![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Xəlifənin qiyamçılar qarşısında verdiyi iltizam
Evin mühasirə olunması nəticəsində xəlifə işə ciddi yanaşmalı və mühasirənin yarılması üçün səy göstərməli idi. Lakin o, qiyamın necə böyük bir miqyasda başlanmasından agah deyildi, cəmiyyətin yaxşı şəxslərini bədnam şəxslərdən seçə bilmirdi. O, Müğeyrə ibni Şöbənin, yaxud Əmr Asın vasitəçiliyi ilə bu qiyamın sona yetəcəyini güman etdiyinə görə inqilab dalğasını yatırtmaq üçün evdən iki nəfər yolladı. Qiyamçılar bu mənfur simalarla qarşılaşdıqda onların əleyhinə şüar verdilər. Müğeyrəyə dedilər: "Ey fasiq, ey facir, rədd ol!" Əmr-Asa isə dedilər: "Ey Allahın düşməni, qayıt, sən əmanətdar adam deyilsən!"
Bu vaxt Ömərin oğlu, Əli (ə)-ın ehtiramını xatırladı və dedi ki, bu qiyamı yalnız o yatıra bilər. Xəlifə o həzrətə dedi ki, qiyamçıları Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə dəvət etsin. Əli (ə) bu işi görməyi bu şərtlə öhdəsinə aldı ki, o, Əli (ə)-ın xəlifə adından verdiyi zəmanətə əməl etsin. Əli (ə) xəlifənin tərəfindən zəmanət verdi ki, xəlifə Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl edəcək. Qiyamçılar da Əli (ə)-ın zəmanətini tam xatircəmliklə qəbul etdilər, sonra onunla birlikdə Osmanın yanına gedib onu bərk məzəmmət etdilər. Osman onlarla razılaşdı və qərara alındı ki, bu barədə bir iltizam kağızı da versin. Onun məzmunu belə idi: "Bu, Allah bəndəsi və möminlərin əmiri Osman tərəfindən, onu tənqid edərək irad tutan şəxslərə bir məktubdur. Xəlifə söz verir ki, Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl etsin, məhrumiyyətdə olanlara yardım etsin, qorxanlara əmin-amanlıq versin, sürgün edilənləri öz vətənlərinə qaytarsın, islam ordusunu düşmən torpaqlarında saxlamasın. Əliyyibni Əbu-Talib möminlərin və müsəlmanların himayəçisidir. Osmanın bu sözlərinə əməl etməsi vacibdir."
Zübeyr, Təlhə, Səd Vəqqas, Əbdüllah ibni Ömər, Zeyd ibni Sabit, Səhl ibni Hənif, Əbu Əyyub və s. kimi şəxslər şahid kimi kağızı imzaladılar. Bu məktub 35-ci hicri ilinin Zil-qədə ayında yazıldı və hər qrup onun bir nüsxəsini alıb öz şəhərlərinə yola düşdü. Xəlifənin evinin mühasirəsi yarıldı və onun evinə gediş-gəliş tamamilə azad oldu.(Əl-ənsab", 5-ci cild, səh.62 )
Qiyamçılar dağılışandan sonra Imam (ə) yenidən xəlifə ilə görüşdü və ona dedi:–Gərək camaatla danışasan ki, onlar sənin sözlərini eşidib şəhadət versinlər. Çünki inqilab dalğası islam ölkələrinin hər yerini bürümüşdür. Başqa şəhərlərdən olan dəstələrin yenidən Mədinəyə axışıb gəlməsi heç də gözlənilməz bir şey deyildir. Bu halda yenə mənə deyəcəksən ki, onlarla danış.
Xəlifə Əli (ə)-ın bu sözlərinin səmimi qəlbdən olmasını və doğru deməsindən tamamilə xəbərdar idi, ona görə də, evdən çölə çıxıb özünün xoşagəlməz işlərindən peşman olduğunu bildirdi. Imam (ə) birliyin və xilafət məqamının əzəmətinin qorunub saxlanması naminə doğrudan da böyük bir xidmət etdi. Əgər bu işdən sonra Osman o həzrətin göstərişi və hidayəti sayəsində hərəkət etsəydi, onun üçün heç bir çətinlik qarşıya çıxmazdı. Lakin xəlifə zəif iradəli və uzaqgörməyən bir adam idi, onun həqiqəti görən və düzgün işləyən müşavirləri də yox idi. Mərvan ibni Həkəm kimi hiyləgərlər onun əql və idrak qüvvəsini oğurlamışdılar. Buna görə də, misirlilər dağılışandan sonra o, Mərvanın təhriki nəticəsində yaramaz bir iş gördü. Osman özünün misirlilərlə görüşünü başqa cür əks etdirib onu belə qələmə verməyə səy etdi: Mədinədən Misrə bəzi xəbərlər çatmışdır, ona görə də onlar məsələnin nə yerdə olduğunu öyrənmək üçün bura gəlmişdilər. O xəbərlərin əsassız olduğunu gördükdə öz yerlərinə qayıtdılar.
Bu söz xəlifənin ağzından çıxan kimi müxaliflərin etiraz dalğası yüksəldi, hamısı onun üstünə qışqırıb dedilər: "Allahdan qorx, tövbə et!" Etirazlar elə güclü idi ki, xəlifə qorxub ikinci dəfə olaraq sözünü geri götürdü, üzü qibləyə durub əllərini qaldırdı və dedi:–"Ilahi, mən tövbə edib Sənin tərəfinə qayıdan ilk şəxsəm!"("Tarixi-Təbəri", 3-cü cild, səh.385 ( "Ələm" çapı) )
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |