Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Müsafir orucunun hökmləri
1) Əgər Ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər. Məsələn, müsafir on gün bir mə-kanda qalmaq niyyətindədirsə, yaxud səfərə çıxmaq bir şəxsin peşəsi sayılırsa, belə müsafir namazı tam qılmalı və oruc da tutmalıdır. Lakin əgər müsafir həmin səfərdə namazını qəsr qılmalıdırsa, oruc da tuta bilməz.
2) Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra sə-fərə çıxsa, orucunu tutmalıdır. Lakin əgər zöhrdən qabaq səfərə çıxsa, orucu batildir. Amma tərəxxüs həddini keçməmiş orucunu aça bilməz. Əgər tərəxxüs həddini keçməmişdən qabaq orucunu açsa, ehtiyata gö-rə kəffarə ona vacib olur.
3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyə-tində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır. Lakin əgər orucu batil edən işlərdən birini yerinə yetiribsə, həmin günün orucu batildir və qəzasını tutmalıdır. Lakin əgər həmin yerlərə zöhrdən sonra çatsa, oruc tuta bilməz.
4) Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın.
Müsafir orucu barədə bir şəri məsələ:
---Məscidul-həramda etikaf etmək niyyətində olan müsafir əgər Məkkə şəhərində on gün qalmaq niyyətində olsa və ya səfərdə oruc tutmağı nəzir etsə, etikafda ikən iki gün oruc tutduqdan sonra üçüncü gün də oruc tutub etikafını başa çatdırmalıdır. Lakin əgər Məkkə şəhərində on gün qalma niyyəti etməsə və ya səfərdə oruc tutmağı nəzir etməsə, səfərdə oruc tutmağı düzgün deyil və əgər oruc düz olmasa, etikaf da düz olmayacaqdır.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |