Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Namazın vacibatı-Qiraət
1) Qiraət zamanı oxunanlar:
Günün vacib namazlarında qiraət
1.Birinci və ikinci rəkətdə: Həmd və vacib ehtiyata görə, kamil bir surə.
2.Üçüncü və dördüncü rəkətdə: Təkcə Həmd, ya bir dəfə Təsbihati-ərbəə. Lakin müstəhəb ehtiyata görə, üç dəfə Təsbihati-ərbəəni oxumaq.
1.Günün vacib namazlarının birinci və ikinci rəkətində Təkbirətul-ehramdan sonra Fatihə surəsi və ondan sonra Qurani-Kərimin surələrindən biri vacib ehtiyata görə kamil surətdə oxunmalıdır. Surədən bir və ya bir neçə ayə oxumaq kifayət etmir.
2.Yovmiyyə namazlarının üçüncü və dördüncü rəkətində ya təkcə Fatihə surəsini, ya da Təsbihati-ərbəəni, yəni "Subhanəllahi vəl-həm-du lillahi və la ilahə illəllahu vallahu əkbər”, oxumaq olar.
2) Birinci və ikinci rəkətdə qiraətin əhkamı:
1. "Fil” və "İlaf” surələinin ikisi bir surə hökmündədirlər və Həmddən sonra onlardan təkcə birini oxumaq kifayət etmir. Həmçinin "Vəz-zuha” və "Ələm nəşrəh” surələri də belədir.
Diqqət:
Hər kim bu hökmü bilmədən "Fil” və "İnşirah” surələrini Həmddən sonra təklikdə oxusa, əgər hökmü öyrənməkdə səhlənkarlıq göstərməyibsə, qıdığı namazlar düzdür.
2. Vacib yovmiyyə namazlarında Həmd və Surəni oxuduqdan sonra Quran oxumaq niyyətilə bir sıra ayələri oxumağın eybi yoxdur.
3. Əgər namaz vaxtı dar olsa, yaxud namazqılan qorxsa ki, surəni oxuyacağı təqdirdə oğrunun, yırtıcı bir heyvanın və ya başqa bir şeyin ona ziyanı dəyəcəkdir, surəni oxumamalıdır.
4. Əgər namazqılan şəxs səhvən Surəni Həmddən qabaq oxusa və rükuya getməmişdən öncə səhvini başa düşsə, Həmddən sonra yenidən bir surə oxumalıdır. Əgər surəni oxuyarkən öz səhvini başa düşsə, surəni kəsib Həmdi oxumalı və sonra surəni oxumalıdır.
5. Əgər Həmd və Surəni oxumaq, yaxud onlardan birini oxumaq unudulsa və rükuda yada düşsə, namaz düzdür.
6. Əgər namazqılan şəxs rükuya getməzdən öncə Həmd və Surəni, yaxud təkcə Surəni oxumadığını xatırlasa, onu oxumalı, sonra rükuya getməlidir.
Əgər Həmdi oxumayıbdırsa, Həmdi oxumalı və yenidən Surəni oxumalıdır. Həmçinin əgər əyilib rükuya çatmazdan öncə Həmd və Surəni, ya onların hər ikisini oxumadığını xatırlasa, qalxmalı və onları oxumalıdır.
7. Vacib namazlarda vacib səcdəsi olan surələri oxumaq olmaz.
Əgər bilərəkdən və ya səhvən bu surələrdən biri oxunsa, səcdə ayəsini oxuduqda səcdəyə getmək, sonra ayağa qalxıb surəni tamamlamaq və namazı qılmaq lazımdır.
Amma əgər namazqılan şəxs səcdə ayəsini oxumamışdan qabaq səhvini başa düşsə, vacib ehtiyata görə surəni kəsməli, digər bir surəni oxumalı və namazı qılıb qurtardıqdan sonra yenidən qılmalıdır.
8. Əgər insan, namaz əsnasında səcdə ayəsini eşitsə, namazı düzdür və ayəni eşitdikdən sonra səcdəyə getmək əvəzinə səcdəni işarə ilə göstərməlidir.
9. Əgər namazqılan şəxs Həmddən sonra İxlas və ya Kafirun surəsini oxumağa başlasa, onu kəsib başqa bir surə oxuya bilməz. Lakin əgər Cümə namazında unudaraq Cümə və Munafiqun surələrinin yerinə Ġxlas və ya Kafirun surələrindən birini oxusa, onları kəsib Cümə və Munafiqun surəsini oxuya bilər.
10. Əgər namazda İxlas və Kafirun surələrindən qeyri bir surə oxunsa, yarıdan çoxu oxunmadığı halda bu surəni kəsib digər bir surəni oxumaq olar.
11. Əgər namazqılan şəxs oxudğu surənin bir hissəsini untsa, yaxud vaxt darlığına və ya başqa bir səbəbə görə əlacsız qalıb onun tamamlaya bilməsə, o surəni kəsməli və başqa bir surə oxumalıdır. Bu halda surənin yarısının oxunub-oxunmamasının, yaxud İxlas və ya Kafirun surələri olub-olmamasının fərqi yoxdur.
12. Müstəhəb namazlarda surəni oxumaq lazım deyildir. Hətta bu müstəhəb namaz nəzr vasitəsilə vacib olsa da. Lakin əgər müstəhəb bir namazda müəyyən bir surəni oxunmaq qeyd olunubsa, məsələn, valideyn üçün qılınan namaz, o namazın qaydasına əməl etmək istəyən şəxs həmin surəni oxumalıdır.
3) Üçüncü və dördüncü rəkətdə qiraətin əhkamı:
1. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbəəni bir dəfə demək kifayətdir. Ehtiyati-müstəhəbə görə üç dəfə deyilə bilər.
2. Təsbihati-ərbəəni üç dəfə, yaxud üç dəfədən az və ya çox dediyinə tərəddüd edən şəxsə heç nə vacib olmur. Lakin əgər rükuya getməyibdirsə, tərəddüd etdiyi sayların ən azını götürə və Təsbihati-ərbəəni təkrarlaya bilər, ta ki, bu zikri üç dəfə dediyinə əmin olsun.
3. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbəəni oxumağa adət edən şəxs, Həmdi oxumağı qərara alsa, lakin qərarını unudub adəti üzrə Təsbihati-ərbəəni oxusa, namazı düzdür. Eynilə Həmdi oxumağa adət edən və Təsbihati-ərbəəni oxumağı qərara alan şəxsin hökmü belədir.
4. Əgər insan namazın üçüncü və dördüncü rəkətində qəflət üzündən Surəni də oxusa və namazı qılıb qurtardıqdan sonra səhvini başa düşsə, namazı düzdür və yenidən qılmağa ehtiyac yoxdur.
5. Əgər namazqılan şəxs ayaq üstə ikən Həmd və ya Təsbihati-ərbəəni oxuduğuna şəkk etsə, onu oxumalıdır. Lakin əgər müstəhəb olan "istiğfar”ı (yəni, "əstəğfirullahə rəbbi və ətubu iləyh” cümləsi) dediyi zaman şəkk etsə ki, Təsbihati-ərbəəni oxuyub, yoxsa yox, onu oxumaq lazım deyildir.
6. Əgər namazqılan üçüncü və dördüncü rəkətin rükusunda Həmdi və ya Təsihati-ərbəəni oxuduğuna şəkk etsə, öz şəkkinə etina etməməlidir. Lakin əgər rükuya əyilərkən rüku səviyyəsinə çatmamış şəkk etsə, vacib ehtiyata görə qalxmalı və Həmdi və ya Təsbihati-ərbəəni deməlidir.
4. Ucadan və ya ahəstə qiraət etmək (cəhr və ixfat):
Cəhr və Ixfat
1.Birinci və ikinci rəkətdə Həmd və Surəni oxuyarkən
Sübh, məğrib və işa namazlarında-
-Namazqılan kişidirsə, ucadan oxumalıdır.
-Namazqılan qadındırsa, ucadan və ya ahəstə oxuya bilər. Lakin əgər səsini naməhrəm eşidirsə, ahəstə oxumağı yaxşıdır
Zöhr və əsr namazlarında –
-"Bismillahir rəhmanirrəhim”dən başqa ahəstə oxunmalıdır. İstər namazqılan kişi olsun, istər qadın.
2.Üçüncü və dördüncü rəkətlərdə: həm qadın, həm də kişi istər Təsbihati-ərbəəni, istərsə də Həmdi ahəstə oxumalıdır. Namazı tək qıldığı halda "Bismillahir rəhmanir rəhim”i ucadan deyə bilər. Hərçənd ehtiyati- müstəhəbə görə ahəstə deməlidir. Camaat namazında bu ehtiyat vacibdir.
1. Kişilərə sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan oxumaq, zöhr və əsr namazlarının Həmd və Surəsini isə ahəstə oxumaq vacibdir. Qadınlar da zöhr və əsr namazlarının Həmd və Surəsini ahəstə oxumalıdırlar, lakin sübh, məğrib və işa namazlarının Həmd və Surəsini həm ucadan, həm də ahəstə oxuya bilərlər. Əgər naməhrəm səslərini eşidərsə, ahəstə oxusalar yaxşıdır.
2. Namazın üçüncü və dördüncü rəkətlərində Təsbihati-ərbəəni və ya Fatihə surəsini ahəstə oxumaq həm qadına, həm də kişiyə vacibdir. Əgər bu rəkətlərdə Fatihə surəsini oxusa, namazı tək qıldığı halda "Bismillahir-rəhmanir-rəhim” ayəsini ucadan deyə bilər, hərçənd müstəhəb ehtiyata görə, ahəstə deməlidir. Camaat namazında isə vacib ehtiyata görə bu ayəni də ahəstə deməlidir.
Diqqət:
Göründüyü kimi sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində Həmd və Surəni ucadan oxumaq, zöhr və əsr namazlarında Həmd və Surəni ahəstə oxumaq, həmçinin üçüncü və dördüncü rəkətlərdə Həmdi və ya Təsbihati-ərbəəni ahəstə oxumaq vacibdir. Lakin namazqılan yovmiyyə namazlarının digər vacib zikrlərini, məsələn, rükunun və səcdənin zikrlərini, təşəhhüdü, salamları və s. həm ucadan, həm də də ahəstə oxuya bilər.
Vacib namazlar istər vaxtında qılınsın (əda olsun), istərsə də qəza qılınsın – qəza namazı ehtiyata görə qılınsa belə – qiraətin ucadan və ahəstə oxunmasına riayət olunmalıdır.
O yerlərdə ki, namazın qiraəti ucadan oxunmalıdır qəsdən ahəstə oxunsa, yaxud əksinə, ahəstə oxunmalıdır, qəsdən ucadan oxunsa, namaz batildir. Lakin əgər namazqılan hökmü unutsa və ya bilməsə, namazı düzdür. Həmçinin Həmd və Surəni oxuyarkən səhvini başa düşsə (yəni, ucadan oxumalıdırsa, ahəstə oxumuşdur. Yaxud ahəstə oxumalıdırsa, ucadan oxumuşdur), qaydaya zidd oxuduğu miqdarı yenidən qayda üzrə oxumaq lazım deyildir.
Hər kim Həmd və Surəni oxuyarkən səsini həddən artıq ucaltsa, sanki fəryad çəkir, namazı batildir.
5) Qiraətin vacibatları:
1. Qiraət zamanı sözləri tələffüz etmək vacibdir. Odur ki, sözləri tələffüz etmədən ürəkdə oxumaq, yəni sözləri ürəkdən keçirmək kifayət deyildir. Qiraətdə meyar budur ki, insan, dildə tələffüz etdiyini – əgər qulağı ağır eşitmirsə və ya ətrafda səs-küy yoxdursa – özü eşitsin.
Diqqət:
Anadangəlmə danışıq qabiliyyətini itirən lakin digər duyğuları sağlam olan şəxs, namazını əl işarələri ilə qıla bilər və qıldığı namaz düzdür.
2. Qiraət, düzgün və səhvsiz olmalıdır. Əgər bir şəxs heç cür onu düzgün şəkildə öyrənə bilmirsə, bacardığı kimi qiraət etməlidir. Ehtiyati-müstəhəbə görə belə şəxs, camaat namazı qılmalıdır.
Diqqət:
Həmd və Surəni, həmçinin namazın digər sözlərini yaxşı bilməyən, lakin öyrənməyə imkanı olan şəxs, əgər namaz vaxtı genişdirsə, bu sözləri öyrənməlidir. Lakin əgər vaxt dardırsa, vacib ehtiyata görə imkan daxilində camaat namazı qılmalıdır.
Düzgün qiraət ərəb dilinin qaydalarına riayət etmək və hərfləri məxrəcindən elə bir şəkildə tələffüz etməkdir ki, ərəblər onu düzgün tələffüz hesab etsinlər.
Qiarətdə, təcvid qaydalarına riayət etmək şərt deyildir.
Əgər namazqılan şəxs, Həmd və Surənin sözlərindən birini bil-məsə, ya bilərəkdən bir sözü deməsə, ya bilərəkdən bir hərfin yerinə digər bir hərf desə, məsələn "zad” hərfinin yerinə "za” hərfini tələffüz etsə, yaxud da hərəkələri dəyişsə, hərfi təşdidli oxumasa, namazı batildir.
Həmd və Surəni, həmçinin namazın digər sözlərini səhv oxuyan şəxs, məsələn "yuləd” sözünü "yulid” kimi oxuyan şəxs, əgər bilərək-dən səhv oxuyubdursa və ya cahili-müqəssidirsə (öyrənə bildiyi halda düzgün qiraəti öyrənməyibdir), qıldığı namazlar batildir. Əks təqdirdə, qıldığı namazlar düzdür. Bu şəxs əgər düzgün qiraət etdiyinə əmin olub namaz qılıbsa, qıldığı namazlar düzdür və yenidən qəzasını qılmaq lazım deyil.
"Maliki yəvmiddin” ayəsində "maliki” sözü "məliki” kimi də qiraət olunmuşdur. Odur ki, ehtiyat ünvanında bu sözün iki şəkildə oxunma-sının eybi yoxdur.
Əgər namazqılan şəxs, namazda qiraət zamanı bir ayəni digər ayəyə vəsl etmək (bitişdirmək) istəsə, ayənin sonuncu hərəkəsini tələffüz etməsi lazım deyildir. Məsələn, belə deyə bilər: "Maliki yəvmiddin iyyakə nəbudu və iyyakə nəstəin”. Buna "sükunla vəsl” deyilir. Həmçinin ayəni təşkil edən sözlərin sonucu hərəkəsi barədə də hökm belədir. Hərçənd burada ehtiyati-müstəhəbə görə "sükunla vəsl” olunmasa yaxşıdır.
Əgər namazqılan şəxs "ğəyril məğzubi ələyhim”i deyib dayansa, yəni, vəqf etsə, sonra "vələzzallin”i qiraət etsə, bir halda bu vəqf düzgün sayılar ki, yaranan fasilə cümlənin bütövlüyünə xələl gətirməsin.
Əgər namazqılan bir ayəni oxuyub qurtardıqdan sonra onu düzgün oxuduğuna şəkk etsə, öz şəkkinə etina etməməlidir. Həmçinin ayədən bir cümləni oxuduqdan sonra onu düzgün oxuduğuna şəkk etsə, məsələn "iyyakə nəbudu”nu oxuduqdan sonra şəkk etsə, şəkkinə etina etməməlidir. Əlbəttə, bütün bu hallarda oxuduqlarından nəyinsə düzgünlüyünə şəkk etsə, ehtiyat ünvanında yenidən oxumağının eybi yoxdur.
3. Həmd və Surə, həmçinin Təsbihati-ərbəə oxunulan zaman bədən hərəkətsiz olmalıdır. Əgər namazqılan bir qədər önə və ya geriyə, yaxud sağa və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi an oxuduğu sözləri və zikrləri saxlamalıdır.
6) Qiraətin bir sıra müstəhəb və məkruh əməlləri:
Qiraətin bir sıra müstəhəb əməlləri
1. Birinci rəkətdə Həmddən qabaq "Əuzu billahi minəşşəytanir- racim” demək;
2. Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlə rində "Bismillahir-rəhmanir-rahim”i ucadan demək;
3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək;
5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;
6. Həmdi oxuduqdan sonra "Əlhəmdu lillahi rəbbil aləmin” demək; istər camaat namazında, istər də tək halda (furada) qılınan namazda. İstər pişnamaz olsun, istərsə də iqtida edən.
7. "İxlas” surəsini oxuduqdan sonra, 1, 2 və ya 3 dəfə "kəzalikə rəbbi” cümləsini demək;
8. Həm Həmdi, həm də Surəni oxuduqdan sonra bir qədər dayanmaq, sonra namazı davam etdirmək;
9. Üçüncü və dördüncü rəkətdə Təsbihati-ərbəəni dedikdən sonra Bağışlanma diləmək və demək: "Əs-təğfirullahə rəbbi və ətubu iləyh” Yaxud "Allahumməğfir li”.
Qiraətin bir sıra məkruh əməlləri
1. İxlas surəsini yovmiyyə namazlarında bir dəfə belə oxumamaq, məkruhdur.
2. "İxlas” surəsindən savayı bir surəni hər iki rəkətdə təkrar oxumaq məkruhdur.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |