![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Şubat 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |

Sual141: Paklıq nöqsan hesab oluna bilərmi?
Cavab: Paklıq bəşər övladı üçün ən böyük üstünlükdür. Belə olduğu təqdirdə, paklıq nümunəsi olan peyğəmbərlər və imamlar, övliyalar və zahidlər nə üçün, adətən, ya öz vətənlərindən didərgin düşmüş, ya da zindanlarda əzab-əziyyətə düçar edilmişlər? «Nəml» surəsinin 56-cı ayəsində buyurulur: «Lut tayfasının cavabı, yalnız bu olmuşdu: «Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır».
Dünyanın bir çox ölkələrində hökm sürən zorakı rejimlər, adətən, bir qrup mənsəbpərəst rüşvətxordan ibarətdir. Pak insanlar millətlərin çəkdiyi zülm və sitəmlərlə barışmayıb hər zaman qiyam arzusunda olduqlarından,belə cəmiyyətlərdə onlara yer olmur.
Şərqdə geniş yayılmış «Dabbağ və ətir» hekayəsi uyğun mövzuda gözəl misaldır: Daim üfunətli dərilər arasında işləyən Dabbağ bir gün təsadüfən əttarlar küçəsindən keçir. Ətirlərin qoxusundan bihuş olmuş dabbağ, ölümcül vəziyyətə gəlir. Onu müayinə edən təbib, Dabbağın təcili üfunətli dabbağxanaya aparılmasını məsləhət görür. Dərilərin qoxusu dabbağın burnuna dəydikcə, o özünə qayıdır.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









