Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Oruc nədir?
Müqəddəs İslam şəriətində mühüm ibadətlərdən biri olan oruc, Allah-Taalanın əmrinə itaət niyyətilə sübh azanından məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməkdir.
Diqqət:
---Sadiq-fəcrin doğması (belə ki, bu vaxt artıq orucun imsak vaxtı başlanır) baxımından aylı və aysız gecələr arasında fərq yoxdur.
---Orucun imsak vaxtı baxımından ehtiyata riayət etmək üçün möhtərəm möminlər televiziya və radioda sübh azanı çəkilən kimi oruc üçün imsak etsinlər.
---Əgər oruc tutan əmin olsa ki, azan çəkilən kimi artıq namaz vaxtı daxil olmuşdur, elə azan başlanan kimi iftar edə bilər və azanın qurtarmasını gözləmək lazım deyildir.
Orucun növləri:
I. Vacib oruc; mübarək Ramazan ayının orucu;
II. Müstəhəb oruc; məsələn, Rəcəb və şaban aylarının orucu;
III. Məkruh oruc; məsələn, Aşura günü tutulan oruc;
IV. Haram oruc; Fitir bayramı və Qurban bayramı günü tutulan oruc.
Diqqət:
---Hər kim bilsə ki, oruc tutmağın ona zərəri vardır və ya zərəri olacağından qorxsa, oruc tutmamalıdır. Əgər oruc tutsa, orucu düz deyil, hətta oruc tutmaq ona haramdır. Onun bu yəqinliyi və ya qorxusu istər öz təcrübəsi sayəsində hasil olsun, istər etibarlı bir həkimin sözləri əsasında, istərsə də digər bir məntiqi əsasa görə.
---Əgər oruc tutarsa xəstələnəcəyini, yaxud əgər xəstədirsə, xəstəliyi-nin daha da güclənəcəyini, bir sözlə oruc tutmağa qadir olmadığını oruc tutanın özü təyin etməlidir. Deməli, əgər həkim oruc tutmağın zərəri olduğunu desə, lakin oruc tutan şəxs təcrübəsinə əsaslanaraq orucun ona zərəri olmadığını bilsə, oruc tutmalıdır. Həmçinin əgər həkim oruc tutmağın zərəri olmadığını desə, lakin oruc tutan şəxs orucun ona zərəri olduğunu bilsə və ya zərəri olacağından qorxsa, oruc tutmamalıdır.
---Hər kim oruc tutmağın ona zərəri olmadığını bilib oruc tutsa, lakin sonra zərəri olduğunu başa düşsə, tutduğu orucların qəzasını tutmalıdır.
---Bəzən həkimlər oruc tutmağı xəstələrinə qadağan edir və orucun onlara zərəri olduğunu bildirirlər. Əgər həkimin orucun zərəri barədə dedikləri xəstədə əminlik və ya qorxu yaratsa, onun sözünə əsaslanmaq olar (başqa sözlə desək, qadağasına riayət etmək olar). Əks təqdirdə, əsaslanmaq olmaz .
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |