Sual 112: Bir mühakimədə iki hökm ola bilərmi?
Cavab: «Ənbiya» surəsinin 78-ci ayəsində xarab edilmiş əkin sahəsinə işarə olunur. Dini rəvayətlərdə isə, bu hadisə ətraflı şərh olunur.
Davud peyğəmbərin (ə) dövründə bir qoyun sürüsü gözəl bir bağa girib, onu xarab edir. Bağ sahibi şikayət üçün Davudun yanına gəlir. Onu diqqətlə dinləyən peyğəmbər hökm çıxarır ki, vurulmuş ziyanın əvəzində qoyunlar bağ sahibinə verilsin.
Bu hadisə cərəyan edən vaxt uşaq olan Süleyman, atasına yaxınlaşıb deyir: «Ey Allahın peyğəmbəri, bu hökmü əvəz etsən yaxşıdır. Bağı, bərpa edilənədək qoyunların sahibinə tapşır. Qoyunları isə bağ sahibinə ver ki, bağ bərpa olanadək, südündən yunundan istifadə etsin»[1].
Məlumatsızlıq üzündən cahil insanlar elə düşünə bilər ki, uyğun əhvalatda haqqında danışılan iki hökm bir-birinə ziddir. Hansı ki, bir çətinlikdəniki çıxış yolu ola bildiyi kimi, bir mühakimədə də iki müxtəlif hökm verilə bilər.
Davud peyğəmbər bağ sahibinə dəymiş zərəri hesablayaraq,bu zərərin qoyunlarlaödənməsi hökmünü vermişdi. Bu hökm tam ədalətli idi. Oğlu Süleymanın verdiyi hökm də ədalətə əsaslanırdı.
Belə birhadisənin baş verməsinin hikməti nə idi? «Təfsiri-Safi»də nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: «Bu macəra Davud peyğəmbərin canişininin təyini ilə bağlı idi». Hədisdən belə məlum olur ki, uyğun mühakimədə Süleymanın istedadını açıqlanmaqla, onun qarşıdakı peyğəmbərlik məqamına işarə olunurdu.