"Ali-İmran” surəsi (167-168)
167. وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُواْ وَقِيلَ لَهُمْ تَعَالَوْاْ قَاتِلُواْ فِي سَبِيلِ اللّهِ أَوِ ادْفَعُواْ قَالُواْ لَوْ نَعْلَمُ قِتَالاً لاَّتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ
"(Allah istədi ki,) münafiqlərin çöhrəsi məlum olsun.” Gəlin Allah yolunda döyüşün və ya (heç olmasa öz evlərinizi) müdafiə edin” deyənlərə belə cavab verdilər: "Əgər döyüş (yolunu) bilsəydik, hökmən, sizin kimi edərdik.” Onlar həmin gün imana nisbətən, küfrə daha yaxın idilər. Dillərində dedikləri qəlblərində yox idi. Allah onların gizlətdiklərindən agahdır.”
Ayədəki "əgər döyüş bilsəydik” ("Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır:
a) Sizin Ühüd üçün şəhərdən xaric olmağınız bərabər döyüş deyil, özünə qəsddir. Ona görə də biz bunu döyüş saymırıq və onda iştirak etmirik.
b) Əgər biz hərb elmini bilsəydik, iştirak edərdik.
v) Biz yəqin bilirik ki, döyüş olmayacaq, ona görə də cəbhədə iştirakı zəruri saymırıq.
1. Döyüş meydanı münafiqlərin iç üzünü açır.
2. Rəhbər xalqı düşmənə qarşı səfərbər etməlidir.
3. Cihad bəzən zalım hakimləri hakimiyyətdən uzaqlaşdırmaq üçün ibtidai (ilk addım), bəzən müsəlmanların canını və malını qorumaq üçün müdafiə məqsədi olur.
4. Onların səbəbləri, dərəcələri və dəyərləri fərqli olur.
5. Vətənin və canın müdafiəsi bir dəyərdir.
6. Münafiqlər öz məqsədlərinə don geydirirlər.
7. Cəbhədən boyun qaçırmaq küfr nişanəsidir.
8. İnsanın imanı müxtəlif şərait və zamanlarda fərqli olur.
9. Peyğəmbərin səhabələri arasında ədalətli olmayanlar da var idi.
10. Allah münafiqləri həm hədələyir, həm də ifşa edir.
11. Ühüddə aşkar olan şey nifaqın bir hissəsi idi. Nifaqdan tam şəkildə yalnız Allah xəbərdardır.
168. الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ
"Münafiqlər o kəslərdir ki, (Ühüd döyüşündən sonra bədbin əhval-ruhiyyə yaradan təbliğata başladılar,) özləri oturdular və qardaşları haqqında dedilər: "Əgər bizə qulaq assaydılar, öldürülməzdilər.” Onlara de ki, əgər düz deyirlərsə, ölümü özlərindən kənarlaşdırsınlar.”
1. Xalq cəbhəyə gedən vaxt münafiqlər evdə oturardılar.
2. Münafiqlər şəhid ailələrinin ruhiyyəsini zəiflədirlər.
3. Münafiqlər özlərini başqalarına ideoloji rəhbər sayırlar.
4. Münafiqlərin dünya görüşüncə, əsas məsələ maddi dünya həyatı və rifahlı yaşayışdır.
5. Ölüm yazısına iman şücaət və cəbhəyə dəvətin qəbul səbəbidir. Münafiqlərin nəzərində şəhadət və axirət səadəti boş şeydir.
6. Münafiqlərin zərərli təbliğatına qarşı çıxmaq lazımdır.
7. İnsan ölümü özündən uzaqlaşdıra bilməz.
8. Ölüm Allahın əlindədir. Cəbhədə və ya evdə olmağın ölümə heç bir təsiri yoxdur.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti