Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yuxarıda qeyd olunan bəhslərdə Həzrət Peyğəmbərin(s) əhli-beytinə məhəbbət bəsləməyin vacib olması, İmam Hüseyn(ə) üçün əzadarlıq etməyin fəzilət və xeyirləri barədə söhbət olundu. Lakin bu bəhsdə isə İmam Hüseynin(ə) Kərbəlada yaratdığı qiyamında və aşura günü bütün insanlara öyrətdiyi bir sıra dərslər barədə söhbət olunacaq. Bu mövzuyu başlamazdan öncə tövbə surəsinin 23-cü ayəsini müqəddimə üçün qeyd edirəm.
قُلْ إِن كَانَ آبَاؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُم مِّنَ اللّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ
(Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz (həyat yoldaşlarınız), qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kəsad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.”
Allah-təala bu mübarək ayədə səkkiz ünsürün adını çəkir. Və buyurur ki, hər kim bu səkkiz ünsürün birini və yaxud hamısını Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən çox istəyərsə, onda Allahın əzabının ona nazil olmasını gözləsin. İnsan Allahı, Peyğəmbəri və Allah yolunda cihad etməyi adı çəkilən səkkiz ünsürdən daha çox sevməlidir. Əks təqdirdə isə Allahın əzabı və bəlası həmin şəxsə mütləq nazil olacaq.
Əlbəttə qeyd etmək lazımdır ki, Allahın göndərdiyi əzab və bəlalar müxtəlif olur. Bəzi insanlar elə fikirləşməsinlər ki, Allah-təala təkcə zəlzələ, vulkan və təbii fəlakətlər kimi bəlalar nazil edir. Bu fikir çox yanlış bir fikirdir. Allahın göndərdiyi bəlalar təkcə təbii fəlakətlərdən ibarət deyildir. Allahın nazil etdiyi elə bəlalar da vardır ki, insan onu ya öləndən sonra, ya ömrünün axırında, ya da iş-işdən keçəndən sonra başa düşər ki, bu bəla ona hansı səbəbə görə nazil olmuşdur. Ataların belə bir məsəli vardır: Allah vuran çomağın səsi olmaz. Həyatda bir çox insanlar vardər ki, bəlanın içində olduğu halda, Allah onu hansı bəlalara giriftar etdiyini başa düşmür. Onlar elə fikirləşirlər ki, biz bu qədər günah işlərlə məşğul oluruq lakin Allah nə üçün bizə bəla nazil etmir? Həqiqətdə isə Allahın onlara göndərdiyi əzabları hələ də başa düşməyiblər.
Bir zaman vardı ki, Allah təala su, od, zəlzələ kimi bəlalar nazil edərdi.
Nuh Peyğəmbərin dövründə Allah-təala onun günahkar qövmü üçün su bəlası, hud Peyğəmbərin qövmü üçün qara küləkləri bəla kimi nazil etmişdir.
Bəzən Allah-təala müxtəlif xəstəlikləri, insanlara günahları nəticəsində əzab kimi nazil edir. Əlbəttə bu bəlalar insanların öz çirkin əməllərinə görə nazil olur. Nuh Peyğəmbərin dövründə QICS1 xəstəyliyi yox idi. Lakin bizim dövrümüzdə Allah-təala bu yolxucu xəstəliyi insanların çirkin əməlləri və günahları nəticəsində bəla kimi nazil etmişdir. Alimlər bu xəstəliyin yaranma və insana hansı yollarla sirayət etməsi barədə bir çox tədqiqat aparmışlar. Avropanın bir sıra küçələrində bəzi cavanlar əllərini alınlarına qoyub başını aşağı salıb, qarşılarına üzərində “Mənə kömək edin” yazılmış lövhələr qoymuşlar. Onlar bu yolxucu xəstəliyə giriftar olduğundan camaatın onlara kömək etməsini istəyirlər.
Məlum məsələdir ki, bu xəstəlik də zina nəticəsində və başqa çirkin əməllərin nəticəsində nazil olan bəladır.
Bazən Allah-təala insanları günahları nəticəsində mənəvi bəlalara düçar edir.
Şüeyb Peyğəmbər öz qövmünü Allaha tərəf dəvət edirdi, lakin onlar Peyğəmbərin bu dəvətini qəbul etmək istəmirdilər. Şüeyb(ə) Allahın əzab nazil edəcəyindən onları xəbərdar etdi. Onlar da Şüeyb Peyğəmbəri məsxərə edirdilər. Bir nəfər dedi: Mən bu qədər günah edirəm və mal-dövlətim də başımdan aşır. Bəs nəyə görə Allah mənə bəla nazil etmir? Görürsünüzmü Şüeyb yalan deyir.
Allah-təala Şüeybə buyurdu: Ya Şüeyb! Ona de ki, Mən ona böyük bəla nazil etmişəm, lakin onun xəbəri yoxdur. O da budur ki, ibadətin ləzzətini onun qəlbindən çıxartmışam.
Odur ki, Allah təala bəzən insanların günahlarına görə ibadətin ləzzətini onların qəlbindən çıxarar. Hər nə qədər ibadət etsə belə yenə də onun ləzzətini hiss etməz.
İranda tanıdığım bir şəxs var. O, xərçəng xəstəliyinə tutulmuşdu. Yaxşı bir insan idi. Bəziləri elə fikirləşməsinlər ki, hər xəstəliyə tutulan Allahın əzabına düçar olub. O mömin bir insan idi. O tutulduğu bu xəstəliyin nəticəsində başının və saqqalının tükləri öz-özünə tökülürdü. O, Həcc ziyarətinə gedənlərdən onu dua etməsini xahiş edirdi. Dost-tanışlardan kimi görsəydi onun barəsində dua etməsini istəyərdi. Onun bu xəstəliyindən xəbərdar olanlar onu dua edirdilər.
O deyir: Tasua günü mən öz evimin qapısısında dayanıb İmam Hüseynin(ə) əzadarlarına tamaşa edirdim. Əzadarlar mərsiyə deyə-deyə gəlib bizim qapıya çatıb dayandılar. Onlar mənim şəfa tapmağım üçün dua edib getdilər.
Ondan sonra mən evə girdim. Gecə yatıb yuxuda İmam Rzanı(ə) gördüm. O Həzrət Mənə bir zeytun verib buyurdu: Bu zeytunu ye və tumunu çıxarıb kənara at. Mən ondan zeytunu alıb yedim və tumunu da çıxarıb atdım. Zeytunu yeyəndən sonra İmam Rzaya(ə) dedim: Ağa mən ömrümdə bu cür dadlı zeytun yeməmişdim. Ondan sonra yuxudan ayılıb həyat yoldaşımı çağırıb dedim: İmam Rza(ə) mənə şəfa verdi.
Bu hadisəni qeyd etməkdən məqsədim budur ki, o bu xəstəliyin nəticəsində ağzının dadını da itirmişdi. Özünün dediyinə görə heç bir yeməyin dadını, şit və şorluğunu hiss etmirdim. Yeməyə baxmasaydım bilməzdim ki, bu çörəkdir yoxsa kağız. Əvvəl yeməyə baxırdım sonra yeyirdim. Tikəni ağzıma qoyanda onun nə olduğunu hiss etmirdim. Lakin İmam Rza(ə) mənə şəfa verəndən sonra yavaş-yavaş ağzımın dadı öz yerinə qayıtdı.
İnsanın bir xəstəlik nəticəsində ağzının dadını itirdiyi kimi, bəzi insanlar da mənəvi xəstəlik və bəlalar nəticəsində Allaha ibadət etməyin şirinliyini və ləzzətini hiss etmir. Bu da Allahın göndərdiyi mənəvi əzabdır ki, bir sıra günahkarlar bu əzaba düçar olur.
Bəzən Allah-təala ictimai bəla və əzablar nazil edir ki, bir çox insanlar bu bəlaya düçar olduğunu dərk etmirlər. Bir zaman cəmiyyətdə dərd-bəla belə idi ki, ata öz övladını namaz qılmadığına görə danlayardı. İndiki zamanda Allah-təala bəlanı çevrib əksinə etmişdir. Oğul öz atasına namaz qılmağı tövsiyə edir. Lakin atası nə özü qılmaq istəyir, nə də oğlunu məscidə getməyə qoymur.
Yuxarıda qeyd olunan dərdlərin hamısı Allahın göndərdiyi müxtəlif bəlalardır ki, insanların bir çoxu bunu başa düşmürlər.
Buna görə də Allah-təala bəlanın insana hansı səbəblərə görə nazil olmasını bu ayədə açıq aydın bəyan edir:
(Ya Peyğəmbər!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz (həyat yoldaşlarınız), qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kəsad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin.”
Bu ayəyə əsasən hər kim ayədə sadalanan səkkiz ünsürü Alladan, Onun Peyğəmbərində və Allah yolunda cihad etməkdən çox istəyərsə o zaman Allahın əzabının nazil olmasını gözləsin.
Kitabın adı: İmam Hüseyn (ə) məktəbi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |