» » İnsanın axirəti düşünməsinin səbəbi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İnsanın axirəti düşünməsinin səbəbi
+5
Müəllif: Fatimə Nuri Xuda | 29-08-2015, 21:00 | Baxılıb: 1 128
 
 
İnsanın axirəti düşünməsinin səbəbi  

İnsan Allahın onun vücudunda qoyduğu meyllər vasitəsi ilə öz maddi ehtiyaclarını dərk edir. Bu ehtiyacları təmin etmək üçün maddi vasitələr axtarır və öz həmnövlərindən kömək istəyir. İnsan fitri olaraq aclıq, susuzluq, cinsi ehtiyac, məskənə ehtiyac kimi dünyəvi ehtiyaclarını dərk edir. O bu ehtiyacları təmin etmək üçün çalışır. Buna görə də onun ehtiyaclarını ödəyən, onu dünyəvi ləzzətlərə çatdıran vasitələrə, həmçinin bu yolda ona kömək edib, çətinliklərini azaldan şəxslərə qarşı maraqlı olur, onlarla ünsiyyət yaradır. Adətən, insanın arvada, uşağa, dostlara, qohumlara, ümumiyyətlə, onunla həyatda şərikliyi olan bütün şəxslərə məhəbbəti bu səbəbdəndir. Dünyəvi və maddi işlərlə ünsiyyət insanı mənəvi işlər haqda düşüncədən uzaqlaşdırır. İnsan onun ehtiyaclarının dünyəvi, maddi ehtiyaclardan ibarət olduğunu təsəvvür edir.
Başqa bir tərəfdən, öz ehtiyaclarının maddi vasitələr və ünsiyyətdə olduğu şəxslərin köməkliyi ilə təmin olunduğunu zənn edir. Lakin o tanıdığı ehtiyacların həqiqi ehtiyacların bir az hissəsi olduğundan xəbərsizdir. Onun tanıdığı ehtiyaclar məhdud dünya həyatına aid ehtiyaclardır. O əsil ehtiyaclarının tamam başqa şeylər olduğunu anlamır. Həmin ehtiyaclar əbədi axirət aləmi ilə bağlıdır. İnsan təsəvvür edir ki, bu dünyada ünsiyyətdə olduğu şəxslər həmişə onun yanında qalacaqlar. Lakin unutmamalıyıq ki, müdhiş bir gün həmin insanlar hamılıqla bizi boşlayasıdır.
Biz hamımız az-çox dünyəvi işlər, maddi ləzzətlər, ehtiyaclarımızı təmin edən əşya və şəxslər ilə ünsiyyət saxlayırıq. Onlardan uzaqlaşdığımız zaman qəriblik və sıxıntı hiss edirik. Ümumiyyətlə, bütün diqqətimiz dünyəvi və maddi işlər ətrafında cəmləşib. Lakin bu dünyanın daimi yox, ötəri olduğunu bilmək lazımdır. Bir gün bu fani evdən köçməli olacağıq. İndi isə əbədi ev fikrində olub, hansısa digər ehtiyaclarımızın olduğunu düşünməliyik. Əgər öz əbədi həyatımızda ehtiyaclarımız varsa, onları hansı vasitələrlə və hansı yolla təmin etməliyik? Görək, bizim əbədi aləmdəki ehtiyaclarımız bu dünyadakı ehtiyaclarımız kimidirmi? Məgər insan bu dünyadan getdikdən sonra da geyim, yemək və digər maddi vasitələrə ehtiyaclı olacaqmı? Necə ki, bəşər bir vaxtlar belə təsəvvür edirdi. Ölülərin yanına bir qədər yemək və yaşayış vasitələri qoyub onları dəfn edirdilər. Guya bu şeylər bir zaman onların karına gələcək!
Axirət aləminin dünya aləmi ilə fərqli olduğu aydındır. Peyğəmbərlər gəlib insanlara anlatdılar ki, onun axirətdəki ehtiyacları dünyəvi ehtiyacları kimi deyil. Orada insanın başqa ehtiyacları var. Dünyəvi vasitələr orada ona heç bir fayda vermir və hətta bu vasitələri oraya apara da bilməz. Bir gün bütün dostlar, yaxınlar və qohumlar insanı tərk edəcək. Əgər ona kömək etmək istəsələr belə, yenə də əllərindən gəlməz. İnsan bu aləmi tərk etmək istədiyi gün, ölüm yatağına düşən zaman və ölümü gözləri önündə müşahidə etdiyi an topladığı bütün şeylərə göz yumub, yığdığı sərmayələrdən əl çəkməli, dostları, yaxınları və bütün istədiyi şəxslərdən ayrılmalıdır. Bu halda insanın başqa bir yerə və başqa bir kəsə qəlb bağlılığı olmasa onda ağrılı bir qəmginlik yaranacaq, qaçmağa heç bir yol tapmayacaqdır.
Bu zaman onun bədən üzvləri bir-birinin ardınca işdən düşəcək və sonda ruh bədənindən çıxacaqdır. Ruh ölümündən sonrakı cərəyanları müşahidə edir: Dostlar və tanışlar onun cənazəsini götürüb qəbristana tərəf aparırlar. Cənazəni qəbirdə dəfn edir, onun üstünə bir yığın torpaq tökürlər və bir neçə saatdan sonra öz evlərinə qayıdırlar. Bu zaman o qəbirdə tənha qalır! İmam Səccad (ə) qəbir evini belə vəsf edir: "Vay olsun mənə, belə bir halda özüm üçün hazırlamadığım qəbrə köçəm. Saleh əməllə onun yerini döşəməmişəm. Necə ağlamayım ki, yolumun hara olduğunu bilmirəm. İndi görürəm ki, nəfs məni aldatmış, ruzgar mənə hiylə qurmuşdur. Bir halda ki, ölüm quşu başım üstə qanad açmışdır. Necə ağlamayım? Ruhumun bədənimdən çıxmasına ağlayıram, qəbrimin qaranlığına ağlayıram, mənzilimin darlığına ağlayıram”.
Sərvət yığmaq, ev düzəltmək, yaşayış vasitələri almaq, başqaları ilə ünsiyyət yaratmaq üçün bir ömür əzab-əziyyət! Bütün bunlar bir anda məhv olur. O tənha və qərib halda qalmalıdır. Bu hal nə qədər çəkəcək? Müddəti çox uzundur. Ümumiyyətlə, dünya ömrü ilə müqayisə olunası deyil. Bərzəx aləmində, daha sonra qiyamət və axirət aləmində qalacağı bu uzun müddətdə yığdıqları şeyin heç biri onun karına gəlməyəcək. Nə etməlidir? Nə edə bilər?

Kitabın adı: Rəbbin dərgahında  
Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 30 Ağustos 2015 10:59 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun gul bacim deyerli movzudur Allah qebul elesin amin.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.