Namazın vacibatı-Təkbirətul-ehram.
1) Təkbirətul-ehramın mənası
və hökmü:
Təkbirətul-ehram namazın vacib əməllərindəndir
və namazın başlanğıcında deyilən "Allahu Əkbər”dir.
Diqqət:
Təkbirətul-ehramı səhvən və
ya qəsdən deməmək, namazın batil olmasına səbəb olur. Həmçinin əgər insan
namaza başlayarkən təkbirətul-ehram niyyətilə düzgün şəkildə "Allahu Əkbər” desə
və bir qədər sonra, yaxud fasiləsiz olaraq istər səhvən, istərsə də qəsdən
yenidən həmin niyyətlə "Allahu Əkbər” desə, onun namazı batildir.
2) Təkbirətul-ehramın
vacibatları:
1. Təkbirətul-ehramı
"tələffüz etmək” lazımdır. Bu o deməkdir ki, əgər namazqılan şəxsin qulağı ağır
eşitmirsə və ətrafda da səs-küy yoxdursa, özü dediyi sözü eşitməlidir.
3) Təkbirətul-ehramda şəkk
Təkbirətul-ehramda
şəkk
1.İnsan şəkk
etsə ki, təkbirətul-ehram deyib, yoxsa deməyib.
.Qiraətə başlayıbsa, şəkkinə etina etməməli və namazını davam etdirməlidir.
.Qiraətə başlamayıbsa, təkbirətul-ehram deməlidir
2.İnsan təkbirətul-ehramı
dedikdən sonra onu düzgün tələffüz edib-etməməsi barədə şəkk etsə, şəkkinə
etina etməməlidir.