Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Namazın şəkkiyatı.
Namazda şəkk 23 qismdir.
8 qismi namazı batil edən şəkklərdir.
6 qisminə etina etmək lazım deyil.
9 qismi düzgün şəkklərdir.
1) Namazı batil edən şəkklər:
2.Üç rəkətli namazların rəkətlərinin sayında şəkk etmək (məğrib namazı)
3.Dörd rəkətli namazlarda şəkk etsə və şəkkin bir tərəfi bir rəkət, digər tərəfi məsələn üç rəkət olsa, (yəni, şəkk etsə ki, namazın 1-ci rəkətidir, yoxsa, 3-cü rəkəti)
4.Dörd rəkətli namazlarda ikinci səcdədən əvvəl şəkk etsə və şəkkin bir tərəfi 2 rəkət olsa. Məsələn, ikinci səcdədən əvvəl şəkk etsə ki, namazın 2- ci rəkətidir, yoxsa 3-cü rəkəti.
5.İki və beş rəkət arasında, yaxud iki və beşdən artıq rəkət arasında şəkk etmək.
6.İki və altı rəkət arasında, yaxud iki və altıdan artıq rəkət arasında şəkk etmək.
7.Dörd və altı rəkət arasında, yaxud dörd və altıdan artıq rəkət
arasında şəkk etmək.
8.Namazın rəkətlərinin sayında şəkk etmək, belə ki, namazqılan ümumiyyətlə neçənci rəkətdə olduğunu bilməsə.
2) Etina olunmayan şəkklər.(Bu şəkklərə etina olunmamalıdır)
3.Namaz vaxtı keçdikdən sonra şəkk etmək.
4.Çox şəkk edən şəxs (kəsiruş-şəkk) öz şəkkinə etina
etməməlidir.
5.Pişnamaz və iqtida edənin (imam və məmum) şəkki.
6.Müstəhəb namazlarda şəkk.
Bu şəkklərə etina olunmamalıdır
Diqqət:
---Əgər namazqılan namazın üçüncü rəkətində qunutu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, öz şəkkinə etina etməməlidir və namazı düzdür.
---Hər kim bir neçə ildən sonra qıldığı namazların düzgün olub-olma-dığına şəkk etsə, şəkkinə etina etməməlidir (Çünki yeri keçdikdən sonra edilən şəkkə etina olunmur).
---Əgər çox şəkk edən şəxs, istər rəkətlərin sayına, istər namazın hərə-kətlərinə, istərsə də sözlərinə dair bir işi yerinə yetirib-yetirmədiyinə şəkk etsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Bir şərtlə ki, bu işin yerinə yetirilməsi namazın batil olmasına səbəb olmasın. Əgər bu işin yerinə yetirilməsi namazın batil olmasına səbəb olursa, onu yerinə yetirmədiyini qəbul etməlidir (Məsələn, əgər bir nəfər səcdə və ya rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Lakin əgər şəkk etsə ki, sübh namazını iki rəkət qılıb, yoxsa üç rəkət, bu halda iki rəkət qıldığını qəbul etməlidir).
---Şəkkin hökmləri baxımından - istər namazın sözlərində, istərsə də hərəkətlərində - vacib və nafilə namazları arasında fərq yoxdur. Yəni, əgər yeri keçməyibsə, şəkkə etina olunmalı, əks təqdirdə etina olun-mamalıdır (məsələn, əgər namazqılan rükunu yerinə yetirib-yetirmə-diyinə şəkk etsə, əgər növbəti rüknə keçməyibsə, yerinə yetirməli, əks təqdirdə şəkkinə etina etməməlidir).
3) Düzgün şəkklər:( Dörd rəkətli namazların rəkətlərinin sayında şəkk)
1.İkinci səcdədən qalxdıqdan sonra iki və üç rəkət arasında şəkk etmək.
2.İkinci səcdədən qalxdıqdan sonra iki və dörd rəkət arasında şəkk etmək.
3.İkinci səcdədən qalxdıqdan sonra iki, üç və dörd rəkət arasında şəkk etmək.
4.İkinci səcdədən qalxdıqdan sonra dörd və beş rəkət arasında şəkk etmək.
5.Yerindən asılı olmayaraq üç və dörd rəkət arasında
şəkk etmək.
6.Ayaq üstə ikən dörd və beş rəkət arasında şəkk etmək.
etmək.
7.Ayaq üstə ikən üç və beş rəkət arasında şəkk etmək.
8.Ayaq üstə ikən üç, dörd və beş rəkət arasında şəkk
9.Ayaq üstə ikən beş və altı rəkət arasında şəkk etmək.
Namazın şəkkiyatına aid bir neçə şəri hökm:
1) Ehtiyat namazının neçə rəkət qılınması rəkətlərin sayında edilən şəkkdən asılıdır. Belə ki, əgər namazqılan iki və dörd rəkət arasında şəkk etsə, iki rəkət ehtiyat namazı qılmalıdır. Üç və dörd rəkət arasında şəkk etsə, bir rəkət ayaq üstə və iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.
2) Əgər namazın sözlərindən biri – istər Həmd və Surədən olsun, istər zikirlərdən, istərsə də qunutun dualarından – səhv oxunsa, səcdeyi-səhv yerinə yetirmək vacib deyil.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |