» » » "Maidə” surəsi (5-6)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "Maidə” surəsi (5-6)
    0
    Müəllif: Huseynci Medine | 9-11-2018, 10:00 | Baxılıb: 1 534
    "Maidə” surəsi (5-6)
    5. الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلُّ لَّهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ وَمَن يَكْفُرْ بِالإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
    "Bu gün bütün pak və könül oxşayan şeylər sizin üçün halal oldu. Kitab əhlinin təamı sizin üçün halaldır. Sizin təam da onlar üçün halaldır. Pak, imanlı, eləcə də, sizdən əvvəl kitab verilmiş kəslərdən olan pak qadınlar (ilə izdivac) caizdir. Bir halda ki, qadınların mehriyyəsini ödəyin, zinakar yox, pak olun, gizlində (qeyri-şəri) dost tutmayın. Hər kəs öz imanını küfrə dəyişsə, hökmən onun əməli puç olmuşdur və o, axirətdə ziyankarlardandır.”
    Nöqtələr
    Ayədə buyurulur: Kitab əhlinin təamları müsəlmanlara halaldır. Amma əvvəlki ayədə ətin halal olması üçün kəsim zamanı Allahın adının çəkilməsi şərt qoyulduğundan bu ayədə yəhudi və məsihilərin ətdən savay təamları nəzərdə tutulmalıdır. Həzrət Əlinin (ə) buyurduğu rəvayətlərdə də «təam» deyildikdə buğda, arpa nəzərdə tutulmuşdur. İbn-Əsir və Xəlil kimi lüğətşünaslar deyir: "Hicaz leksikonunda buğda da təam adlandırılmışdır.” 
    Bu ayə dini azlıqlarla get-gəli, yemək yeməyi və izdivacı mümkün saydığından və bu yolla müsəlmanlar gündəlik get-gəl nəticəsində yəhudi və məsihi qızları ilə izdivac edə biləcəyindən müsəlmanlar tədricən yəhudi və məsihilərin əqidəsinin təsiri altına düşə bilərdilər. Ona görə ayənin sonunda xəbərdarlıq edilir ki, hər kəs imandan üz çevirsə əməli puç olar.
    "Xidn” sözünün cəm forması olan "əxdan” sözü, adətən, xəlvəti və qeyri-şəri dostlar haqqında işlədilir.
    Qida məsələsində ayə müsəlman və kitab əhlinə icazə verir ki, bir-birlərinin təamlarından istifadə etsinlər. Amma yalnız müsəlmanlara kitab əhlinin qadınları ilə evlənmək icazəsi verilmişdir. Müsəlman qadınlarının kitab əhli ilə izdivac etmək icazəsi yoxdur. (Adətən, qadınlar öz ərlərinin təsiri altına düşdüyündən müsəlman qadının kitab əhlinə ərə getməsi onun əqidə baxımından süqutu ilə nəticələnə bilər. Ona görə də kitab əhlinə qız vermək caiz deyil.)
    "Muhsin” və "muhsinət” azad, evli və müsəlman olmaq mənalarını bildirir. Burada "muhsənat” dedikdə şübhəsiz ki, azad qadınlar nəzərdə tutulur. Ərli qadınla izdivac qəti şəkildə haramdır.
    Ayədə kitab əhli ilə nəzərdə tutulan izdivac müvəqqəti izdivacdır. (Bu məsələdə hər kəs öz təqlid etdiyi mərcənin nəzərinə tabe olmalıdır.) Çoxsaylı rəvayətlərə əsasən və adətən müvəqqəti izdivac mehriyyəsi mənasını bildirən "ucurəhunnə” sözünə görə ayədə müvəqqəti izdivaca işarə olunduğu bildirilir.
    Bir şeyin haqq olmasını qəbul edib, həmin şeyə əməl etməyən kəsin gördüyü işlər puçdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə də bu məna təsdiqlənir. 
    Digər bir rəvayətdə İmam Sadiq (ə) buyurmuşdur: "İnsanın imandan xaric olmasına səbəb olan ən kiçik şey odur ki, haqqın ziddinə bir nəzər bildirsin, həmin nəzər üzərində dayanıb onu müdafiə etsin.” Sonra həzrət bu ayəni tilavət etdi.
    Bildirişlər
    1. Hökm və qanunları bəyan edərkən dövrə və zamana xas incəliklərdən xəbərsiz qalmaq olmaz.
    2. Şəriət qanunları yaranış nizamına uyğundur (Sağlam təbiətin (xarakterin) bəyəndiyini qanun da halal sayır.)
    3. İstənilən bir dində qadının paklığı bir dəyərdir.
    4. Paklıq həm kişilər, həm də qadınlar üçün şərtdir.
    5. Həyat yoldaşı seçərkən iman və paklığa diqqət yetirilməlidir.
    6. Hətta qeyri-müsəlmanları da aldatmaq qadağandır. (Hətta müsəlman olmayan qadının da iqtisadi haqqı ödənməlidir.)
    7. İstər müsəlman, istər qeyri-müsəlman qadının mülkiyyət hüququ var. ərəbcə)
    8. Mehriyyə qadının özünə verilməlidir.
    9. İzdivac məqsədi ilə qadına əcr ödənməlidir. Zina və qeyri-şəri əlaqələrə görə əcr ödəmək olmaz.
    10. Əvvəlcə halal yolu göstərin, sonra azğınlıq yolunu qapayın.
    11. Hətta qeyri-müsəlmanla qeyri-şəri rabitə qadağandır.
    12. Kitab əhlinin təamını yemək və onlardan pak bir qadınla evlənmək halaldır.
    13. Kitab əhli ilə yaxınlıq, onlarla yanaşı yaşayış və onların ölkələrinə lazımsız səfər büdrəmə zəminəsidir. Ona görə də bu ayədə xəbərdarlıq olunur ki, ehtiyatlı olun və iqtisadi, ictimai əlaqələr sizin etiqadınızı dəyişməsin. Tapşırılır ki, evlənmək xatirinə imanınızı əldən verməyin.
    6. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
    "Ey iman gətirənlər! Namaza durduğunuz vaxt üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınızın bir hissəsi və ayaqlarınızın üzünə yoxuşadək məsh çəkin. Cünub olduqda özünüzü pak edin (qüsl verin). Əgər xəstə və ya müsafir olsanız, ya sizlərdən biri ayaqyolundan gəldikdə, ya qadınlarla yaxınlıq etdikdə (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, pak torpaqla təyəmmüm edin. Üzünüz və əllərinizə həmin torpaqdan məsh çəkin. Allah sizi çətinlikdə qoymaq istəmir. Əksinə, sizi pak etmək və nemətini sizin üçün tamamlamaq istəyir. Bəlkə şükür edəsiniz.”
    Nöqtələr
    "Nisa” surəsinin 43-cü ayəsində qüsl və təyəmmüm mövzularına işarə olundu. Bu ayədə əlavə olaraq dəstəmaz məsələsinə toxunulur.
    "Qiyam”, sözü "ila” hissəsi ilə yanaşı işləndikdə "iradə etmək, istəmək” mənasını bildirir. Yəni "namaz qılmaq istədiyin vaxt.”
    "Cünub” sözü tək və cəm halda həm qadın, həm də kişiyə eyni şəkildə aid edilir. Bəlkə də bu ayədə «cünub olmaq» dedikdə yalnız möhtəlim olmaq, «qadınlarla təmas» dedikdə cinsi yaxınlıq nəzərdə tutulur.
    "Fəttəhhəru” göstərişi qüsl verilməsinə aiddir. Bu ehtimal "Nisa” surəsinin 43-cü ayəsinə əsaslanır.
    "Dirsəklərə qədər” ifadəsi istiqamət yox, ölçü göstərir. Ərəb dilində həm barmaqlardan əl topuğunadək, həm barmaqlardan dirsəyədək, həm də barmaqlardan çiyinədək olan hissəyə "yəd”, yəni "əl” deyilir. Ayədə buyurulur ki, dəstəmazda əli nə az, nə də çox, dirsəyədək yuyun.
    Təyəmmümdə bir bəndəlik ruhiyyəsi var. Əli torpağa vurub ən uca üzv olan alına çəkməkdə bir təvazö var.
    Su çirkinliyi aradan qaldırdığı kimi, pak torpaqda da mikrob öldürmə xüsusiyyəti var. Çünki torpaq günəş şüası və yağış altındadır.
    "Suud” sözündən olan "səid” sözü uca yer mənasını bildirir. İmam Sadiq (ə) "səidən təyyiba” ifadəsi haqqında buyurur: "Bu söz üstündən üzüaşağı su axan uca yeri bildirir.”  Bəli, çirkin suyun toplandığı çökəyin torpağı təyəmmümə münasib deyil. Çünki təyəmmüm üçün pak torpaq şərtdir.
    Hədisdə oxuyuruq: "Namaz yalnız təharətlə (dəstəmaz, qüsl və ya təyəmmüm) düzgündür.” 
    Hədisdə oxuyuruq: "Həmin yerdən başla ki, Allah Quranda başlamışdır.”  Quranda əvvəlcə üz, sonra qolların yuyulması, daha sonra baş və ayaqlara məsh çəkilməsi bildirildiyi kimi, dəstəmaz da eyni ardıcıllıqla alınır.
    İmamdan soruşuldu ki, dəstəmazda nə üçün başın bir hissəsinə məsh çəkilir? İmam buyurdu: "Biruusikum” sözünün başlanğıcındakı "ba” hərfinə görə. Uyğun söz başın bir hissəsini bildirir. Əgər eyni söz "ba” hərfi olmadan işlənsəydi, bütün baş nəzərdə tutulardı.” 
    İmam Sadiq (ə) buyurmuşdur: "Ayədəki "laməstum” sözü cinsi yaxınlığı bildirir. Allah bu mənanı örtülü bəyan etmişdir. Allah bizdən fərqli olaraq örtülü danışmağı sevir.” 
    İmam Riza (ə) dəstəmazın fəlsəfəsi haqqında buyurmuşdur: "Dəstəmaz Allah qarşısında duran zaman paklıq zəminəsidir.”; "Dəstəmaz bəndəlik və itaət nişanəsidir”; "Dəstəmaz çirkinlik və murdarlıqdan uzaqlıq amilidir”; "Dəstəmaz süstlük və yuxululuqdan kənarlıq səbəbidir.”; "Dəstəmaz namaza hazırlıq və ruhi təkamüldür.” 
    Bildirişlər
    1. Təmizlik və paklıq iman şərtləridir.
    2. Paklıq namaz şərtidir.
    3. Quranla təmas pak insanlara aid olduğundan Allahla rabitə də paklığa ehtiyaclıdır.
    4. Cismin çirkinliyi Allahla yaxınlığa mane olur.
    5. Mövzunun əsas məqsədi, xüsusi ilə yaxınlıq məsələlərində, həya, iffət və ədəbin gözlənilməsidir. Hüquqi məsələlərdə çaşqınlıq yaranmasın deyə, qanunlar aydın və pərdəsiz bəyan olunur. Mehriyyə və həzrəti Məryəmə atılan böhtanların rəddi ilə bağlı uyğun şəkildə bəyanatlar verilir. 
    6. Namazın şərtləri və müqəddimələri yüngülləşdirilə bilər. Amma namaz heç vəchlə öhdədən götürülmür.
    7. Dəstəmaz və ya qüsl suyu tapmaq üçün çalışmaq lazımdır. Əgər səylər nəticə verməsə, növbə təyəmmümə çatır. ("Fələm təcidu” ifadəsi o zaman işlənir ki, insan çalışsa da axtardığını tapa bilməsin.)
    8. Çirkin su və ya torpaq ilə Allahla rabitə bərqərar etmək olmaz.
    9. Əvvəlki iki ayədə bəyan olunduğu kimi, həm qidalar, həm də hazırda işarə olunduğu kimi, təyəmmüm torpağı pak olmalıdır.
    10. Dini hökmlərdə çətinlik yoxdur.
    11. Dəstəmaz, qüsl və təyəmmümdə məqsəd mənəvi paklıq və Allahla rabitəyə hazırlıqdır.
    12. İlahi vəzifə insan üçün bir nemətdir.
    13. Vəzifənin yerinə yetirilməsi Allaha şükür nümunələrindəndir.

    Kitabın adı: Nur təfsiri (üçüncü cild)

    Müəllif: Möhsin Qəraəti



     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.