» » » » Namazın vacibatı-Rüku


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Namazın vacibatı-Rüku
    +5
    Müəllif: Admin | 10-03-2014, 15:00 | Baxılıb: 3 177


    Namazın vacibatı-Rüku


    1) Rükunun mənası və əhkamı:


    Hər rəkətdə qiraətdən sonra bir rüku yerinə yetirmək vacibdir. Rüku əllər dizlərə çatanadək əyilmək deməkdir.


    Diqqət:


     Əgər namazqılan şəxs rüku səviyyəsinə qədər əyilib dayandıqdan sonra qalxıb yenidən rüku niyyətilə əyilsə, namazı batildir (Çünki rüku rükndür və onu artırmaq namazı batil edir).


    2) Rükunun vacibatları:


    Rükunun vacibatları

    1. O həddə qədər əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun.

    2. Zikr.

    3. Rükunun zikrini dedikdə bədən hərəkətsiz olmalıdır.

    4. Rükudan qalxıb ayaqüstə dayanmaq.

    5. Vacib ehtiyata görə rükuda əlləri dizlərə qoymaq lazımdır.


    I. O həddə qədər əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun:


    1) Namazqılan şəxs namazın hər rəkətində qiraətdən sonra o həddə qədər əyilməlidir ki, əllərini dizlərinə qoya bilsin. Əl barmaqlarının ucu belə dizlərinə çatsa, kifayətdir.

    2) Vacib ehtiyata görə rükuda əlləri dizlərə qoymaq lazımdır.

    3) Əyilmək, rüku niyyətilə olmalıdır. Odur ki, əgər namazqılan şəxs başqa bir niyyətlə əyilsə, məsələn, yerdən bir şeyi götürmək niyyətilə əyilsə, bu əyilmə rüku sayılmır. Həmin şəxs qalxmalı və rüku niyyətilə əyilməlidir. Bu halda namaz batil olmur, çünki namazın rüknu artırılmayıbdır.

    4) Oturan halda namaz qılan şəxs, rüku zamanı üzü dizlərinin səviyyəsinə çatanadək əyilsə, kifayətdir.


    II. Zikr:


    Rükunun vacib zikri 1 dəfə "Subhanə rəbbiyəl əzimi və bihəmdih” və ya 3 dəfə "Subhanəllah”dır. "Subhanəllah” yerinə 3 dəfə "Əlhəmdu lillah” və ya "Allahu Əkbər” demək də kifayətdir.


    III. Rükunun zikrini dedikdə bədən hərəkətsiz olmalıdır:


    1. Rükunun vacib zikrini deyən zaman bədən hərəkətsiz olmalıdır. Hətta müstəhəb zikrlərini, məsələn "Subhanə rəbiyyəl əzimi və bihəmdih” zikrini təkrar edən və ya digər zikrlər vacib ehtiyata görə bədən hərəkətsiz olmalıdır.

    2. Əgər rükunun vacib zikrini dediyi zaman namazqılanın bədəni qeyri-ixtiyari hərəkət etsə və müvazinəti pozulsa, adi hala qayıtdıqdan sonra vacib zikri yenidən deməlidir.

    3. Rükunun zikrini deyərkən bədənin hərəkətsiz olmasının vacib olduğunu bilən şəxs


    Əgər rüku həddinə çatmamışdan və bədən hərəkətsiz olmamışdan öncə rükunun zikrini desə-Bilərəkdən olsa, namazı batildir. Səhvən olsa, rüku həddinə çatdıqdan və bədən hərəkətsiz olduqdan sonra vacib zikri yenidən deməlidir.


    Rükunun vacib zikri qurtarmamışdan öncə rükudan qalxsa-Bilərəkdən olsa, namazı batildir. Səhvən olsa- Rüku həddindən xaric olmazdan öncə zikri tamamlamadığını anlasa, dayanmalı və rükunun zikrini tamamlamalıdır.- Rüku həddindən xaric olduqdan sonra zikri tamamlamadığını bilsə, namazı düzdür.


    4. Hər kim xəstəlik və bu kimi səbəblərə görə 3 dəfə "Subhanəllah” deyənə qədər rükuda qala bilmirsə, 1 dəfə "Subhənallah” deməklə ki-fayətlənə bilər. Əgər ancaq bir an rükuda qala bilirsə, vacib ehtiyata görə rükunun zikrini həmin anda deməyə başlamalı və qalxarkən tamamlamalıdır.


    IV. Rükudan qalxıb ayaqüstə dayanmaq:


    Namazqılan şəxs rükunun zikrini tamamladıqdan sonra qalxıb düz dayanmalı, sonra səcdəyə getməlidir. Əgər bilərəkdən qalxıb düz daynmasa və səcdəyə getsə, namazı batildir.


    3) Rükunu unutmaq


    Rükunu unudan şəxs


    1.Birinci səcdəni yerinə yetirməmişdən öncə yadına düşsə, ayağa qalxmalı, sonra rükuya getməlidir. Tam ayağa qalxmadan əyilmiş halda rükuya getsə, kifayət etmir və belə rüku ilə kifayətlənsə, namazı batildir.


    2.İkinci səcdəni yerinə yetirərkən yadına düşsə, namazı batildir (Çünki namazın rüknlərindən birini yerinə yetirməmişdir).


    3.İkinci səcdəni yerinə yetirməmişdən öncə yadına düşsə (yəni, elə birinci səcdəni yerinə yetirərkən və ya birinci səcdədən qalxıb ikinci səcdəyə getməmişdən öncə), ayağa qalxmalı və sonra rükuya getməlidir. Daha sonra iki səcdəni yerinə yetirməlidir. Namazını tamamladıqdan sonra vacib ehtiyata görə yerinə yetirdiyi artıq səcdəyə görə iki səcdeyi-səhv yerinə yetirməlidir.


    4) Rükunun bir sıra müstəhəb əməlləri


    1. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (Allahu Əkbər) demək.

    2. Əgər namazqılan şəxs kişidirsə, dizlərini geriyə versin, əgər qadındırsa, geriyə verməsin.

    3. Başını aşağı salmamaq və bədəni istiqamətində düz saxlamaq.

    4. Əlin içini dizlərin üstünə qoymaq.

    5. İki ayağın arasına baxmaq.

    6. Rükunun zikrindən öncə və ya sonra salavat demək.

    7. Rükudan qalxıb ayaq üstə dayanan vaxt "Səmiəllahu limən həmidəh” demək

    8. Əgər namazqılan şəxs qadındırsa, əllərini dizlərindən yuxarıya qoysun.

     




     
     
    Bölmə: Dərslər / Əhkam / Namaz
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: senan14 | Status: İstifadəçi Offline | 15 Aralık 2014 19:56 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 12 Mart 2014 16:57 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti Bərəkəti və Salavatı üzərinizə olsun.Allah Razı olsun,əlləriniz dərd görməsin,bu qədər ətraflı bilmirdim.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Gunahkar Bende | Status: İstifadəçi Offline | 11 Mart 2014 11:06 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: melek ehli sia | Status: İstifadəçi Offline | 11 Mart 2014 09:32 | İstifadəçi | Şərh yazdı
    Bismillah, Assalamun aleykum ya eba ebdullah, cumleten salik dolu xeyir dolu iman dolu sevgi dolu sabahlar insallah, Rabbim cemi musluman bendelerine yar olsun, ALLAH CC  tum musluman bendelerini NAMAZ ehlinden olmasina karAR versin ilahi amin.. Allah sonsuz razi olsun qardas, ellerinize emeyinize salik, Allahin izniyle bilmediklerimizede sayenizde oyrenirik sukranillah. Hakkinizi helal edin,, Allahumm eselli ela muhemmedin ve ali muhemmed

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: huseynciyem | Status: İstifadəçi Offline | 10 Mart 2014 21:36 | İstifadəçi | Şərh yazdı
    ALLAH razi olsun qardas elleriniz derd gormesin inseALLAH 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 10 Mart 2014 20:14 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allahin salmi uzerinize olsun cox sagolun Allah razi olsun  biliyimizi sayenizde tezeliyirik cox sagolun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 10 Mart 2014 19:42 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN QARDAS SIZDEN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.