Orucun vacib olma şərtləri:
1) Həddi-büluğ;
2) Əql;
3) Oruc tutmağa qadir olmaq;
4) Ayıqlıqda olmaq (yəni bihuş halda olmamaq);
5) Müsafir olmamaq;
6) Qadının heyz və nifas halında olmaması;
7) Orucun zərəri olmasın;
8) Oruc insanı məşəqqətə salmasın.
Diqqət:
---Oruc, yuxarıdakı şərtlərə malik olan şəxsə vacib olur. Odur ki, həddi-büluğa çatmayan uşağa, dəliyə, bihuş halda olan insana, oruc tutmağa qadir olmayana, müsafirə, heyz və nifas halında olan qadına, oruc tutmağın zərəri və məşəqqəti olan kəsə oruc vacib deyildir.
---İnsan zəiflədiyinə görə orucunu aça bilməz. Lakin əgər çox zəiflədiyinə görə artıq tab gətirə bilməsə, orucu aça bilər. Həmçinin orucun zərəri və ya zərər qorxusu olsa, orucu açmaq olar. Beləliklə, həddi-bü-luğa çatan qızlara -yəni, hicri-qəməri ili ilə 9 yaşına çatan qızlar - oruc tutmaq vacibdir və orucun çətin və zəifliyə səbəb olduğunu əsas götürüb orucu tərk edə bilməzlər. Əlbəttə əgər orucun onlara zərəri olsa, orucu aça bilərlər.