» » Qocaların, məzlumların və fəqirlərin hüquqları və onlarla davranmaq haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qocaların, məzlumların və fəqirlərin hüquqları və onlarla davranmaq haqqında
    +10
    Müəllif: Admin | 28-02-2014, 14:00 | Baxılıb: 2 457


    Qocaların, məzlumların və fəqirlərin hüquqları və onlarla davranmaq haqqında


    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Fəqirlər, imkansızlar var-dövlət sahibləri ilə müqayisədə cənnət nemətlərindən qırx il tez bəhrələnərlər. Bu iki təbəqə iki yekə gəmiyə bənzəyər. Onlardan biri boş, digəri isə yük ilə dolu olar. Yüksüz gəmini bir yerə göndərmək istərkən yoxlanıb yola salınması tez başa gələr. Yüklü gəminin yoxlanıb içindəki yükün qiymətini hesablamaq üçün bir qədər çox vaxt tələb edər.”

    Hədisdən çıxan məna budur ki, qiyamət günü dünyada fəqirlik içində yaşayan insanlar tez sorğu-sual olunarlar, varlı dövlət sahibi olan imkanlı şəxslər isə yığdıqları dünya malı üçün dəqiq hesabat verəcəklər.

    Başqa bir hədisdə deyilir: "İnsanlardan bəzilərinin imanı qocaldıqca (imtahan məqsədi ilə) ruzi qıtlığı ilə üzləşərlər. Bəzən də möminlər ruzi üçün dua etdikdən sonra olduqları vəziyyətdən daha aşağı səviyyəyə düşərlər. Bu onlar üçün bir növ imtahan olar və malik olduqları var-dövlətin qədrini daha yaxşı bilərlər.

    Fəqirlik, Allah tərəfindən insanlara verilən bir nemətdir. Özünün fəqirliyini kimsəyə bildirməyən gündüzlər oruc tutub gecələri namazla keçirən əməli-saleh mömin şəxslərin savabını qazanarlar.

    Fəqir bir insan özünün imkansızlığını ödəyə bilən şəxs bildirərsə və ona heç bir yardım etməzsə, sanki onu etmiş olur.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir. "Allah-təala qiyamət günü imkansız fəqir möminlərə belə bir xitab edər: "And olsun izzəti cəlalıma, mən sizi dünyada xar və rüsvay olmaq üçün fəqir etməmişdim, bu gün siz özünüz sizinlə neçə rəftar edəcəyimin şahidi olacaqsınız. İndi sizə dünyada əl tutan şəxslərlə birlikdə cənnətə daxil olun. Onlardan biri deyər: Pərvərdigara! Dünya əhli gözəl qadınlara, geyimə, gen və rahat evlərə, müxtəlif çeşidli yeməklərə, nəfis atlara malik idilər. Bu gün həmin nemətləri bizə də nəsib et. Allah-təaladan onlara belə bir xitab olunar: Bu gün Mən sizə dünya əhlinə verdiyim nemətlərin yetmiş bərabərini verəcəyəm. Onlar Allahın sonsuz səxavətini görüb şəninə tərif və təhsin edərlər.

    Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) dövlətli bir şəxslə oturub söhbət etdiyi zaman onların yanına fəqir bir insan gəlir, hal-əhval tutduqdan sonra dövlətinin kənarında oturur. Dövlətli paltarının ətəyini onun altından çəkib bir qədər aralanır. Peyğəmbər (s) onun belə bir xoşa gəlməz hərəkətini görüb deyir: Onun kasıblığının sənə keçəcəyindən qorxdun?!

    Dövlətli: Xeyr!

    Peyğəmbər (s): Paltarının bulaşacağındanmı qorxdun?

    Dövlətli: Bu dəfə də "Xeyr! Deyərək cavab verir.

    Peyğəmbər (s) ondan bəs nə üçün belə etdiyini soruşduqda deyir: Ya Rəsuləllah ! Məndə belə bir şeytani xislət var. O da budur ki, bütün xoşa gəlməz işləri ürəyə yatımlı, bəyənilən və ürəyə savabı olan xeyirli işləri isə özümə kərahətli bilirəm. İndi tutduğum iş üçün çox peşmanam və var-dövlətimin tən yarısını ona verməyə hazıram.

    Peyğəmbər (s) yoxsul şəxsdən ona var-dövləti qəbul edib-etməməsini soruşur? O da bütün bu var-dövlətdən imtina etdiyini bildirir. Dövlətli ondan bunun səbəbini soruşduqda deyir: Qorxuram mən də sənin kimi var-dövlət sahibi olduqdan sonra özüm kimi imkansızlara etinasızlıq edim.”

    Peyğəmbər (s) günlərin bir günü çox yoxsul bir şəxslə üzləşir. Onun hədsiz dərəcədə kasıb olduğunu gorüb soruşur: Heç olur ki, bazara gedib orada satılan şeyləri ala bilməyəsən? Yoxsul cavab verir: Bəli! Peyğəmbər (s) onun ürək ağrıdan bu cavabını eşitdikdən sonra buyurur: Buna görə heç ürəyini sıxma! Bil ki,görüb ala bilmədiyin şeylərin əvəzinə sənin əməl dəftərinə xeyirli içlər (savablar) yazılar.

    Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Qiyamət günü bir dəstə camaat cənnətin qapısı ağzında durarlar və mələklər onlardan kim olduqlarını soruşarlar: Onlar cavab verərlər: Biz dünyada yoxsuluq içində yaşayan insanlarıq, bizə dünyada bir şey verilmədiyi üçün indi burada bizdən bir şey tələb olunmamışdır. Allah-təaladan belə bir nida gələr: Bəli, siz düz deyirsiniz! Siz əməli-saleh, yoxsul şəxslər idiniz, gəlin cənnətə daxil olun, sizdən bu gün heç nə soruşulmayacaq.

    İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah-təala məhşərdə insanlara belə bir xitab edər: "Sizlərdən bəziləriniz Mənə yaxın olduğunuz üçün var-dövlət sahibi, bəzilərinizi də onların qarşısında xar etmək üçün yoxsul xəlq etmədim. Bundan məqsəd yalnız sizi imtahan etmək olmuşdur. Yoxsulara var-dövlət vermədik və onları imtahan məqsədi ilə bu işə vadar etdik. Sizlərdən bəziləriniz fəqirliyə qane oldu və ruzilərinin azaldığından gileylənmədi. Bəziləriniz isə buna qane ola bilməyib onlara haram etdiyim yollarla var-dövlət sahibi oldular. Dövlətlilərə bol-bol ruzi verdim ki, yoxsullara əl tutub Mənim rizayətimi qazansınlar. Əgər yoxsullar olmasaydı cənnət varlılara qismət olmazdı. Yəni varlılar Allah-təala tərəfindən onlara verilər ruziləri yoxsullara ehsan etməklə cənnət ilə mükafatlanarlar.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Hər kim mömin bir şəxsi qüssəli görüb onu çarəsiz və köməksiz hesab edərsə, Allah-təala qiyamət günü onu bütün məxluqatın içində rüsvay edər. Möminlərə düşmənçilik edən şəxslər Allahın açıq-aşkar düşmələrindən olarlar. Allahın qəhr-qəzəbini imanı olan hər bir şəxs onun bəndəsi ilə yaxşı davranar və xətrini əziz tutar. Allah-təala öz yoxsul bəndələrini imanlarının (az və çoxluluğundan aslı olaraq) müqabilində öz nemətləri ilə təmin edər və onlar heç bir var-dövlət sahibinə möhtac olmazlar.”

    Başqa bir hədisdə deyilir: "Allah-təala möminləri öz izzət və cəlalından yaratdı, bunun üçün də onlar Allah dərgahında başqa insanlardan daha yüksək məqamlara nail olarlar. Onlara tənə etmək başqalarının qarşısında xar və rüsvay etmək böyük günahlardan hesab olunur. Onların sözlərini rədd edib müxalifətçilik etmək Allah-təalaya qarşı düşmənçiliyi elan olunması deməkdir.”

    İmam Sadiq (ə)-ın öz səhabələrinə etdiyi tövsiyələrin birində deyilir: "Mömin qardaşlarınıza pis gözlə baxmayın və onları zəif və çarəsiz sanmayın. Sizin onlara qarşı belə rəftarınız Allahın qəzəbinə səbəb olur və bu qəzəb siz tövbə edəcəyiniz ana qədər davam edər. Onlara qarşı mehr-məhəbbət göstərərsinizsə Allahın razılığını qazanmış olarsınız.

    Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Böyük günahlardan biri də möminləri qorxutmaq və onları kimdənsə asılı vəziyyətə salmaqdır.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Möminləri əziyyət edən zülmkarlara maddi və mənəvi yardım edənlər məhşərdə böyük rüsvayçılığa düçar olarlar. Onların alınlarında "Allahın rəhmətindən ümidsiz” kəlməsi yazılıb və əməl dəftərləri oxunduqdan sonra dünyada gördükləri nalayiq işlərin cəzasını alarlar.

    Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: Möminlərə nəvaziş edib onlarla mehribançılıqla davranan və qəmli olduqları halda onların qəlblərinə sevinc bəxş edən şəxslərə Allahın rəhməti nəsib olar. Mömin o kəsdir ki, camaat onun dilindən və əməlindən amanda qalsınlar və ona tamamilə etibar etmiş olsunlar.

    Kim mömin bir şəxsi narahat edərsə və ya ona qarşı kobudluq edərək üzünə şillə vurarsa, onu özündən razı salana qədər mələklər ona lənət oxuyar. Bir iş görmək istərkən tələsməyin. Əgər möminlərə zərəri olacaqsa həmən işdən çəkinin. Allah-təalanın razılığına səbəb olan işlər, səbr və təmkin ilə görülən işlərdir.

    Başqa bir hədisdə deyilir: Möminlərə şillə vuran şəxslər əlləri qiyamət günü boyunlarına bağlanıb cəhənnəm alovuna sürüklənərlər. Möminlərin qeybətini etmək, onların şəxsiyyətinə toxunan təhqiramiz sözlər demək böyük günahlardan hesab olunur. Onlarla müharibə etmək küfr ilə bərabərdir. Təqvalı olun və Allahın razılığını qazanmaq üçün onu sevimli bəndələri ilə gülərüzlə rəftar edin.

    Başqa bir hədisdə deyilir: Mömin bir şəxsi təhqir edib tövbə etmədən (halallıq almadan) dünyasını dəyişən şəxs ölüm ayağında böyük çətinliklərlə üzləşər və məhşərdə əməl dəftəri oxunarkən böyük rüsvayçılığa səbəb olar.

    İmam Baqir (ə)-dan soruşulur: "Bir müsəlman başqa müsəlmanı görmək məqsədi ilə onun evinə gəlmək istərsə və ev sahibi onu evinə buraxmazsa və evi ola-ola onun qarşısına çıxmazsa aqibəti nə ilə nəticələnə bilər? İmam Baqir (ə) cavab verir. Evdə ola-ola müsəlman qardaşının görüşünə çıxmayan və onu evinə buraxmayan şəxs bir-birləri ilə görüşənə qədər Allahın lənətinə düçar olar !”

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Sizə maneçilik törətsələr belə, mömin qardaşınıza maddi və mənəvi köməklik edin. İmkanı ola-ola köməyini onlardan əsirgəyən Allahın rəhmətindən uzaq olar.”

    İmam Rza (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: "Bəni İsrail camaatından dörd nəfər əməli saleh saleh insanlar idi. Günlərin bir günü onların üçü, birinin evində toplaşır, söhbət əsnasında onların dördüncü dostu da həmən evə gəlir. Xidmətçidən ev sahibinin evdə olub-olmadığını soruşur. O da onlar evdə ola-ola "xeyr!” deyərək yola salır. Xidmətçi qayıdıb ev sahibinə xəbər verir, amma onlar buna heç bir əhəmiyyət verməyib söhbətlərinə davam edirlər. Səhəri gün bu iş olduğu kimi təkrar edirlər, evinə getmək istərkən onların birilikdə evdən xaric olub əkin yerinə getdiklərini görür. Yaxınlaşıb onlarla hal-əhval tutub və birlikdə əkin yerinə getməyə onlardan icazə istəyir. Əkin yerinə bir qədər qalmış göyün üzü tutulur və gözlənilmədən həmən üç nəfər şəxsi ildırım vurur. Bundan heyrətə gələn biçarə mömin dərhal özünü şəhərə çatdırır və baş vermiş əhvalatı Yuşey (ə)-a danışır. O da məsələnin nə yerdə olduğunu başa düşüb onu baş vermiş əhvalatdan agah edir. "Onlar Allah-təalanın qəzəbinə düçar olmuşlar və bu səbəbdən də onlar belə bir gözlənilməz müsübət ilə üzləşmişlər. Əməli-saleh şəxs baş vermiş hadisədən kədərlənir və həzrəti Yuşey (ə)-a deyir: Mən öz haqqımı onlara halal etdim və onların heç birindən narazıçılığımın yoxdur. Yuşey (ə) buyurur: Əgər bunu bəla gəlməzdən əvvəl bildirsəydin xeyri ola bilərdi, indi isə artıq iş-işdən keçib. Ola bilsin sənin onları bağışlanmağın qiyamət günü onların əzabını yüngüləşdirsin və onları cəhənnəm əzabından qorusun.”

    İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Mömin qardaşınızın həyatı təhlükə altında olduğu zaman onlara yardım etmək və zalım hökümdarların işgəncəsindən nicat vermək sizin müsəlmanlıq borcunuzdur. Öhdənizə düşən bu vəzifədən boyun qaçırarsınızsa dünya və axirətdə Allah-təalanın rəhmətindən məhrum olarsınız.

    İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Qiyamət günü məhşərdə Allah-təala öz rəhmət nəzərini bu dörd şəxsin üzərinə salar; Birinci o kəslər ki, satdığı malı geri qaytarılarkən qəbul edə, ikinci o kəslər ki, zülm və işgəncəyə məruz qalmış məzlumlara köməklik edə, üçüncü o kəslər ki, əsirlikdən və ya köləlikdən bir nəfər şəxsi azad edə və dördüncü o kəslər ki, yoxsul cavanların evləndirilməsini öhdələrinə götürmüş olsun.

    Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Yağı düşmənin zülümündən əziyyət çəkən müsəlmanın fəryadına yetişən şəxsin əməl dəftərinə on xeyirli əməl yazılar. Buna əlavə olaraq onun cənnətdəki məqamı on dəfə ucalar, dünyada gördüyü günahları ona bağışlanar və Allah-təalanın rəhmət dərgahına daxil olduqdan sonra on dəfə şəfaət olunar.”

    Başqa bir hədisdə deyilir: "Ağsaqqalara təzim və ehtiram edin. Onların qarşısında təzim etmək Allah-təalanın hüzurunda təzim etmək deməkdir. Özündən yaşca kiçik olanlara da ehtiram edin və onlar ilə gülər üzlə davranıb qarşılaşdıqları çətinliklərə köməklik edin. Dünya nurundan məhrum olmuş korlara əl tutun və onlara gündəlik işlərində əlinizdən gələn köməklikləri edin. Onlara azacıq da olsa yardım edən kəslər dünyada yetmiş istəyinə nail olar və qarşılaşdığı çətinlikləri asanlıqla aradan qaldırar. Dünyalarını dəyişdikdən sonra Allah-təalanın rəhmət dərgahına qovuşarlar.”

    "Xəstələrin gözlərinə çox nəzər salmayın, çünki onlarda sağalmağa qarşı ümüdsizlik yaranır və xəstəlikləri daha da şiddətlənir. Xora, vərəm və digər yolxucu xəstəliklərə tutulmuş şəxslərələ ünsiyyətdə olmayın və yalnız ən zəruri hallarda onlar ilə həmsöhbət olun. Söhbətləriniz nə qədər qısa olsa həm özünüzə həm də xəstəyə bir o qədər xeyirli olar. Onların görüşünə getdiyiniz zaman Allah-təaladan tez şəfa tapmalarını diləyin və onların xəstə olduqlarını bir anda olsun nəzərdən qaçırmayın. Çünki kiçicik ehtiyaclıqsızlıq üzündən həyatınızı ömürlük təhlükə qarşısında qoymuş olarsınız.

     



     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 4 Mart 2014 21:12 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 28 Şubat 2014 14:52 | İstifadəçi | Şərh yazdı
    Allah razi elesin.. ALLAH hamimizin boyuklerinin canini sag elesin rehmete gedenlerinde ruhunu wad elesin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.