"Ali-İmran” surəsi (145-146)
145. وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ
"Allahın hökmü olmadan kimsə ölmür. (Bu,) təyin olunmuş bir taledir. Dünya mükafatı istəyənə ondan verərik. Axirət mükafatı istəyənə isə axirət mükafatından verərik. Tezliklə şükür edənləri mükafatlandıracağıq.”
1. Döyüş meydanından qaçmaqla ölümdən qaçmaq olmaz.
2. Ölüm bizim əlimizdə deyil. İradə və hədəf seçimi isə bizim əlimizdədir.
3. Bir halda ki, dünya və axirət qarşımızdadır, əbədiyyət və Allah razı olduğu yolu davam etdirək.
4. Hər növ təsir və əməlin xüsusi əks-təsiri var. Hansı yolda qədəm atsaq, xüsusi bir məqsədə çatacağıq.
146. وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُواْ لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللّهِ وَمَا ضَعُفُواْ وَمَا اسْتَكَانُواْ وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ
"Nə çox peyğəmbərlər olmuşdur ki, onlarla birlikdə bir çox allahpərəstlər vuruşmuşlar. Allah yolunda onların başına nə gəlmişsə, süstləşməmiş, zəifləməmiş, zillətə boyun əyməmişlər. Allah səbir edənləri sevir.”
"Rəbiyyun” "rəbbi” sözünün cəm forması olub Allahla əlaqəsi möhkəm olan alim, müqavimətli, ixlaslı adama deyilir.("Təfsire-nümunə”. )
1. Peyğəmbərlərin tarixi mübarizələrlə zəngindir.
2. Süstlük hiss etdikdə tarixin böyük insanlarının həyatından, onların müqavimətindən dərs götürək.
3. Yalnız ilahi rəhbərin nəzarəti altında olan döyüş və cihad haqdır.
4. Tarix alim və arif mücahidlərlə zəngindir.
5. Bütün mücahidlər əziz olsalar da, arif və alim mücahidlərin yeri başqadır.
6. Allaha iman müqavimət çeşməsidir.
7. Çətinliklər süstlük və zəiflik doğurmamalıdır. Əksinə, çətinliklər hərəkət amili olmalı və yeni səylər yaratmalıdır.
8. Əgər çətinliklər Allah yolunda olarsa, insan bundan ruh alar və həmin çətinliklərə asanlıqla sinə gərər.
9. İlahi insanları heç bir təzyiq təslim edə bilmir.
10. Bədr döyüşündə qalib gəlsəniz də, siz müsəlmanların gələcək yolu cihad və mübarizə yoludur. Ona görə də səbirli və möhkəm olun.
11. Bəsirətli mücahidlər nə ruhiyyələrini itirir, nə də döyüş güclərini əldən verirlər. Onlar təzyiqlər qarşısında təslim olmurlar.
12. Vəzifəni yerinə yetirmək və haqq yolda dayanmaq mühümdür. Qalib gəlib-gəlməməyin fərqi yoxdur. Allah buyurmur ki, O, fatehləri sevir. Buyurur ki, səbir edənlər Onun dostudurlar.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti