» » Əsrin İmamından bixəbərlik


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əsrin İmamından bixəbərlik
+5
Müəllif: Fatimə Nuri Xuda | 25-02-2014, 12:35 | Baxılıb: 1 670
Adətən, İmam Zamanın (ə) qeybdə olmasından və onunla görüşdən məhrum qalmağımızdan çatışmazlıq hiss etmirik; çörək və suyumuz hazırdır, dini məsələləri də alimlər və müctehidlərdən soruşuruq. Beləliklə, Əsrin İmamına nə ehtiyacımız var?! Nə üçün çatışmazlıq hiss etmirik? Nə üçün onun qeybdə olmasından nigaran deyilik? Bu məsələnin dəlili iman zəifliyi və qəflətdir; həqiqətdə ehtiyacsız deyilik, ehtiyacımız var, lakin dərk etmirik. Hansı bəlaya düşdüyümüzü düşünmürük. Elə bir bəla ki, özümüz öz əlimizlə yaratmışıq. Xalqın pis rəftarı və imamların varlığına naşükür münasibətdə olması imamın qeybinin mənşəyi olmuşdur. Məgər İslam dünyasında baş verən bu ixtilaflar bəla deyilmi? (Oxucuların nəzərinə çatdırmalıyıq ki, bu söhbətlər inqilabdan əvvəl olmuşdur).
Qur`ani-şərif buyurur ki, Allahın xalqa göndərdiyi ən böyük bəlalardan biri onların arasında baş verən ixtilaf və təfriqədir: "Ey peyğəmbər, de ki, Allah sizə yuxarıdan və aşağıdan əzab göndərməyə, ixtilaf, pərakəndəlik və müxalifətlə bir-birinizin üstünə salmağa, bə`zinizi bə`zinizin üstünə salmağa, bə`zinizi bə`zinizin əzabına düçar etməyə qadirdir.” ("Ə`nam” surəsi, ayə 65.)
Bu gün açıq-aşkar görünür ki, qəlblər pərakəndə, fikirlər, məsləklər, üsullar fərqlidir. Bütün bu ixtilaflar və parçalanmalar İmam Zamanın (ə) qeybindən doğur.
Mübarək ramazan ayında Allahla raz-niyaz etmək istədikdə "İftitah” duasının bu hissəsini oxuyaq və qeyb dövründə, onun ziyarətindən məhrum olduğumuz üçün nigaranlıq və təəssüf hissi keçirək. Duanın bu hissəsini sadiqcəsinə və azacıq təfəkkürlə oxuaraq, imamın vücudunun bizim üçün necə də böyük bərəkət olduğunu və hal-hazırda bu böyük ne`mətdən məhrum olub, bəlalar və çətinliklərə düçar olduğumuzu düşünmək daha yaxşı olar.
Mütəal Allahın və Əsrin İmamının (ə) razılığını əldə etmək üçün necə əməl etməli olduğumuzu bilməmək bizim üçün böyük bir çətinlik yaradır. Əlbəttə, Allah Qur`anı, peyğəmbərləri, mə`sum imamları göndərməklə, təfəkkür və ağıl qüvvəsi verməklə bizim üçün bu yolu hamar etmişdi. Əgər yaxşıca diqqət yetirsək, bütün ixtilaf və təfriqələrdə düzgün yolu, Allahın və İmam Zamanın razılığına səbəb olan yolu seçə biləcəyik. Eyni zamanda, böyük bir feyzdən məhrumuq: daxil və xaricdən hücum çəkən cürbəcür çətinliklər bizim üçün meydanı daraldır; bir tərəfdən öz aramızda ixtilafa düçar olmuşuq, başqa bir tərəfdən şərq və qərb bizimlə müxalifətdədir. Heç bir tayfa və məktəb şiəlik qədər qürbətdə deyil. Bütün məktəb və məsləklər ya şərqə, ya da qərbə bağlıdır; bu arada yalnız şiə öz ağa və rəhbərinə bağlanmışdır, onun zühurunun ümidindədir. İndi isə İmam Zamanın hansı işləri sevdiyini və hansı rəftarları bəyəndiyini öyrənməliyik.
Bizim e`tiqadlı olduğumuz məsələlərdən biri də Əsrin İmamının ümmətin, xüsusi ilə də şiələrin işlərindən xəbərdar olmasıdır. Bizim rəvayət kitablarında "ərzul-ə`mal babı” adı altında bir fəsil var. Bu fəsildə bir çox rəvayətlər toplanmışdır. Bu rəvayətlər mö`minin həftəlik işlərinin İmam Zamana çatdığını bildirir. (Bə`zi rəvayətlərə əsasən gündəlik işlərin) Qədr gecəsi isə xalqın bütün müqəddəratı həzrətə çatdırılır. İmam xalq ilə Allah arasında feyz vasitəsidir və ilahi feyzlər bu yolla xalqa çatır. Görən bizim əməllərimizdən xəbərdar olduqda kədərlənmirmi? Gərək elə işlər görək ki, həzrət əməl naməmizi gördükdə xoşhal olsun. Yoxsa, Allah eləməmiş "mən belə şiə istəmirəm” deməsin.
Həzrətin razılığına səbəb olan bir çox işlərə əməl etmirik. Bu işləri gördükdə həzrətin xoşhal olacağını və bizə daha çox diqqət yetirəcəyini bilirik. Lakin nəfs istəklərimizlə uyğun gəlmədiyindən bu işlər görülməmiş qalır.
Əziz peyğəmbər və imamların dinin və Allahın hökmlərinin qorunması üçün gəldiyinə heç birimiz şəkk etmirik. Onların bütün zəhmət və sə`yləri xalqın Allaha yaxınlaşmağı və Ona bəndəlik etməsi üçündür. Eyni zamanda, ilahi hökmlərin və dinin qorunmasına səbəb olan işlər İmam Zamanın (ə) razılığına, xalqın dindən uzaqlaşmasına, İslami e`tiqadlar, ilahi hökmlər və dinin təhrifinə bais olan şeylər isə onun qəzəblənməsinə və əziyyət çəkməsinə səbəb olur; bu həqiqətlərə şübhə edirikmi? Yoxsa peyğəmbər sünnələrinin tərki və ilahi ayələrin əvəz olunmasının həzrətin nigarançılığına səbəb olmasına inanmırıq? Məgər xalqın imanı və dində zəifliyə zəmin yaradanların həzrətin düşməni olduğuna şəkkimiz var? Yoxsa «filan hökm dəyişməlidir, bu gün üçün deyildir, öz zamanına aid idi» kimi sözlər deməklə xalqın imanını zəiflətməyin günah olduğunu bilmirikmi? İslamaDogru.Biz
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Ekim 2015 05:42 | Sayt nəzarətçisi | Şərh yazdı
Allahim bize yazigin gelsin Aganin yolun ac izin ver gelsin dunyamiz duzelsin insAllah

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.