini yerinə yetirərkən alnı yerə qoymaq ki-fayətdir və səcdədə zikr deməyə ehtiyac yoxdur. Lakin müəyyən zikrləri, xüsusilə aşağıdakı zikri demək müstəhəbdir:
"La ilahə illəllahu həqqən həqqa.
La ilahə illəllahu imanən və təsdiqa.
La ilahə illəllahu ubudiyyətən və riqqa.
Səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa.
La mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |