108. ذَلِكَ أَدْنَى أَن يَأْتُواْ بِالشَّهَادَةِ عَلَى وَجْهِهَا أَوْ يَخَافُواْ أَن تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ وَاتَّقُوا اللّهَ وَاسْمَعُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
"Bu yol (savaba) daha yaxındır. Bu məqsədlə ki, şəhadət düzgün şəkildə yerinə yetirilsin. Ya qorxalar ki, and içdikdən sonra andları qaytarılsın. Allahdan çəkinin və (Onun göstərişlərinə) qulaq asın. Allah günahkarları hidayət etməz.”
Bu ayə şəhadətin çətinliyi və ona diqqətin fəlsəfəsini, eləcə də əvvəlki ayədə haqqında danışılan şahid tutmaq məsələsini bəyan edir. Bildirilir ki, namazdan sonra haqq qarşısında verilən şəhadət həqiqətə daha yaxın olur. Çünki belə and və şəhadət düzgün olmadıqda şəxs cəmiyyət arasında rüsvay olur.
1. Xalqın hüquqlarının hifzinə və möhkəmlənməsinə xidmət edən mərasimlər və tədbirlər dəyərlidir.
2. Günahdan çəkindirən amillərdən biri cəmiyyətdə rüsvayçılıq qorxusudur.
3. Elə yaşayaq ki, özünü adil göstərənlər yalan andlarla zəhmətlərimizi bada verməsinlər və bilsinlər ki, onların yanlış bəyanatları üstün bir qrup tərəfindən rədd ediləcək.
4. Vəsiyyətdə, and və şəhadətdə təqvalı olaq.
5. Haqsız şəhadət (şahidlik) günah nişanəsidir.
109. يَوْمَ يَجْمَعُ اللّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ قَالُواْ لاَ عِلْمَ لَنَا إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ
"Bir gün Allah peyğəmbərləri toplayar və deyər: "Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: "Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!”
İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Öz peyğəmbərlərindən onların canişinləri haqqında soruşar. Onun rəsulları da öz növbələrində cavab verərlər ki, biz bizdən sonra canişinlərimizə münasibətdə görülən işlərdən xəbərsizik.”
Həqiqi elm Allaha məxsusdur. Kimin elmi varsa, həmin elm Allahdandır. Necə ki, qeybi yalnız O bilir və bu elmi istədiyinə verir.