"Ali-İmran” surəsi (87-88)
87. أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
"Onların (aşkar dəlillərdən və iman gətirdikdən sonra mürtəd olanların) cəzası budur ki, Allahın, mələklərin və ümum camaatın lənətinə düçar olsunlar.”
88. خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ
"Onlar daim (Allah, mələklər və xalqın) lənətinə düçardırlar. Onların nə əzabı azalar, nə də onlara möhlət verilər.”
Mürtədlərə bütün xalqın, hətta kafirlərin də nifrin səbəbi bu ola bilər ki, agah vicdanlar və sağlam fitrətlər agahanə etiraz və küfrü məhkum edir. Belə bir səbəb də ola bilər ki, agah küfrün təsiri nəsillər və əsirlərə sirayət edib bir çox insanların oda çəkilməsinə səbəb olur.
Allahın, mələklərin və xalqın bu lənətinin oxşarı "Bəqərə” surəsinin 159-cu ayəsində haqqı gizlədən alimlərə ünvanlanmışdır. Beləcə, haqqı gizlədən alimin günahı ilə agah şəkildə imana arxa çevirən mürtədin günahı eynidir.
1. Mələklər insanın çirkin düşüncə və əməllərinə qarşı öz etirazlarını bildirirlər.
2. Xalq mürtəd və azğın insanlara etiraz etməlidir.
3. İlahi əzabın keyfiyyət və kəmiyyəti haqqında məlumat insanda təsir qoyur.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti