Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Fidyə
Aşağıdakı hallarda fidyə verilir:
I. Əgər oruc tutmaq qoca qadına və ya kişiyə həddən artıq çətin olarsa, orucun qəzasından əlavə fidyə də verilməlidirlər;
II. Əgər ağzı tez-tez quruyan bir şəxsə oruc tutmaq həddən artıq çətindirsə;
III. Doğumuna az bir müddət qalan hamilə qadına oruc tutmağın zərəri varsa
IV. Əgər süd verən qadının südü azdırsa və oruc tutarsa, uşağa süd çatdıra bilməyəcəksə;
V. Əgər oruc tutmağın bir xəstəyə zəzəri varsa və onun xəstəliyi gələn ilin Ramazan ayına qədər davam edərsə.
--- Əgər süd verən qadın oruc tutduqda südü azalırsa və ya quruyursa, buna görə də körpə uşağa zərəri olacağından qorxsa, oruc tutmamalıdır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır.
---Xəstə olduğu üçün Ramazan ayının orucunu tuta bilməyən bir nəfərin xəstəliyi əgər gələn ilin Ramazan ayınadək davam etsə, tutmadığı orucların qəzası yoxdur, lakin hər gün üçün fidyə verməlidir.
Diqqət:
---Əgər qadın xəstə olduğu üçün oruc tuta bilməsə və gələn ilin Ramazan ayınadək orucun qəzasını da tuta bilməsə, onun özünə fidyə vermək vacib olur və ərinin üzərinə isə heç bir məsuliyyət düşmür.
---İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun qəzası ona vacib olur. Əlbəttə əgər onun şəri üzrü orucun bətnindəki körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir. Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin Ramazan ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma kəffarəsi də ona vacib olur.
Fidyənin miqdarı
Fidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |