92. وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ
"Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.”
1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. ("İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.)
2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq.
3. İnsan yol seçimində azaddır.
4. İnsan Öz müxalifətçiliyi və itaətsizliyi ilə yalnız özünə zərər vurur.
5. İlahi hökmlərin bəyanında xalqın qəbul edib-etməməsi şərt deyil. Biz höccəti tamamlamalı, bəhanələri kəsməliyik.
6. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, öz risalətini bəyan etməkdir.
93. لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ
"İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.”
Şərabın qadağa ayəsi nazil olduqdan sonra müsəlmanlardan bəziləri qadağadan qabaq dünyasını dəyişənlərin şəraba görə cəzaları haqqında soruşdular. Yuxarıdakı ayə nazil oldu.
Bu ayədə iki dəfə iman və saleh əməl, iki dəfə təqva və iman, bir dəfə təqva və ehsan zikr olunmuşdur. Bəzi təfsirçilərin nəzərincə, iman, təqva və saleh əməlin mərhələləri və dərəcələri müxtəlif olduğundan uyğun ifadələr təkrarlanır. Bəziləri isə uyğun təkrarı iman və təqvada davamlılıq nişanəsi sayırlar. Bəziləri isə ayədəki təkrarları təkid əlaməti bilmişlər. "Nəbə” surəsinin 4-5-ci ayələri buna misal ola bilər.
Təqvanın insan həyatının müxtəlif sahələrində rolu var: məsrəf və rəftarda; məktəb və etiqadda; xidmət və əxlaqda.
1. Əgər möminlər qarşıda təqvaya riayət edib keçmiş günahları təkrarlamasalar, onların keçmiş günahları bağışlana bilər.
2. İlahi hökmü eşitdikdən sonra insan yenə də günah edərsə, o əvvəlki günahlarına görə də cəzalandırılar.
3. Ehsan və xeyir iş kamilliyin ən uca mərtəbəsi və Allah yanında məhbubluq səbəbidir. Ayədə iman və təqvadan sonra yaxşı əməl xatırlanmışdır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti