1. Kişi namaz qılarkən onu heç kim görməsə belə «övrətəyn»i (cinsiy-yətini və arxasını) örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizlərə qə-dər örtsün1.
2. Qadın namaz qılarkən bədəninin hər yerini və başını (saçlarını) örtməlidir. Lakin dəstəmazda yuyulan miqdarda üzü, biləyə qədər əl-ləri və oynağa qədər ayaqları örtmək lazım deyildir. Diqqət:
• Çənə, üzün bir hissəsi sayıldığına görə namaz qılarkən onu örtmək lazım deyildir. Lakin çənənin altını örtmək vacibdir.
• Əgər ətrafda naməhrəm olsa, ayağın oynağa qədər olan hissəsini də örtmək vacibdir.
• Əgər qadın, namaz əsnasında saçının göründüyünü bilsə və dərhal örtsə, namazı düzdür. Lakin bilib örtməsə, namazı batildir.
• Əgər namazqılan şəxs namazdan sonra vacib olan miqdarda örtün-mədiyini bilsə, namazı düzdür. Namazqılanın paltarının şərtləri: 1) Pak olmalıdır.
2) Qəsbi olmamalıdır, yəni mübah olmalıdır.
3) Ölü və ya şəri qaydada kəsilməyən heyvanın hissələrindən olmama-lıdır.
4) Əti haram olan heyvanın hissələrindən olmamalıdır.
5) Qızıl sapla toxunmuş parçadan olmamalıdır.
6) Xalis ipəkdən olmamalıdır. Diqqət: • Beşinci və altıncı şərt kişilərin paltarına aiddir. 1) Pak olmalıdır.
1. Namaz qılannın paltarı pak olmalıdır.
2. Napak bədən və paltarla qılınan namazın batil olduğunu bilən şəxs, əgər napak bədən və paltarla namaz qılsa, namazı batildir.
3. Bədəninin və ya paltarının napak olduğunu bilməyən şəxs, əgər namazdan sonra onların napak olduğunu bilsə, qıldığı namaz düzdür. Lakin əgər namazdan öncə onların napak olduğunu bilsə və namaz qılarkən bunu unutsa, qıldığı namaz batildir.
4. Əgər namazqılan şəxs namaz əsnasında bilsə ki, bədəni və ya pal-tarı namazdan öncə və ya namaz qılarkən napak olmuşdur, bu halda əgər namaz vaxtı genişdirsə, bu şəxsin qıldığı namaz batildir. Amma əgər namaz vaxtı dardırsa və namazı pozmayan bir tərzdə bədəni pak-lamaq və ya napak paltarı çıxartmaq mümkündürsə, bu işi görməli və namazı tamamlamalıdır. Lakin əgər namaz vaxtı genişdirsə və namazı pozmayan tərzdə də bədəni paklamaq və ya napak paltarı çıxarmaq mümkün deyilsə, namazqılan şəxs namazı kəsməli, pak bədən və paltarla namazı yenidən qılmalıdır.
5. Əgər namaz qılan şəxs napak paltarını paklasa və onun pak olduğu-na əmin olub namaz qılsa, lakin namazdan sonra paltarının paklanma-dığını bilsə qıldığı namaz düzdür. Amma sonrakı namazlar üçün palta-rını paklamalıdır.
6. Hər kim paltarının pak olub-olmadığı barədə şəkk etsə, paltarı pak-dır və onunla qıldığı namaz düzdür. Deməli, tərkibində spirt olan ətrin napak olduğu məlum olmasa, bu ətrin dəydiyi paltarla namaz qılmağın heç bir maneəsi yoxdur. Həmçinin əgər bir nəfər çıxılmaz vəziyyətdə qalıb bövl (sidik) xaric olan yeri daş, çubuq və s. əşyalarla paklasa, paltarının bövlün rütubəti ilə napak olduğuna əmin olmayanadək na-maz qılmaq üçün onu dəyişmək lazım deyildir.
2) Qəsbi olmamalıdır.
1. Namaz qılanın paltarı mübah olmalıdır1.
2. Əgər namazqılan şəxs paltarının qəsbi olduğunu bilməsə və ya unutsa, həmçinin qəsbi paltar geyməyin ümumiyyətlə haram olduğunu bilməsə, bu paltarla qıldığı namaz düzdür.
Deməli, əgər bir nəfər bir müddət xüms düşən bir paltarla namaz qılsa, lakin bu paltara xüms düşdüyünü və ya belə bir paltardan istifadə et-məyin haram olduğunu bilməsə, qıldığı namazlar düzdür.
3. Xüms və zəkatı verilməyən pul ilə alınan paltarda qılınan namaz batildir. 3) Namazqılınanın paltarı «murdar»ın (ölü və ya şəri qaydada kə-silməyən heyvanın) hissələrindən olmamalıdır.
1. Namazqılanın paltarı qanı sıçrayıcı olan ölü və ya şəri qaydada kəsilməyən heyvanın hissələrindən olmamamalıdır. Vacib ehtiyata gö-rə hətta qanı sıçrayıcı olmayan heyvanın hissələrindən də olmamalıdır.
2. Əgər namazqılanın üstündə «murdar»ın müəyyən bir hissəsi olsa, vacib ehtiyata görə namazı batildir. Lakin əti halal olan heyvanın mur-darının tükü, yunu, buynuzu və sümüyü kimi ruhsuz hissələri olsa, na-mazı batil deyildir.
3. Əgər bir heyvanın şəri qaydada kəsildiyi şübhəlidirsə, ətinin yeyil-məsi və dərisindən hazırlanmış paltarla namaz qılınması baxımından «murdar» hökmündədir. Lakin paklıq və napaklıq baxımından «mur-dar» hökmündə deyil və pakdır. Bu hökmü bilməyən şəxsin buna riayət etmədən qıldığı namazlar düzdür. Deməli, şəri qaydada kəsilib-kəsilmədiyi məlum olmayan heyvanın dərisindən hazırlanmış paltar napak olmasa da,onunla qılınan namaz batildir1. 4) Namazqılanın paltarı əti haram olan heyvanın hissələrindən olmamalıdır.
1. Namazqılan şəxsın palıtarı əti haram olan heyvanın hissələrindən olmamalıdır. Hətta əgər belə heyvanın tükü namaz qılanın bədənınə və ya paltarına yapışmış olsa, onun qüldığı namaz batildir.
2. Pişik kimi əti haram olan heyvanın ağız və burnunun suyu əgər na-maz qılan şəxsin bədəninə və ya paltarına dəyibsə, namazı batildir. Lakin əgər quruyub və tamamilə aradan gedibsə, namaz batil deyildir. Beləliklə, əgər əti haram olan quşların nəcisi namazqılanın bədənınə və ya paltarına dəyibsə, onun qıldığı namaz batildir. Lakin əgər quru-yub bədən və paltardan tökülübsə, onun qıldığı namaz düzdür.
3. Namazqılanın bədənində və ya paltarında insan tükü, təri və ağız suyunun, həmçinin arı pətəyinin, mirvarinin və sədəfin olmasının heç bir maneəsi yoxdur.
4. Əgər insan müəyyən bir paltarın əti halal, yoxsa haram olan heyva-nın hissələrindən olduğu barədə şəkk etsə, bu paltarla namaz qılmağın eybi yoxdur.
- Namazqılanın paltarının paklığı şərt olunmayan hallar
5) Qızıl sapla toxunmuş parçadan olmamalıdır.
1. Kişilərə qızıl sapla toxunmuş parçadan paltar geyinmək haramdır və bu paltarda qıldığı namaz da batildir. Lakin qadınlar üçün qızıl sapla toxunmuş parçadan paltar geyinməyin istər namazda, istərsə də digər hallarda heç bir eybi yoxdur.
2. Kişilərə qızıl boyunbağı, üzük və saat taxmaq haramdır və vacib ehtiyata görə bu zinət əşyaları ilə qüldığı namaz batildir.
Diqqət:
• Kişilərə qızıl sapla toxunmuş parçadan paltar geyinmək və ya qızıl boyunbağı taxmaq təkcə zinət sayıldığı təqdirdə deyil, hər bir halda və hər hansı bir məqsədlə haramdır. Məsələn, camaatın nəzərində zinət deyil, evlilik nişanəsi sayılan qızıl nişan üzüyü, qızıl saat və s. bu kimi əşyaları taxmaq kişiyə haramdır.Yaxud, heç kim görməsə belə, yenə də onlardan istifadə etmək kişiyə haramdır.
Lakin qızıl diş qoydurmağın və ya cərrahiyyə əməliyyatında çıxarılmış sümüyün yerinə qızıl sümükdən istifadə edilməsinin maneəsi yoxdur.
• Qısa bir müddət ərzində belə, məsələn, təkcə toy günü kişilərə qızıl-dan zinət əşyaları taxmaq haramdır.
• Əgər ağ qızıl adlanan metal elə sarı qızıl olub müəyyən bir kimyəvi maddənın təsiri nəticəsində rəngi dəyişilibsə, sarı qızıl hökmündədir. Lakin əgər bu metalın tərkibində sarı qızıl çox az olduğu üçün ürfdə onu sarı qızıl adlandırmırlarsa, kişilərin ondan istifadə etməyinin eybi yoxdur.
• Platin, qızıl sayılmır və qızıl hökmündə də deyildir. Odur ki, ondan kişilərin istifadə etməsinin maneəsı yoxdur. 6) Əgər namazqılan kişidirsə, paltarı xalis ipəkdən olmamalıdır.
Ümumiyyətlə kişiyə xalis ipəkdən paltar geyinmək haramdır. Namaz-da da kişi xalis ipəkdən paltar geyinə bilməz, hətta onun araqçını, co-rabı, paltarının astarı belə ipəkdən olmamalıdır. Lakin xalis ipəkdən olan cib dəsmalı və s. bu kimi şeylərin onun üstündə olması namazı batil etmir.
3.Bu hallarda namazqılanın bədənin və ya paltarının pak olması şərt deyil:
- Əgər namazqılanın bədəni və ya paltarı yara, çiban və cərrahiyyə nəticəsində qana bulaşarsa;
- Əgər namazqılanın bədənində və ya paltarındakı qan dirhəmin (keçmişdə gümüş pul vahidi) ölçüsündən (barmağın bir bəndi ölçüsündən) kiçik olarsa;
- Əgər namazqılanın corabı və s. bu kimi övrəti örtmək üçün kifayət etməyən geyimləri napak olarsa;
- Napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qalarsa;
I. Namazqılanın bədəni və ya paltarı yara, çiban və bədənin kəsil-məsi nəticəsində qana bulaşıbdır.
Əgər namazqılanın bədəni və ya paltarı yara, çiban və ya bədənin kəsilməsi nəticəsində qana bulaşıbdırsa və hər dəfə bədəni, yaxud pal-tarı paklamaq onun üçün çətindirsə, həmin şəxs sağalana qədər qana bulaşmış paltarda namaz qıla bilər. Qanlı irinə bulaşan paltarın və ya-ranın üzərinə qoyulan və nəticədə napak olan dərmanın da hökmü be-lədir.
II. Namazqılanın bədənində və paltarındakı qan dirhəmin ölçüsün-dən kiçikdir.
1. Əgər namazqılanın bədəni və ya paltarı birincı bənddə qeyd olunan səbəblərdən qeyri səbəblər nəticəsində qana bulaşarsa və onun ölçüsü şəhadət barmağın bir bəndindən kiçik olsa, namaz üçün maneəsi yoxdur1.
2. Dirhəmdən kiçik olan qanın şərtləri aşağdakılardır:
1) Bu qan heyz qanı olmamalıdır:
Heyz qanının zərrəsi belə namazqılanın bədənində və ya paltarında olsa, namazı batildir.
Vacib ehtiyata görə, nifas qanı və istihazə qanı da bu hökmdədir.
2) İt və donuz kimi zatən napak (nəcisul-eyn) olan heyvanların, əti ha-ram olan heyvanların və şəri qaydada kəsilməyən heyvanın qanı olma-malıdır.
3) Kənardan bu qana rütubət (su) dəyməməlidir. Lakin əgər ona dəyən rütubət qanla tamamilə qarışsa və barmağın bir bəndindən artıq ölçüdə yayılmasa, belə bədən və paltarla qılınan namaz düzdür. Əks təqdirdə, vacib ehtiyata görə qılınan namaz batildir.
III. Namazqılanın corabı və s. bu kimi övrəti örtmək üçün kifayət etməyən geyimləri napakdır.
1. Əgər namazqılanın corabı, əlcəyi, araqçını və s. bu kimi övrəti ört-mək üçün kifayət etməyən kiçik geyimləri, həmçinin üzük, qolbaq və s. bu kimi əşyaları nəcasətə (zatən napak olan şeylərə) dəyib napak olsa, belə halda namaz qılmağın maneəsi yoxdur.
2. Əgər cib dəsmalı, çanta, bıçaq və s. bu kimi insanın üstündə gəzdir-diyi əşyalar napakdırsa və onlardan övrəti örtmək üçün istifadə etmək kifayət etmirsə, onlarla namaz qılmağın eybi yoxdur.
IV. Namazqılan napak bədən və ya paltarda namaz qılmaq məcbu-riyyətindədir.
Əgər insan havanın soyuq olması, suyun olmaması və s. bu kimi sə-bəblərə görə napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətin-də qalsa, qıldığı namaz düzdür.