Ey ümmətin atası, bir nəzər sal...
Sönməyən sevgidir, sənə olan qəlbi sevgimiz - Ağacan yalan deyil, eşqinə qiptə hissimiz
Aşiqik Rəbbimizin bizə hər il inayət etdiyi - Məhərrəm, səfərdə əza tutmağa tofiqat verdiyi
Rəbbimiz lüft edir, inayət edir sənə matəm saxlayaq - Sevgimizi bəyan edək, Allah yolunda eşq ilə ağlayaq
Başsağlığı verməyə layiq olmasaq da, Mövlamıza (ə.f.) - Yaxşı ki, Sənsən dəyər verən dəyərsiz ahımıza
Səbəbisən iradəvi kədərli olmağın fəzilətini dadaq - Səbəbisən anamız Zəhranın (s.ə) yanmış qapısına nəzər salaq
Rüqəyyəvin at ayağından yapışan ləhzə-anlara, Abbasının əlinə su alıb da, geri qaytarmağına
Aşiqik hər anına Kərbübəla səhnəsinin - Necə ləzzəti var bu eşqi Huseyn (ə) meyvəsinin
Ağam, sənə olan sevgimiz qəlbin dərinliyindən gələn tam fərqli sevgidir.Sönməyən sevgidir, sənə olan qəlbi sevgimiz. Aşiqik Rəbbimizin bizə hər il inayət etdiyi məhərəm-səfərə ki, sənə əza tutma tofiqatı əta edir, Ağacan. Rəbbimiz lüft edir, inayət edir, məhərrəm-səfərində sənə matəm saxlayaq. Ülvi sevgimizi sənə bəyan edək. Başsağlığı verməyə layiq olmasaq da, Mövlamıza (ə.f.) başsağlığı verək. Sən səbəb olursan iradəvi kədərli olmağın fəzilətini dadaq. Sən səbəb olursan anamız Zəhranın (s.ə) qapısı olan yanmış qapıya nəzər yetirək. Sən səbəb olursan, Rüqəyyəvin at ayaqlarından yapışan ləhzə və anlara aşiq olaq. Abbasının əlinə su alıb da, içməməsinə aşiq olaq.
Mübarək saqqalının ağ tükləri qədər, nurlu cisminə endirilən oxlar sənə aşiq edir bizi qəlbimizin ən dərin nöqtəsindən. Zeynəbin (s.ə) sınmayan qeyrəti bizi sənə aşiq edir. İmam Səccadın (ə) dayanmayan sel-sel axan göz yaşı sənə aşiq edir qəlbimizi. Qardaşın balası olan Abdullahın Haşimi qeyrəti ilə kiçik körpə əlini sipər tutması aşiq edir, sənin müsibətinə qəlbimizi, Ağacan. Bu səbəbdəndir ki, Ağacan, biz ümmət olaraq səni görmədən aşiq olmuşuq. Övladın Məhdini (ə.f) görmədən sevmişik. Hər nəfəsimizdə, hər göz qırpmağımızda, hər addımımızda, hər sınıq qəlbimizin döyüntüsündə, məcnunu olduğumuz Mövlanı (ə.f.) görməsək də, yadımıza düşəndə qəlbimiz əsir, onu arayırıq. Boş olan yerini əvəz edə bilmirik...
Hüseyncan, övladın Mehdi (ə.f) niyə gəlmir?
Niyə Ağanın (ə.f) nazənin qəlbi, hər məhərrəm-səfər ayında olduğu tək parça-parça olur. Niyə, ey Hüseyncan, ey ümmətin atası, övladın niyə gecikir?
Niyə gecələri tənhadı?
Bizdən narazı qaldığındanmı? Rəsulallahın (s) əmanətlərinə tam sahib çıxmadığımızdandırmı? Günah bizdədirmi?
Bəli, günah əfsus ki, bizdədi. Çünki biz 14 nur işığının 13-nü sındırıb məhv etdik...
Rəhman Allah da bizim böyüməyimizi gözləyir...
Amma, Hüseyncan, balanın ata nəvazişinə çox, amma çox ehtiyacı olur axı. Ey ümmətin atası, atalıq et, Mövlamızı tez göndərməsi üçün Allaha dua elə. Çünki, sən Zəhranın (s) nur parçasısan, Rəbbimiz səndən keçməz...
Axı özü səni ilk ziyarət edib, axı sən isti torpaq üstündə olduqda mələklərə fəxrlə ərz edib: "Baxın, yaratdığım ən üstün məxluqata!". Allahın axan qanı, qanının qisası üçün, doymadığın Esğərinə xatir biz ümmətin qurtuluşu üçün dua elə...
Dua et, biz böyüyək və intizarında olduğumuz Mövlamıza qovuşaq, bitsin bu yetimlik. Axı baban Rəsuli-Əkrəm (s) buyurub: "Əsl yetim - İmamından ayrı düşən və əli ona çatmayandır”. Elə isə gəl sil bu yetimlik damğasını üstümüzdən. Ey Mövlamız (ə.f), səni and veririk Kərbəlada Səccad (s) tək şahid olduğun səhnələrə, tələs Mövlam (ə.f.). Axı Fələstin giryandı, Qarabağ ətşandı, Kəşmir gözü yoldadı. Hüseyncanın qisası qalıb, yetiş Mövlam(ə.f)...
Zəhra (s.ə) anamıza xatir...
Xəbər redaktə etdi: Admin - 5-02-2014, 08:26
Səbəb: Əlavələrə görə inşəAllah halallıq verərsiz