» » İnsan maddi və mənəvi ehtiyaclarla üzbəüz


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İnsan maddi və mənəvi ehtiyaclarla üzbəüz
    0
    Müəllif: Fatimə Nuri Xuda | 27-08-2015, 21:00 | Baxılıb: 1 294
     
     
    İnsan maddi və mənəvi ehtiyaclarla üzbəüz 

    İnsan fitrətən öz səadət və kamilliyinin axtarışındadır. Nə qədər mümkündür öz eyb və nöqsanlarını aradan qaldırmaq istəyir. Allah hər canlı mövcudu, xüsusi ilə insanı elə yaratmışdır ki, zatən kamillik axtarsın, öz səadət və kamilliyi üçün zərərli şeylərdən çəkinsin. Bu mövzu "zatı sevgi” (özünüsevmə) adlanır. Yəni hər canlı mövcud özünü, öz həyatını və kamilliyini sevir.
    Hər birimiz özümüzdə az-çox çatışmazlıqlar, nöqsanlar və eyblər görürük. Öz bacardığımız həddə bu eybləri və nöqsanları aradan qaldırmaq üçün çalışırıq. Lakin burada iki problem ortaya çıxır: Əvvəla, biz öz həqiqi eyb və nöqsanlarımızı düzgün dərk etmirik, öz əsas ehtiyaclarımızı yaxşı tanımırıq. İkincisi, ehtiyaclarımızı təmin edən zaman arada ziddiyyət yaranır. Onların tezləşdirilməsi və ya təxirə salınmasında səhvə yol veririk. Adətən, maddi ehtiyacları mənəvi ehtiyaclardan qabağa salırıq. Çünki onlara daha yaxınıq.
    Mənəvi və ya maddi bir nöqsanın aradan qaldırılması lazım olduqda bizim fikrimiz və təlaşımız maddi nöqsana yönəlir. Çünki maddi nöqsanları daha yaxşı anlayırıq. Maddi çətinliklərdən daha çox əziyyət çəkirik, maddi və dünyəvi ləzzətlərlə daha yaxşı tanışıq. Təsadüfən bəzi mənəvi çətinliklər və axirət ehtiyaclarından xəbər tutduqda onları təmin etmək üçün çox da meyl göstərmirik.
    Beləcə, Allah peyğəmbərləri göndərdi ki, əvvəla, insanları öz həqiqi ehtiyacları ilə tanış etsinlər. Onlar insanlara anlatsın ki, dünyəvi, maddi və heyvani nöqsanlardan da əhəmiyyətli çatışmazlıqlar var. İnsan daha çox mənəvi nöqsanların aradan götürülməsi və axirət ehtiyaclarının təmini üçün çalışmalıdır. Üçüncüsü, peyğəmbərlər insanlara axirət işlərinin əhəmiyyətli olması, maddi və dünyəvi işlərin dəyərsiz olmasını çatdırdılar.
    Peyğəmbərlər gəldilər ki, maddi ləzzətlərdən başqa onlarla müqayisəyə gəlməyən başqa ləzzətlərin də olduğunu insana anlatsınlar. Onlar istəyirlər ki, insanın diqqətini maddi işlər, dəyərsiz və ötəri dünyəvi ləzzətlərdən çəkindirsinlər və onun bütün düşüncəsini mənəvi işlər və əbədi axirət ləzzətlərinə doğru yönəltsinlər.
    Peyğəmbərlər bizə anlatmaq istəyirlər ki, əlaqədə olduğumuz və özümüz üçün mühüm bildiyimiz maddi ləzzətlər o qədər də dəyərli deyil. Onlardan uzaqlaşmalıyıq ki, daha mühüm ləzzətləri dada bilək, öz insani və həqiqi çatışmazlıqlarımızı anlayıb onları aradan qaldırmaq üçün çalışaq.
    Peyğəmbərlər insana anladırlar ki, onun inkişaf və təkamül tutumu heyvandan daha çoxdur. Eyni zamanda, onun çatışmazlıq və ehtiyacları da heyvandan çoxdur. Allahın bizim üçün nəzərdə tutduğu ən üstün nöqtədən və istedadımıza uyğun yüksəklikdən çox uzağıq. Allah insana bizim təsəvvür etməyəcəyimiz qədər inkişaf və təkamül tutumu vermişdir. Peyğəmbərlər insanı bu nöqtəni düşünməyə çağırır və onu son kamillik nöqtəsinə çatmaq üçün çalışmağa, çatışmazlıq və nöqsanlarını aradan qaldırmağa dəvət edirlər.
    Demək, bizim çatışmazlıq və nöqsanlarımızın yalnız maddi və dünyəvi işlərlə tamamlanmadığını anlamalıyıq. İstər fərdi, istərsə də ictimai dünyəvi çatışmazlıqlar insanın əbədi səadətini təhlükəyə salan çatışmazlıqlar qarşısında dəyərsiz və çox kiçikdir.
    Bəli, insan heyvandan fərqlənir. İnsan həyatı ilə heyvani həyatı eyni deyil. İnsani həyatın yemək, yatmaq və digər maddi ləzzətlərdən başqa şərtləri də vardır. Əgər biz Allahı, peyğəmbərləri qəbul ediriksə, onların dediklərini düzgün sayırıqsa, bu heyvani həyatdan savay başqa bir həyatın da olmasını qəbul ediriksə, rəftarlarımız da etiqadlarımızı təsdiq etməlidir. Gündəlik əməllərimiz uyğun düşüncəmizi təkzib etməməlidir. Bu həyata inanan şəxsin əməli ilə həyatı maddiyyata həsr olunmuş bilən şəxsin əməli arasında fərq olmalıdır. Biz qəti surətdə insani həyatın olmasına inanırıq. Lakin iradə süstlüyü və iman zəifliyi səbəbindən əməldə səhlənkarlıq edirik. İmanımız zəifdir, nəticədə onun əmələ təsiri də çox zəif olur. Lakin güclü iman nəticəsində səadətə və kamillik məqamlarına çatmış şəxslər olmuşdur və indi də vardır.
     
     
    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.