"Allahım, mənim ümmətimi elə gizli hesaba çək ki, digər ümmətlərin yanında utanmasınlar” deyə, dua etmişdin və Rəbbimiz cavab olaraq: "Mən sənin ümmətini o qədər gizli hesaba çəkəcəyəm ki, sənin yanında belə utanmayacaqlar” - deyə buyurmuşdu.
Bağışla bizi, ya Rəsulallah (s)...
"Allahın düşmənini özünüzə dost etməyin”, "Fasiq olan birisi sizə xəbər gətirirsə, araşdırın” düsturunu unudan bir ümmət olduq.
Sənin düşmənini dost, dostunu düşmən qəbul edən biriləri çıxdı ümmətin içindən.
"Anam-atam sənə fəda, ya Rəsulallah (s)” - deyərək, canları bahasına dini qoruyan səhabənin qəbrini talan edən, canından bir parça olan Həzrət Zeynəbi (s.ə) yenidən əsir almağa çalışan biriləri çıxdı ümmətin içindən.
Tarixdə dəfn etdiyin cahil adətləri yenidən gün üzünə çıxaran, qürurla iftixar etdiyimiz akademik və aydın kimliyimizin, əslində cəhalətimiz olduğunu, söz və əməllərimizlə təkrar möhürləyən biriləri çıxdı ümmətin içindən.
Bağışla bizi , Ya Rəsulallah(s)!
Biz utanmağımızı axirətə saxlamadıq . Daha bu dünyada ümmətin olaraq digər ümmətlər qarşısında utandırdıq özümüzü. Amma ən dəhşətlisi odur ki, səni utandırdıq...
Utandıq və utandırdıq...
Bağışla bizi, ya Rəsulallah (s)...